Varşava gettosu üsyanı (alm.Aufstand im Warschauer Ghetto; ivr. אױפֿשטאַנד אין װאַרשעװער געטאָ ; pol.powstanie w getcie warszawskim) - 1943-cü ilin 19 aprel tarixində Varşava şəhərində yerləşən Varşava gettosundayəhudilər tərəfindən başladılmış üsyan. Üsyan 1 aya yaxın davam etmiş 16 may tarixində Üçüncü Reyx əsgərləri tərəfindən yatırılmışdır.
Varşava gettosu üsyanı nəticəsində 56 min yəhudi öldürülmüşdür. Hadisələrin təşkilində əli olduğu iddia edilən 7.000 yəhudi isə Treblinka ölüm düşərgəsin göndərilərək edam edilmişdir. Düşərgədə saxlanılanların 42.000 nəfəri Maydanek həbs düşərgəsinə göndərilmişdir. Ümumi itkilərin 71.000 nəfərdən çox olduğu ehtimal edilir.
Hadisələr II Dünya müharibəsi ərzində yəhudilər tərəfindən təşkil edilmiş ən böyük silahlı toqquşmalardan biri kimi tarixə keçmişdir. İlk günlərdə gettoya nəzarəti itirən nasistlər 4 həftə davam edən silahlı toqquşmardan sonra üstünlüyü yenidən ələ almağı bacarmışdır. Varşava gettosu üsyanı nəticəsində gettoda yaşayan 56 min yəhudi öldürülmüş, 7 mini isə edam edilmək üçün Treblinka ölüm düşərgəsinə göndərilmişdir. Hadisələr nəticəsində ümumilikdə 71 min insan həlak olmuşdur.