Vellinqton Viktoriya Universiteti - Wikipedia
Vellinqton Viktoriya Universiteti (ing. Victoria University of Wellington) — Yeni Zelandiyanın Vellinqton şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. Əsasən hüquq, sosial elmlər və bəzi elm displinlərinə görə fərqlənsə də universitet geniş akademik proqramlar təklif edir.
Vellinqton Viktoriya Universiteti VUW | |
---|---|
41°17′20″ c. e. 174°46′06″ ş. u.HGYO | |
Şüar | (lat. Sapientia magis auro desideranda; ing. Wisdom is more to be desired than gold[1]; azərb. Bilik qızıldan daha arzuolunandır |
Əsası qoyulub | 1897 |
Tip | Dövlət |
Rektor | İan D. Makkinnon[2] |
Tələbə sayı | 22 310 (2010)[3] |
Şəhər | Vellinqton |
Ölkə | |
Sayt | victoria.ac.nz |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1897-ci ildə Parlamentin aktı əsasında təsis edilmişdir və Yeni Zelandiya Universitetinin kolleclərindən biri olmuşdur.
Universitet Britaniya kraliçası Viktoriyanın hakimiyətinin 60-cı ildönümü ilə əlaqəli kraliçanın şərəfinə adlandırılmışdır. İlk kampusu Vellington şəhərinin Trondon deyilən ərazisində qurmaq planlaşdırılsa da, sonradan məkan olaraq Kelburn seçilmişdir. Hazırda universitetin əsas kampusu Kelburndadır. Kelbur kampusundakı qədimi Hanter Binasının (ing. Hunter Building) əsası 1904-cü ildə qoyuldu. Universitetin ilk adı Viktoriya University College idi və universitet Yeni Zelandiya Universitetinin bir hissəsi idi. 1961-ci ildə Yeni Zelandiya Universitetinin bölünməsi nəticəsində Viktoria da müstəqil universitet oldu. 2004-cü ildə universitet 100 illiyini qeyd etdi.
Son illərdə universitet yeni kampuslar, Te Aro (memarlıq və dizayn məktəbləri), Pipitea (kommersiya və idarəetmə, hüquq məktəbləri) və Karirori (təhsil) kampuslarını yaratmışdır.
Kampusları
redaktəKelburn
redaktəUniversitetin əsas kampusu Kelburndur. Paytaxtın mərkəzində olan bu kampus özündə idaretmə, sosial və ictimai elmətlər, elm fakültələrini cəmləşdirir. Eyni zamanda universitetin 9 mərtəbəli mərkəzi kitabxanası da bu kampusdadır.
Pipitea
redaktəKommersiya və idarətmə fakultəsi Pipitea kampusunda yerləşir. Pipitea da paytaxtın mərkəzində yerləşir. Parlament binası ilə üzbəüz olan çoxmərtəbəli Rutherford binası, Vellinqton qatar stansiyasının binasının bir hissəsi Railway West Wing binası, cənub yarım kürəsində ən böyük və dünyada 4-cü ən böyük taxta bina olan qədimi Dövlət binası da Pipite kampusunun bir hissəsidir. Dövlət Binasında Viktoriya Hüquq Məktəbi və eyni zamanda geniş hüquq kitabxanası fəaliyyət göstərir. Railway West Wing binasında kommersiya kitabxanası və bir neçə digər universitet qurumları yerləşir.[4]
Te Aro
redaktəNisbətən kiçik Te Aro kampusu da digər kampuslar kimi mərkəzdədir. Burada əsasən dizayn və memarlıq fakultələri və eyni zamanda dizayn və memarlıq kitabxanası fəaliyyət göstərir. Universitet Yeni Zelandiyada memarlıq ixtisası üzrə təhsil təklif edən 3 universitetdən biridir.[5]
Kariori
redaktəTəhsil Fakultəsi Karirori kampusunda yerləşir.
Texniki təchizat
redaktəUniversitetin bütün kampuslarıda tələbə və müəllimlər üçün pulsuz və limitsiz naqilsiz internet var. Eyni zamanda bütün kampuslar yetərincə kompüter və çap maşınları ilə də təchiz olunmuşdur. Xüsusi məqsədli kompüter laboratoriyaları əsasən Kelburn və Pipitea kampuslarında var. Laboratoriyadakı bütün kompüterlər dərslər uyğun proqramlarla təmin olunmuşlar. Əlavə olaraq universitet tələbələri dərslərdə istifadə olunan proqramlarla da təmin edir. Kitabxanalarda[6] tələbələr üçün dizüstü kompüterlər də verilir. Tələbə universitetlə bağlı işlərinin çoxusunu (kitabların vaxtının uzadılması, mühazirələr, dərs qrupları, qiymətlərini, yeni dərslərə qeydiyatı, kitabxana kataloqunda axtarış və sair.) elektron şəkildə edə bilir. Universitetin kitabxanalarında təxminən 1.3 milyon çap olunmuş nəşrlər, eyni zamanda 200 000 elektron kitab var. Eyni zamanda 70000 elmi jurnallara da tələbə və müəllimlərin elektron çıxışı var.
