Vibrio Cholerae - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Vəba vibrionu (lat. Vibrio cholerae) - vəba xəstəliyinin törədicisidir. Müxtəlif formaları arasında insanda xəstəlik törədən iki seroqrupu - O1 və O139 seroqrupu müəyyən edilmişdir. O1 seroqrupunun iki bivarı var : Klassik bivarı (lat. Vibrio cholerae) 1883-cü ildə R. Kox tərəfindən 1883-cü ildə Hindistan və Misir səfərləri zamanı , El-Tor biovarı (lat. Vibrio El-Tor) isə 1906-cı ildə F. Qotşlix tərəfindən Misirin El-Tor qəsəbəsinin karantin stansiyasında islahdan ölmüş müsəlman zəvvarlarda aşkar olunmuşdur. El-Tor biovarını ÜST 1962-ci ildə qəbul etmişdir. Yuxarıda göstərilən hər iki biovarın İnaba (AC) and Oqava (AB) serotipi mövcuddur 1992-ci ildə Cənub-Şərqi Asiyada (Banqladeş və Hindistan) daha əvvəllər məlum olmayan "O139" seroqrupunun törətdiyi vəba (Banqladeş vəbası) haqqında da məlumatlar əldə edilmişdir.
Vibrio cholerae | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Vibrio cholerae |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Morfologiyası
redaktəUzunluğu 1.5-4.0, diametri 0.2-0.4 mkm olan, qram-mənfi, bir qədər əyilmiş vergül şəkilli bakteriyadır. Bir qütbündə öz ölçüsündən bir neçə dəfə uzun flagella olduğunu görə aktiv hərəkətlidir. Spor və kapsul əmələ gətimir. Fakultativ anaerobdur, adi qidalı mühitlərdə yaxşı inkişaf edirlər, qələvi mühitləri sevirlər. İnkişafı üçün optimal pH - 7.6-9.0, optimal temperatur 37 °C-dir. Vibrionlar üçün elektiv mühit olan 1%-li peptonlu suyun səthində 6-8 saat ərzində ərp əmələ gətirir. Bərk qidalı mühitlərdə kiçik, dairəvi, şəffaf, kənarları hamar S-koloniyalar əmələ gətirir. TCBS (tiosulfat sitrat ödlü saxarozalı aqar) mühitində sarı koloniyalar əmələ gətirir.
Biokimyəvi aktivliyi
redaktəBiokimyəvi cəhətdən aktiv olub saxarolitik, proteolitik və diastatik aktivliyə malikdir. Karbohidratları turşuya qədər parçalayır. Qlükozanı, maltozanı, saxarozanı, manniti, mannozanı parçalayır, arabinozanı isə parçalamır. Bu xüsusiyyətləri mühüm differensial əhəmiyyətə malikdir. Jelatini əridir, kazeini hidroliz edir, dovşan qan plazmasını və südü pıxtalaşdırır, indol əmələ gətirir, hidrogen sulfid əmələ gətirmir. Enterobakteriyalardan və digər vibrionlardan fərqli olaraq oksidaza müsbətdir.
Əlamətlər | Vibrio cholerae | Vibrio El-tor | Vibrio cholerae O139 |
---|---|---|---|
Voqes-Proskauer reaksiyas | |||
Cholerae faqına həssaslığı | |||
El-Tor faqına həssaslığı | |||
Toyuq eritrositlərinin aqqlütinasiyası | |||
Qoyun eritrositlərinin hemolizi | |||
Polimiksinə həssaslığı |
Antigen quruluşu
redaktəVəba vibriounu O-antigeninə (termostabil) və H-antigeninə (termolabil) malikdir. H-antigeni bütün Vibrio cinsinə aid olduğu üçün qeyri-spesifikdir. O-antigeni isə tip və növ spesifikliyinə malikdir. Vəba vibriounu O-antigeninə görə 150-dən çox seroqrupa (O1, O2, O3 və s.) bölünür ki, Cholera və El-Tor biovarları O1 seroqrupuna daxildirlər.