Vikipediya Inzibatcilar Arxiv 16 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
İnzibatçı statusunun verilməsi ilə bağlı səsvermələr
Bikar (müzakirə • töhfələr • statistikalar)-a inzibatçı statusunun verilməsi ilə bağlı səsvermə
Səsvermə 28 fevral – 14 mart 2024-cü il tarixləri arasında keçirilir (Ümumdünya vaxtı ilə 14 mart 2024-cü il saat 18:42-də səsvermə dayandırılır)
- Salam, dəyərli həmkarlar. İstifadəçinin ümumi aktivliyi, müzakirələrdə sakitliyi və tərəfsizliyini qoruması təqdirəlayiqdir. Ən aktiv patrul və rolbakerdir. VP:İM səhifəsini də ən çox istifadə edən özüdü. Hazırkı vəziyyəti də nəzərə alsaq, operativ və obyektiv inzibatçılara ehtiyacımız var. İstifadəçi 2 ilə yaxındır ki, aramızdadır və bu vaxtdan bəri eyni çizgidə irəlləyir, bu vaxt ərzindəki yığdığı təcrübə, ümumi işi anlaması da düşünürəm ki, inzibatçı olması üçün bəs edir. Özünə də bir neçə istifadəçi tərəfindən bu barədə təkliflər olub və irəlidə namizəd ola biləcəyini qeyd edərək qəbul etməyib. Görünür bu barədə düşünməyə başlayıb. Bir az gec də olsa, 1 ay əvvəlki bu rəyini də nəzərə alaraq namizədliyini təqdim edirəm. İnzibatçı kimi də etimadları doğruldacağına əminəm. Ümid edirəm təklifimi qəbul edəcək. Uğurlar. Hörmətlə, Gadirmüzakirə 18:42, 28 fevral 2024 (UTC)
- Lehinə: Hörmətlə, Gadirmüzakirə 18:42, 28 fevral 2024 (UTC)
Lehinə:— Baskervill (müzakirə) 18:46, 28 fevral 2024 (UTC)
- Lehinə: Uğurlar.— Eminn (müzakirə) 18:47, 28 fevral 2024 (UTC)
- Lehinə: fəaliyyətində bir problem görmürəm. Qısa bir vaxtda vikipediya qaydalarına hakim olub. Moses :) 19:20, 28 fevral 2024 (UTC)
- Lehinə: düşünürəm ki, yeni fikirlərə ehtiyac var. Həmçinin Bikar da təcrübəli istifadəçidir. Niyə də yox? Amma Sura Shukurlu-nun də fikirlərinə qatılıram. Vikipediya istifadəçilər arasında müəyyən bir pərdə olmalıdır. Şəxsi həyatda hansısa tanışınızla burada birlikdə işləməyiniz mümkündür. Amma yenə də müraciətdə və müzakirələrdə o pərdəni qorumaq lazımdır. Misal üçün mən burada tanıdığım adamlarla heç vaxt "sənlə" danışmıram, hansi ki, ortalama 8-9 il tanıdığım adamlardı. Vikipediya "səmimiyyət" yeri deyil. Düşərgədə, yaxud hansısa görüşdə mümkündür, amma burda yox. Mən Bikara etimad edirəm və düşünürəm ki, öhdəsindən gələ biləcək. Uğurlar!!— Turkmen müzakirə 06:55, 29 fevral 2024 (UTC)
- Lehinə: fəaldır. Səhvsiz, qüsursuz, ideal heç kim yoxdur. şans vermək olar.— samral müzakirə 19:01, 1 mart 2024 (UTC)
- Lehinə: aktiv istifadəçi kimi, demək olar ki, bütün müzakirələrdə iştirak edir. Mövqeyini və fikirlərini bəyənirəm. Qeyd edilmiş kiçik nüansları da aradan qaldırsa, tam layiqli namizəd olar. — Toghrul R (m) 12:58, 2 mart 2024 (UTC)
- Lehinə: vandalizmlə mübarizədə aktivdir. Şans vermək olar. — Tarixi Nadir (müzakirə) 02:52, 3 mart 2024 (UTC)
