Veddell Denizi - Wikipedia
Veddell dənizi (ing. Weddell Sea) — Cənub okeanının akvatoriyasında, Antarktidanın qərbində Antarktik yarımadası ilə Kots Torpağı arasında yerləşir.
Veddell dənizi | |
---|---|
ing. Weddell Sea | |
Ümumi məlumatlar | |
Tip | Materik kənarı |
Mütləq hündürlüyü | 0 m |
Sahəsi | 2,920,000 km² |
Dərin yeri | 6,820 m |
Orta dərinliyi | 3,000 m |
Şəffaflığı | 80 m |
Yerləşməsi | |
75°00′00″ c. e. 45°00′00″ q. u.HGYO | |
Ölkə | Antarktida |
Üst akvatoriyası | |
Yerləşməsi | Qərbi Antarktida |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəSahəsi 2,920,000 km² ,orta dərinliyi 3,000 m ,ən dərin yeri 6820 m (şimal hissədə) təşkil edir. Cənub və cənub-qərb hissələrdə dərinliyi nisbətən dayazdır (500 m). Qışda cənub hissədə suyun temperaturu −1,8 s qədər. Cənub sahillərində şelf buzlaqları Ronn və Filxnera yerləşir. 20–25 ildən bir sahillərindən nəhəng Aysberqlər ayrılır. Dəniz ilin böyük qismi buzla örtülü olması ilə əlaqədar qalınlığı 2 metrə catan buz parcaları hərəkət edir. Sularında kit və suitiləri (Veddell suitisi) ilə zəngindir. Gəmiçilik üçün heçdə əlverişli deyil. Dəniz 1823-cü ildə ingilis ekspedisiya rəhbəri Ceyms Veddell tərəfindən kəşf edilir. O dənizi IV Qeorq adlandırır, 1900-cü ildən dənizi onu kəşf edənin şərəfinə Veddell adlandırırlar. Dənizi örgənən alman ekspedisiyası "Qütb ulduzu" gəmisində ,dənizin şəffaflığının 79 m olmasını müəyyən etmişlər. Hal-hazırda dənizin 80 metrliyində ora atılan disk asanlıqla görünür.