Vaqif Eliyev Siyasetci - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Vaqif Qədir oğlu Əliyev (17 iyun 1953, Naxçıvan MSSR) — Azərbaycan dövlət xadimi, Mədəniyyət nazirinin birinci müavini(2018–2023), fizika-riyaziyyat elmləri namizədi.
Vaqif Əliyev | |
---|---|
18 may 2018 – 01 mart 2023 | |
18 fevral 2011 – 20 aprel 2018 | |
18 aprel 2003 – 18 fevral 2011 | |
Əvvəlki | Təvəkkül Məmmədov |
Sonrakı | Eldar Əzizov |
26 iyul 1994 – 18 aprel 2003 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 iyun 1953 (71 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
redaktəVaqif Əliyev 1953-cü il iyul ayının 17-də anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1975–1982-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis, kiçik elmi işçi, qrup rəhbəri, baş müəllim vəzifələrində işləmişdir. 1982–1988-ci illərdə Azərbaycan Dövlət Universiteti komsomol komitəsinin katibi, 1988–1994-cü illərdə BDU-nun fizika fakültəsində baş müəllim vəzifəsində çalışmışdır.
1994–2003-cü illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm nazirinin birinci müavini vəzifəsində işləmişdir.
2003-cü ildən 2011-ci ilə kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub.
18 fevral 2011-ci il Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Vaqif Əliyev mədəniyyət və turizm nazirinin birinci müavini təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 18 may 2018-ci il tarixli Sərəncamına uyğun olaraq Vaqif Qadir oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.
Fizika-riyaziyyat elmləri namizədidir (1980).
Yeni Azərbaycan Partiyası yaranan gündən — 1992-ci il 21 noyabr ayında keçirilən təsis konfransından partiyanın İdarə Heyətinin üzvüdür.[1]
2023-cü il mart ayının 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2014-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.