Vaqif Veliyev Edebiyyatsunas - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Vəliyev Vaqif Əli oğlu (31 dekabr 1924, Pirili, Qazax qəzası – 19 sentyabr 1998, Bakı) — ədəbiyyatşünas, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1972), professor (1976). Ülviyyə Hacıbəyovanın (Vəliyeva) atası, Soltan Hacıbəyovun qudası, İsmayıl Hacıbəyovun qaynatasıdır. Pirili kəndindəndir, Qazax rayonununda anadan olub.
Vaqif Vəliyev | |
---|---|
Vəliyev Vaqif Əli oğlu | |
Doğum tarixi | 31 dekabr 1924 |
Doğum yeri | Pirili, Qazax qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 19 sentyabr 1998 (73 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi |
Həyatı
redaktəVaqif Vəliyev 1924-cü il dekabrın 31-də Qazax qəzasının Pirili kəndində doğulmuşdur. Qazax şəhər 1 saylı orta məktəbində təhsil almışdır (1932-1941). Əmək fəaliyyətinə Azərbaycan KP MK Qazax rayon Partiya Komitəsində texniki katib kimi başlamışdır (1941). Sovet Ordusu sıralarında xidmət etmişdir (1943-1949), ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1949-1954). Orada aspiranturaya daxil olmuş, "Səməd Vurğunun poemaları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş (1957), Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir (1958-ci ildən). "Azərbaycan folkloru janrları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş (1972), 1976-cı ildən həmin kafedranın professoru kimi fəaliyyət göstərmişdir. Dövri mətbuatda şifahi xalq ədəbiyyatı problemlərinə dair vaxtaşırı məqalələri çıxmışdır. "Ayrım bəzəmələri" (1983) və "Bayatılar" (1985) kitablarını toplayıb tərtib etmişdir.
1998-ci il sentyabrın 19-da vəfat etmişdir.
Əsərləri
redaktə- 1.Azərbaycan xalq dastanları. Bakı: ADU-nun nəşriyyatı, 1968,
- 2.Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: ADU-nun nəşriyyatı, 1970, 439 səh.
- 3.Azərbaycan qəhrəmanlıq dastanları. Bakı: ADU-nun nəşriyyatı, 1980, 76 səh.
- 4.Qaynar söz çeşməsi. Bakı: Yazıçı, 1981, 150 səh.
- 5.Azərbaycan folkloru. Bakı: Maarif, 1985, 411 səh.