Vanq Cu - Wikipedia
Vanq Çu — Cənub-Şərqi Asiyada, xüsusilə də Vyetnamda qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri.
Rəsmi ateist mövqeyi nümayiş etdirən Vyetnam hökuməti uzun müddət ölkədə xaçpərəstlərə zülm etmişdir. Bu irtica Vanq Çu sektası kimi yeni qəribə dini hərəkatların yaranmasına gətirib çıxarmışdır. Onun banisi və “məsihi” Çjun Çanq Ka (Tu Cenq Çen kimi də tanınır) deyirdi ki, o, möcüzələr göstərmək iqtidarındadır və hmonq-xristian (hmonqlar müasir Çin, Vyetnam, Laos və Taylandın dağlıq ərazilərindən olan etnik qrupdur) dövlətini yaratmaq uğrunda mübarizə aparırdı. Nəticədə, hökumət 2011-ci ildə hmonqları narkotik qaçaqmalçılığında, torpaqların mənimsənilməsində, ətraf mühitin korlanmasında və hökumət əleyhinə fəaliyyətdə ittiham edərək sektanı dağıtdı. Onun liderlərindən bəziləri edam olundu. Lakin sekta fəaliyyətini gizli şəkildə davam etdirməkdədir.
Mənbə
redaktə- Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti. Avqust 2015, № 08 (289). səh. 13. (az.)