Vedran Smaylovic - Wikipedia
Vedran Smayloviç — "Sarayevonun Violonçel İfaçısı" kimi tanınan Bosniya və Herseqovinadan olan musiqiçi. 1956-cı il noyabrın 11-də anadan olub. O, Sarayevo Simli Kvartetinin keçmiş violonçelisti kimi fəaliyyət göstərib. Sarayevo şəhərinin mühasirəsi zamanı dağıdılmış binaların arasında və əksər hallarda snayperlərin təhlükəsi altında həlak olanların dəfn mərasimi zamanı Tomazo Albinoninin “Adajio Sol Minor” əsərini ifa etmişdir. Onun cəsarəti daha sonralar musiqi nömrələrinin və hadisələri təhrif edən kitabın yazılmasına gətirib çıxardı.
Vedran Smayloviç | |
---|---|
Vedran Smailović | |
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vətəndaşlığı | Bosniya və Herseqovina |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Violonçelist, bəstəkar, pedaqoq |
Janr | Klassik musiqi |
Musiqi aləti | Violonçel |
Vikianbarda əlaqəli mediafayllar |
Fəaliyyəti
redaktəO, Sarayevo Operası, Sarayevo Filarmoniya Orkestri, Sarayevonun Simfonik RTV Orkestri və Sarayevo Milli Teatrında oynayıb.
Sarayevonun Violonçel İfaçısı
redaktəSarayevo şəhərinin mühasirəsi zamanı öz violonçelini davamlı olaraq dağıdılmış binaların arasında Albinoninin əh məşhur əsərlərindən olan “Adajio Sol Minor” əsərini ifa etməklə bütün dünyanın diqqətini bu hadisələrə yönəltmişdir. Smayloviç həmçinin mühasirə zamanı dəfn mərasimlərində də violonçeli ifa etmişdir, halbuki dəfn mərasimləri tez-tez snayperlər tərəfindən hədəfə alınırdı.
Onun şərəfinə, bəstəkar David Vilde violonçeldə solo ifa etmək üçün "Sarayevonun Violonçel İfaçısı" əsərini yazır. Bu əsər daha sonralar YoYo Ma tərəfindən lentə alınır. Folklor ifaçısı Con Mackatçeon onun şərəfinə “Sarayevonun küçələrində” mahnısını yazmışdır.
Kanadalı yazıçı Elizabet Velbörn 1998-ci ildə Smayloviçlə birlikdə “Meydandan gələn səslər” uşaq kitabını yazmışdır. Digər bir kanadalı yazıçı Steven Qallovey 2008-ci ildə yazdığı özünün ən çox satılan "Sarayevonun Violonçel İfaçısı" romanında Vedran Smayloviçin xarakterini yaratmışdır. Kitabda qeyd olunur ki, adsız bir violonçel ifaçısı mayın 26-sı 1992-ci ildə çörək almaq üçün sıraya düzülən 22 nəfərin şərəfinə 22 gün müddətinə saat 16:00-da hər gün eyni saatda, eyni yerdə violonçel ifa edir. Əsərdəki şəxs və minaatan hücum tamamilə hekayə üçün uydurulmuşdur.[1] Smayloviç kitabın dərc olunmasına öz narazılığını açıq şəkildə ifadə etmişdir. O, bildirib ki, yazıçı bu əsərdə onun adını və şəxsiyyətini oğurlayıb və ondan üzr istəməli və təzminatla təmin etməlidir.[1]
Sonrakı karyerası
redaktəO, 1993-cü ilin sonlarında şəhərdən uzaqlaşır və ifaçı, bəstəkar və dirijor kimi fəaliyyət göstərərək bir çox musiqi layihələrinə cəlb edilir. Vedran Smayloviç hal-hazırda Şimali İrlandiyada Vorrenpoint qəsəbəsində yaşayır.
O, "Mənim Qəhrəmanım" layihəsində “Qəhrəmanın Qəhrəmanı” adını almışdır.[2]
İstinadlar
redaktə- ↑ 1 2 Sharrock, David (17 June 2008). "Out of the war into a book and into a rage". The Australian. Retrieved 31 January 2012.
- ↑ "Vedran Smailovic" Arxivləşdirilib 2009-08-02 at the Wayback Machine. The My Hero Project. Retrieved December 5, 2016.