Vayt Adasi Kanada - Wikipedia
Vayt adası (ing. White Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012).
Vayt adası | |
---|---|
ing. White Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 789 km² |
Uzunluğu |
|
Eni | 19 km |
Hündür nöqtəsi | 1100 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
65°50′ şm. e. 84°50′ q. u.HGYO | |
Ölkə | Kanada |
Vilayət | |
Akvatoriya | |
|
Coğrafiya
redaktəVayt adası Foks körfəzinin cənub-qərb küncündə yerləşir. Ada Melvill yarımadasının cənubunda, Sauthempton adasının şimalında və Vansittart adasının qərbində yerləşir. Adanın sahəsi 789 km², sahil xəttinin uzunluğu 188 km-dir[1]. Ada Kanadanın coğrafi mərkəzindən 821 km şimal-şərqdə və Ottavadan 2338 km şimalda yerləşir[2].
Vayt adasının maksimal uzunluğu (şimal-qərbdən cənub-şərqə) 55 km, maksimum eni (şərqdən qərbə) 20 km-dir. Adanın qərb hissəsinin relyefi şərqdə təpəli dağlıq əraziyə çevrilən sahil ovalığı qurşağıdır, mahiyyətcə Sauthempton adasının şimal sahili boyunca uzanan alçaq Porsild dağlarının davamıdır[3]. Vayt adasının şərq və şimal sahillərində çoxlu sayda kiçik adalar və adacıqlar vardır. Adanın səthi boyunca çoxsaylı göllər səpələnmişdir, ən böyüyü 17 km-ə qədər uzanır.
İstinadlar
redaktə- ↑ "The Atlas of Canada. Sea Islands". 2012-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-24.
- ↑ "Traveljournals.net". 2005-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-25.
- ↑ "Oceandots.com — The Island Encyclopedia. White Island". 2011-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-24.