Variator Oturmesi - Wikipedia
Variator ötürməsi — ötürmə ədədini səlis dəyişmək üçün istifadə olunan ayrıca aqreqat və ya maşınlara quraşdırlmış düyüm.[1]
İşləmə prinsipi
redaktəVariator onun işləməsini təminedən bir və ya bir neçə pilləsiz ötürmədən ibarətdir. Onun əsas xassəsi tənzimləmə diapazonu, yəni ən böyük ötürmə ədədinin ən kiçiyə nisbəti ilə ifadə olunur (adətən 3-6, bəzi hallarda 10-12). Variatorlar müxtəlif iş şəraitlərində maşının optimal işləməsinə xidmət edir. Məsələn, metalkəsən dəzgahda diametri dəyişən pəstahın müxtəlif sahələrində əlverişli kəsmə sürətini təmin etmək mümkündür. Bundan əlavə variatorlara avtomobil, tekstil maşın və mexanizmlərində, kağız, kimya sənayesində, nəqliyyatda rast gəlinir. Ən geniş yayılmış növü elektrik mühəriki ilə işlədilən pazlı qayış ötürməsidir. Sürətin pilləsiz ötürmə sistemi kimi variatorların tətbiqi avtomatlaşdırılmış texniki vasitələrdə daha böyük rol oynayır.
Qayışla işləyən variatorlar
redaktəŞəkildə qayış ötürməsi ilə işləyən variator təsvir olunmuşdur. Variator pazformalı qayışla əlaqələndirilmiş aparıcı və aparan qasnaqlardan ibarətdir. Qasnaqlar giriş və çıxışda yaranan yüklərin fərqindən asılı olaraq daxil olduğu ötürmədə dövrlər sayını tənzimləyir. Tənzimləmə əl və avtomatik aparıla bilir. Vallarda oturdulmuş qasnaqların ya hər ikisi, ya da aparan qasnaq onun daxili ölçüsünü müəyyən edən, bir-birinə nisbətən hərəkət edəbilən iki hissədən ibarətdir. Vala düşən yükdən asılı olaraq qasnağın araboşluğunun ölçüsü onun tərəflərinin bir-birinə nisbətən yaxınlaşması və ya uzaqlaşması yolu ilə tənzim olunur. Bu yolla aparan və aparılan qasnaqda effektiv diametrin ölçüsü dəyişir və nəticədə vallar arasında müxtəlif öütrmə ədədləri əldə edilir.
Təsnifatı
redaktə- Friksion vaiatorlar:
- yan;
- konus;
- kürəvi;
- многодисковые;
- çox diskli;
- dalğavari;
- diskli-kürəvi;
- pazvari.
- İlişmə variatorları:
- zəncirli variator.
- yüksəkmomentli variator
Mənbə
redaktə- Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
- ↑ "Variator". 2021-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.