Valyuta Mezennesi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mübadilə məzənnəsi və ya valyuta məzənnəsi — milli valyuta vahidinin xarici valyuta ilə ifadə olunmuş qiyməti.[1][2]
Valyuta kotirovkası
redaktəİki müxtəlif valyutanın qiymət nisbəti kimi xarakterizə olunan m.m. aşağıdakı üsullarla müəyyən olunur:
1. Birbaşa kotirovka – 1 vahid milli valyutanın müəyyən həcmdə xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 Azərbaycan manatı = 1,18 ABŞ dolları;
2. Dolayı kotirovka – müəyyən həcmdə milli valyutanın 1 vahid xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı;
3. Çarpaz kotirovka – iki valyutanın hər birinin 3-cü valyutaya nəzərən məzənnəsi vasitəsilə bir-birində ifadəsi. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 1 ABŞ dolları = 1,65 gürcü larisi təşkil edirsə, onda 1 Azərbaycan manatı = 1,65/0,85 = 1,94 gürcü larisi
Mübadilə məzənnəsinin növləri
redaktəa. Nominal valyuta məzənnəsi – valyuta bazarında 2 müxtəlif valyutanın bir-birinə mübadilə edildiyi məzənnə;
b. Real valyuta məzənnəsi – valyutaları müqayisə olunan ölkələrdə nisbi inflyasiya səviyyəsi də nəzərə alınmaqla hesablanmış cari məzənnə:
burada,
Er – real məzənnə,
En – real məzənnə,
Pf – tərəfdaş ölkədəki qiymət səviyyəsi (inflyasiya),
Pd – ölkədə qiymət səviyyəsi (inflyasiya)
c. Nominal effektiv valyuta məzənnəsi – milli valyutanın bir neçə xarici valyutaya nəzərən dəyişməsi indeksi. Bu zaman həmin valyutaların milli valyuta bazarında iştirak səviyyəsi də nəzərə alınır.
d. Real effektiv valyuta məzənnəsi – milli valyutanın bir neçə valyutaya nəzərən orta çəkili dəyişmə indeksi
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2017-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-20.
- ↑ "Digital pul mübadiləsi". 2021-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-26.