Vestqot Kralligi - Wikipedia
Vestqot krallığı — Xalqların böyük köçü nəticəsində dağılan Qərbi Roma İmperiyasının ərazisində yaranmış barbar krallıqlarından biri.
Tarixi dövlət | |||
Vestqot krallığı | |||
---|---|---|---|
lat. Regnum Gothorum | |||
|
|||
|
|||
Paytaxt | Tuluza, Toledo, Barselona | ||
Dilləri | Qot dili, Vulqar latın dili | ||
Ərazisi |
|
||
İdarəetmə forması | monarxiya | ||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəHunlar qərbə doğru hərəkət edib IV əsrin II yarısında Don sahilində alanların tayfa birliyini dağıtdılar; 375-ci ildə isə Qara dəniz sahilində ostqotların tayfa birliyini darmadağın etdilər. Ostqotların bir qismi hunlara qarışdı, digəri isa qərba çəkildi. Hunlardan ehtiyat edən vestqotlar da yaşadıqları yerləri tərk edib Dunayı keçdilər və 376-cı ildə Roma imperiyası ərazisində - Meziyada (indiki Bolqarıstan ərazisinin bir hissəsi) imperiyanın müttəfiqi kimi məskən saldılar. Onlar Roma dövlətinə tabe olmalı və imperiyanın sərhəddini xarici hücumlardan qorumalı idilər. Çox keçmədən burda vastqotların Rama imperivasına qarşı üsyanı oldu. Hunların da bir qismi bu üsyana qoşuldu. Üsyançılar 378-ci ildə Adrianopol yaxınlığında Roma imperatorunun ordusunu darmadağın etdilər. Roma qoşunları yalnız 382-ci ildə həmin üsyanı yatıra bildi. Lakin vestqotlar Meziyadan başqa Frakiya və Makedoniyada da məskən saldılar. Bundan sonra vestqotların Qərbi Roma imperiyasına, xüsusən İtaliyaya hücumları daha da artdı. 410-cu ildə onlar Alarixin başçılığı ilə Romanı alıb dağıtdılar. Lakin İtaliyada möhkəmlənə bilməyən vestqotlar Cənubi Qalliyaya keçdilər. 418-ci ildə Cənub-Qərbi Qalliyada Vestqot krallığı (və ya Tuluza krallığı) yarandı. Bu Qərbi Roma imperiyası ərazisində imperiyanın dağılmasına hələ yarım əsrdən də çox qalmış yaranan ilk barbar dövləti idi. V əsrin II yarısında Luaradan cənubdakı bötün Qalliya torpaqları və Pireney yarımadasının çoxu Vestqot krallığına daxil idi. Lakin VI əsrin əvvəllərində vestqotları, başqa bir alman tayfası olan franklar Qalliyadan İspaniya ərazisinə sıxışdırdılar. İspaniya ərazisində Vestqot dövləti VIII əsrin əvvəllərinə qədər yaşadı. Vestqotlar İspaniyada feodalizmin inkişafında mühüm rol oynayırdılar. Vestqot krallığını ərəblər aradan qaldırdılar (711 -718).