Vertebrata - Wikipedia
Onurğalılar (lat. Vertebrata) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan yarımtipi.
Onurğalılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: Onurğalılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Onurğalılar növlərinə görə onurğasızlardan xeyli azdır (45000 növ), lakin müasir biosferin həyatındakı roluna, adətən biosenozlarda qidalanma zəncirini tamamladığına görə onlardan üstündür.
Kələlilərə dəyirmiağızlılar, qığırdaqlı balıqlar, sümüklü balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər daxildir.
Onurğalı heyvanlar torpaqəmələgəlmə prosesində fəal iştirak edirlər. Bunlar arasında gəmiricilərin xüsusi çəkisi daha böyükdür. Bütün gəmiricilər torpaq qatında yuvalar qazır. Bu zaman səthə külli miqdarda qarışdırılmış torpaq atılır. Gəmiricilərdən bəziləri torpaqda "köstəbək yolları" adlanan yollar qazır.
Bozqır rayonlarda yer siçanları torpağın aşağı və yuxarı qatlarını o qədər qarışdırır və ya torpağın səthinə o qədər torpaq atırlar ki, səthdə bozqırlar üçün səciyyəvi olan mikrorelyef yaranır. Məşhur rus alimi S. S. Nestruyev belə relyef formasını nonorelyef adlandırmışdır.[2]
Ümumi xarakteristika
redaktəOnurğalılar (Vertebrata) yarımtipinin nümayəndələrinin dərisi 2 qatdan – çoxqatlı epidermis və koriumdan ibarətdir. Pulcuqlar, lələklər, tüklər, caynaq və dırnaqlar bunun törəmələridir. Onurğalılarda xorda yalnız embrional dövrdə olur.
Daxili quruluşu
redaktəOnurğalılarda xorda onurğa ilə əvəz olunub. Yetkin dövrdə bütün onurğalılar sümük skeletə malikdir. Onlarda baş, gözlər və ətraflar yaxşı inkişaf edib. Əzələ sistemi eninə zolaqlı və saya əzələdən ibarətdir. Tənəffüs sistemini qəlsəmə və ya ağciyərlər təşkil edir. Qan-damar sistemi qapalıdır. Ürək çoxkameralıdır, qan damarları venalar və arteriyalar şəklindədir. Açıq limfa sistemi mövcuddur. İfrazat sistemi yaxşı inkişaf etmişdir. Bu sistem bir cüt böyrəkdən və sidik axarlarından ibarətdir.
Hətta aşağı pillədə yerləşən onurğalıların da beyni vardır. Ali formalı onurğalılarda isə beyin yarımkürələri inkişaf etmişdir. Bu, onurğalıların xarakterik əlamətidir. Sinir sistemi mərkəzi və periferik sinir sisteminə bölünür. Hissiyyat orqanları (burun, gözlər, qulaqlar) və daxili sekresiya vəziləri də inkişaf etmişdir. Onurğalılar ayrıcinsiyyətlidir. Dişi və erkək cinsiyyət vəziləri cütdür. Mayalanma xarici və ya daxili olur. Bəzi onurğalılar metamorfozla inkişaf edir.
Təsnifatı
redaktə- Onurğalılar (Vertebrata) yarımtipi
- Çənəsizlər (Agnatha) infratipi
- Dəyirmiağızlılar (Cyclostomata) sinfi
- Ağızçənəlilər (Gnathostomata) infratipi
- Balıqlar (Pisces) sinifüstü
- Zirehli balıqlar (Placodermi) sinfi, nəsli kəsilib
- Qığırdaqlı balıqlar (Chondrichthyes) sinfi
- Qəlsəməçənəlilər (Acanthodii) sinfi, nəsli kəsilib
- Sümüklü balıqlar (Osteichthyes) sinfi
- Dördayaqlılar (Tetrapoda) sinifüstü
- Suda-quruda yaşayanlar (Amphibia) sinfi
- Sürünənlər (Reptilia) sinfi
- Quşlar (Aves) sinfi
- Məməlilər (Mammalia) sinfi
- Balıqlar (Pisces) sinifüstü
- Çənəsizlər (Agnatha) infratipi
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2001.
- ↑ Q. Məmmədov. Torpaqşünasliq və torpaq coğrafiyasinin əsaslari. Bakı, Elm, 2007