Vasilevski Adasi - Wikipedia
Vasilevski adası — keçmiş ada (hazırda Vasilevski dayazlığı), Yeni Sibir adalarıının cənub-qərbində (Lyaxovski adalarının uzaq qərbində), Laptevlər dənizinin şərqində yerləşir. Yoxa çıxana qədər ada arxipelaqın ən kiçik adalarından biri olmuşdur. Dayazlıq öz adını Vasilevski adasının adından götürülmüşdür. Semyonovski adasıdan şimal-şərqdə, Stolbovoy adasından isə şərqdə yerləşir. 2013-ci ildə isə adaya yaxın bölgədə Yaya adası aşkarlanmışdır.
Vasilevski adası | |
---|---|
saxa Яя | |
Yerləşməsi | |
74°14′00″ şm. e. 133°26′00″ ş. u.HGYO | |
Ölkələr | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
Tarixi məlumat
redaktəAşkarladığı müddətdən sonra adaya müntəzəm təşkil edilən reydlər zamanı adanın tədricən yoxa çıxdığı aşkarlanır. Artıq 1930-cu illərin ortaları ada buzların ekzarasiyası nəticəsində yoxa çıxır. 1965-ci ildə dayazlığın minimal dərinliyu 0,8 m təşkil edirdi. Sonradan dəniz küləklərinin fəaliyyəti nəticəsində dərinlik dahada artır[1]. Vasilevski adası ilk dəfə 1814-ci ildə yakutyalı N. S. Belkov tərəfindən aşkarlanmışdır. 1815-ci ildə Maksim Lyakovski bu adanın yeni bir ada olduğunu müəyyən edir. İlk dəfə N. S. Belkov 26 aprel 1822-ci ildə adaya ayaq basır[2].
1823-ci ildə hidroqrafik ekspedisiyanın rəhbəri Pyotr Fedoroviç Anju Belkovski adasında araşdırma apararkən adada olur. Onun məlumatına görə adanın uzunluğu 7,4 km, eni isə 0,5 km təşkil etmişdir. 1912-ci ildə adanın uzunluğu artıq 4,6 kilometrə qədər qısalmışdır. 1936-cı ildə artıq xəritələrdə adanın yerində dayazlıq təsfir edilir.
Yeni adanın yaranması
redaktə2013-ci ilin sentyabrında bu bölgədə (təxmini olaraq Vasilevski adasından 1 kilometr aralıda yerləşir). Dənizin ortasında 500 m² sahəsi olan adadır[3][4].
2014-cilin aprelində ada üzərində növbəti uçuşlar həyata keçirilmiş onun şəkilləri çəkilmişdir. Adanın mövcudluğu təstiqlənmişdir. 23 sentyabr 2014 ildə Baltik donamasına aid «Admiral Bladimirski» gəmisi sahilə yan alır və adaya ilk dəfə insanlar enir [5]. Ada 73°59'25.2" şimal enliyi və 133°05'28.1" şərq uzunluğunda yerləşir. Adanın uzunluğu 370, eni isə-125 metr təşkil edir. Aşkarlanan ada sonradan Yaya adlandırılmışdır. Aleksandr Qukov adanı araşdırarkən onun 1930-cı illərdə mövcud olmuş Vasilevski adasının yerində yenidən əmələ gəldiyini bildirir.
İstinadlar
redaktə- ↑ О современном состоянии подводных островов на восточно-сибирском шельфе // Доклады Академии наук, 2008, том 419, № 2, с. 255—261[ölü keçid]
- ↑ "Клюев Е. В., Котюх А. А., Оленина Н. В. Картографо-гидрографическая интерпретация исчезновения в море Лаптевых островов Семеновского и Васильевского. Известия всесоюзного географического общества. 1981, Вып. 6, с. 485—492". 2014-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-16.
- ↑ Журнал «География и экология в школе XXI века», № 2/2014, стр. 14—18.
- ↑ Экипаж исследовательского судна подтвердил существование острова Яя Arxivləşdirilib 2014-10-06 at the Wayback Machine Lifenews
- ↑ "Экспедиция судна «Адмирал Владимирский» подтвердила существование острова Яя. 30.9.2014". 2014-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-16.