Vasif Adigozelov - Wikipedia
Vasif Zülfüqar oğlu Adıgözəlov (28 iyul 1935, Bakı – 15 sentyabr 2006[1][2], Bakı) — Azərbaycan bəstəkarı, pedaqoq, musiqi xadimi, professor, Azərbaycan SSR xalq artisti (1989), "Şöhrət" və "İstiqlal" ordenləri laureatı.
Vasif Adıgözəlov | |||
---|---|---|---|
Vasif Zülfüqar oğlu Adıgözəlov | |||
Ümumi məlumatlar | |||
Doğum tarixi | |||
Doğum yeri | |||
Vəfat tarixi | (71 yaşında) | ||
Vəfat yeri | |||
Dəfn yeri | |||
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
||
Uşağı | |||
Atası | Zülfü Adıgözəlov | ||
Musiqiçi məlumatları | |||
Fəaliyyəti | bəstəkar, müəllim | ||
Janr | opera | ||
Musiqi aləti | piano | ||
Təhsili | |||
Mükafatları |
|
||
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəVasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bəstəkarlıq üzrə Qara Qarayevin , fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirir. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirir.
- Muğam xanəndəsi Zülfü Adıgözəlovun oğludur.
- Müğənni Rauf Adıgözəlovun qardaşıdır.
- Dirijor Yalçın Adıgözəlovun atasıdır.
Əmək fəaliyyəti
redaktəƏmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlamışdır. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş musiqi redaktoru, A. Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışmışdır. 1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edirdi. 1990-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilmişdir.
1989-cu ildən professor adını almışdır. Bakı Musiqi Akademiyasında "xor dirijorluğu" kafedrasına rəhbərlik etmişdir.
Təltif və mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 noyabr 1973
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 21 mart 1989
- 1990-cı il üzrə Azərbaycan SSR Dövlət mükafatı — 1991
- "Şöhrət" ordeni — 3 noyabr 1995
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002[3]
- "İstiqlal" ordeni — 27 iyul 2005
Əsərləri
redaktə- 2 opera: "Ölülər (opera)", "Natəvan (opera)"
- 5 musiqili komediya: "Hacı Qara (operetta)" (həmmüəllifi R. Mustafayev), "Nənəmin şahlıq quşu", "Boşanaq - evlənərik", "Lənət şeytana"
- 4 oratoriya: "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı"
- 3 kantata: "Novruzum", "Təntənəli"
- 4 simfoniya
- 6 instrumental konsert
- kamera-instrumental musiqinin, kino-teatr musiqisinin, romans və mahnıların müəllifidir.
Xatirəsi
redaktə2020-ci ilin fevralında bəstəkarın yaşadığı mənzilin qarşısında barelyefi açılmışdır. Əsərin müəllifi heykəltaraş Aslan Rüstəmovdur.[4]
Filmoqrafiya
redaktə- Aktrisanın təbəssümü (film, 1974)
- Balaca çoban (film, 1985)
- Bir tale naxışı. Vasif Adıgözəlov (film, 2012)
- Cazibə Qüvvəsi (1964)
- Həyat bizi sınayır (film, 1972)
- Keyfiyyət nişanı (film, 1974)
- Kədərimiz... Vüqarımız...
- Kişi sözü (film, 1987)
- Qaraca qız (film, 1966)(film, kinoalmanax)
- Qəribə əhvalat (film, 1960)
- Lahıc (film, 2004)
- Maestro (film, 2002)
- Mahnı qanadlarında (film, 1972)
- Məhəbbət oratoriyası (film, 2003)
- Mətbuat fədaisi (film, 2007)
- Nəriman Əliyev (film, 2005)
- Skripkanın sərgüzəşti (film, 1972)
- Sovet Azərbaycanı (film, 1972)
- Sovet Azərbaycanı (film, 1977)
- Şərikli çörək (film, 1969)
- Zülfü ocağı (film, 2002)
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Vasif Adıgözälov // Faceted Application of Subject Terminology.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2019.
- ↑ Lent.az. "Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açıldı" (az.). Lent.az. 18.02.2020. 2020-02-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-02-18.
Xarici keçidlər
redaktə- Vasif Adıgözəlov — Elegiya
- Ruslan Muradov — Laylay
- Mənsum İbrahimov — "Qarabağ şikəstəsi" oratoriyası
- Zemfira İsmayılova — "Çanaqqala-1915" oratoriyası
- Şövkət Ələkbərova — Bakı — sözləri: Rəsul Rza
- Akif İslamzadə — "Təkcə səndən xoşum gəlir" mahnısı — sözlər: Tacəddin Şahdağlı
- "Qaya" vokal ansamblı — Mən gəzirəm hər yanı — sözlər: Əliağa Kürçaylı
- Flora Kərimova — Gözləməsin, neyləsin?
- Aygün Bəylər — Şuşam — sözlər: Ramiz Duyğun
- Ramil Qasımov — Sahilə gəl — sözlər: Züleyxa Bayramova
- Rauf Adıgözəlov — "Naz naz" mahnısı — sözlər: bayatılar
- Rauf Adıgözəlov — "Qərənfil" mahnısı — sözlər: Xurşudbanu Natəvan
- Rauf Adıgözəlov — "Neyləsin" mahnısı — sözlər: Zeynal Cabbarzadə
- Rauf Adıgözəlov — "Unutdu məni" mahnısı — sözlər: Aslan Aslanov
- RAuf Adıgözəlov — Şair, nə tez qocaldın — sözlər: Səməd Vurğun
- Səda — Vasif Adıgözəlovun doğum günüdür