Varsagi - Wikipedia
Varsağı — aşıq şeir biçimlərindən biri. Xalq şeiri üslubunda yazan sənətkarlar, aşıqlar bu formadan öz yaradıcılıqlarında istifadə etmişlər.[1]
"Varsağı" qədim Azərbaycan qəbilələrindən birinin adı ilə bağlıdır. Qədim türk tayfalarından bəziləri ozan statusundan musiqiçi – folklor sənətkarını “varsaq” adı ilə də çağırmışlar.
"Varsaq" bir termin kimi müxtəlif anlamlarda işlədilir. M.Seyidov varsağını bir termin olaraq: a) qəbilə adı; b) yer adı; c) qəbiləyə məxsus əşya adı; ç) şeir forması və melodiya adı; d) sənətkara verilən ad kimi şərh edir.
Şah İsmayıl Xətai, M.Əmani, Qaracaoğlan, Dadaloğlu və başqaları yaradıcılığında varsağılardan geniş şəkildə istifadə etmişlər. Varsağılar lirik-məhəbbət, təsəvvüf və nəsihətamiz ruhda olmuşdur. Bu, səkkiz və on bir hecalı, dördmisralı və bir neçə bəndlik şeirdir. Qafiyələnməsi abab, cccb, çççb və s. olur. Gəraylı və qoşmadan fərqli olaraq hər bəndin sonuncu misrası bütün bəndlərdə eyni olur.
İstinadlar
redaktə- ↑ Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.