İdarəetmə
redaktəUniversitetin idarə olunması 20 nəfərdən təşkil olunmuş Universitet Konsulunun əlindədir.
Fakültə və məktəbləri
redaktəAraşdırma mərkəzləri və institutları
redaktə- MacDiarmid adına mürəkkəb materiallar və nanotexnologiya İnstitutu;
- Malaghan Tibbi Araşdırmalar İnstitutu;
- Viktoriya Universiteti Sahil Ekologiyası Labaratoriyası;
- Yeni Zelandiya Starteji Elmlər Mərkəzi;
- Siyasi Elmlər institutu;
- Adam İncəsənət Qalereyası;
- Yeni Zelandiya Elektron Mətn Mərkəzi.[14]
Reytinqi
redaktəUniversitetin Yeni Zelandiya üzrə 4-cü ən yüksək araşdırma qiyməti var. 2011-cu ildə "QS World University Ranking"in siyahısında 500 universitet arasında 237-ci yerdədir.[15]
Məşhur akademikləri
redaktə- Dr James Belich, Yeni Zelandiya tarixçisi;
- Mai Chen, ictimai hüquq mütəxəssisi;
- Prof. Sir Paul Callaghan, fizika elmləri professoru;
- Prof. Sir Lloyd Geering, Dini Elmlər departamentinin təsisçisi;
- Prof. George Edward Hughes, Fəlsəfə professoru;
- Prof. Richard Cockburn Maclaurin, riyaziyyat professoru və məşhur MİT-nin prezidenti;
- Sir Tipene ORegan, Maori lideri;
- The Rt Hon. Sir Geoffrey Palmer, Yeni Zelandiyanın keçmiş baş naziri;
- Dr Matthew Palmer, hüquq məktəbinin keçmiş dekanı və Geoffrey Palmerin oğlu.
Məşhur məzunları
redaktə- Prof Alan MacDiarmid, 2000-ci il kimya üzrə Nobel mükafatının qalibi;
- Sir Paul Reeves, Yeni Zelandiyanın keçmiş Governor-Generalı;
- Dr Jonathan Sarfati, Yeni Zelandiyanın şahmat çempionu;
- Sir Jack Marshall, keçmiş baş nazir;
- Sir Guy Powles, Yeni Zelandiya diplomatı və ilk ombudsmanı;
- Gillian Whitehead, Yeni Zelandiya bəstəkarı;
- Martin Wylie, Slingshot-un icraçı direktoru;
- Peter Dengate Thrush, ICANN-in yüksək səlahiyətli nümayəndəsi (sədri);
- Johj Feeney, sənədli film rejisoru, 2 dəfə Academy Award mükafatçısı;
- Sir Michael Fay, Yeni Zelandiyanın 3-cü ən varlı adamı;
- Jane Campion, məşhur ssenarist və film direktoru;
- Sir Michael Hardie Boys, keçmiş Governor-General;
- Fleur Adcock, şair, Kral Qızıl Medalı mükafatçısı;
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Nzetc.org – Victoria University College an essay towards a history". 2008-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-17.
- ↑ "Victoria.ac.nz – Officers of Council". 2010-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-17.
- ↑ "Vuw.ac.nz – Annual report 2010" (PDF). 2011-06-07 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-09-17.
- ↑ "Vuw.ac.nz – Pipitea Campus". 2006-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-17.
- ↑ "Vuw.ac.nz – Te Aro Campus". 2006-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-17.
- ↑ "Victoria.ac.nz – The Victoria University of Wellington Library". 2010-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-17.
- ↑ 1 2 "Victoria.ac.nz – Faculty of Architecture and Design". 2010-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-17.
- ↑ "Victoria.ac.nz – Faculty of Commerce and Administration". 2010-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-17.
- ↑ "Victoria.ac.nz – Faculty of Engineering". 2010-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-17.
- ↑ "Victoria.ac.nz – Faculty of Graduate Research". 2010-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-17.
- ↑ "Victoria.ac.nz – Faculty of Humanities and Social Sciences". 2010-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-17.
- ↑ "Victoria.ac.nz – Faculty of Law". 2010-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-17.
- ↑ "Victoria.ac.nz – Faculty of Science". 2015-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-17.
- ↑ "Victoria.ac.nz – Research Centres and Institutes". 2010-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-17.
- ↑ "Topuniversities.com – QS World University Rankings 2011/12". 2014-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-17.