Vey Sulalesi - Wikipedia
Vey Sulalesi - Wikipedia - Haqqında Məlumat
Vey, Şu, U çarlıqlarının xəritəsi. 262-ci il |
---|
Vey çarlığı (çin. 曹魏, pinyin: Cáo Wèi) — Üç çarlıq dövründə ən tanınmış, sərkərdə Çao Çao (曹操) tərəfindən əsası qoyulmuş, 220 - 266-cı illərdə mövcud olmuş dövlət.
Çao Çao hakimiyyət zirvəsinə neçə-neçə hərbi yürüşlərdən keçərək çatmışdır. İlk olaraq şəxsi hesabına saxladığı beş minlik dəstəyə malik olan Çao Çao Şandunun qərb hissəsini öz əlinə alaraq, sonradan qonşu əyalətləri də özünə tabe etdirə bilmişdir. O, çox müdrik, soyuqqanlı, qəddar və siyasi hissiyata eyni zamanda dərin hərbi biliklərə malik sərkərdə olmuşdur. Bu cəhətlər onu hökmdarlıq zirvəsinə çatdırmışdır.