- Lehinə: — Araz Yaquboglu (müzakirə) 10:45, 4 mart 2024 (UTC)
- Lehinə: Mən əslində, öz etimad səsverməm bitməmiş bu səsvermədə fikir bildirməyi düzgün hesab etmirdim. Çünki istifadəçi mənim xeyrimə səs vermişdi, elə görünə bilərdi ki, mən də onu dəstəkləməklə səsini özümdə tutmaq istəyirəm. O səsvermə tamamlandığı üçün fikirlərimi bildirirəm. Bikar-ın bəzi müzakirələrdə sərt və hətta bəzən kobudluq səviyyəsinə çatan şərhləri olur. Amma belə görünür ki, kobudluq yaxın bir-neçə ildə bəzi azviki istifadəçilərinin və inzibatçılarının normal ünsiyyət üslubu olacaq, ona görə də düşünürəm ki, bu namizəddən qat-qat kobud şərhlər yazan inzibatçılarımız varsa, bu xüsusiyyətinə görə niyə onun qarşısını kəsək ki? Bir də bəyəndiyim 1 xüsusiyyəti "palaza bürün elnən sürün" prinsipindən uzaq olmasıdır. Şərhlərdən görünür ki, hətta yaxın münasibətdə olduğu istifadəçilər hamısı bir mövqedən çıxış edəndə belə onun mövqeyi fərqlənə bilir - yəni görünür ki, özünə "bəlkə bu belə deyil?" sualını verə bilən istifadəçidir. — Sortilegus (müzakirə) 11:03, 4 mart 2024 (UTC)
- Lehinə: İstifadəçi fəaldır və həvəsli görsənir. Fikrimcə şans vermək lazımdır. — Zohrab javad (müzakirə) 07:12, 7 mart 2024 (UTC)
- Lehinə:— Şiroi Akuma 12:43, 8 mart 2024 (UTC)
- Lehinə: — Texas Reznikoff (müzakirə) 12:56, 14 mart 2024 (UTC)
- Əleyhinə: vaxtında inzibatçılığa namizəd olması ilə bağlı təklif etmişdim, amma elə cavab yazmışdı ki, sanki onu hansısa məsələdə qurban verməyi təklif edirəm. Buradan baxa bilərsiniz. Ona görə əleyhinə düşünürəm, lakin seçiləcəyi qənaətindəyəm. --► Hörmətlə: SolaVirum 19:02, 28 fevral 2024 (UTC)
- Əleyhinə: Bikar-ın vikipediyada vandalizmlə mübarizədə aktiv olması çox yaxşı haldır. Amma açığı inzibatçı kimi hələki tez olduğunu düşünürəm. İndiki halda inzibatçı olmasını dəstəkləməkdə tərəddüd edirəm. Çünki bu hüquq sırf vandalizmlə mübarizəni ehtiva etmir və icmanın digər üzvləri ilə doğru səkildə əməkdaşlıq etməyi tələb edir. İstifadəçinin digər inzibatçılara qarşı mövqeyi, bəzi hallarda üslubiyyatı, inzibatçılara zaman-zaman "söz atması" xoşuma gəlmir açığı. Odur ki, bu statusu aldıqdan sonra icmanın digər üzvlərinə qarşı da mövqeyinin məqsədəuyğun olacağına dair şübhələrim var. Son zamanlarda bir neçə inzibatçının ona namizədliyi təklif etməsi də sanki Bikar-ın sonrakı fəaliyyətinə ciddi təsir etdi. Danışıq tərzindəki xoş olmayan tərz, özündən razılığı və s. ifrata vardı, "vikipediyanın qurtarıcısı" ab-havasına girdi. Nəticə olaraq, statusu aldıqdan sonra da davranışlarının hansı dərəcədə dəyişəcəyi yönündə təxminlər formalaşıb məndə. İndiki halda vandalizmlə mübarizədə inzibatçı hüququ vacib deyil. — Sura Shukurlu (müzakirə) 19:38, 28 fevral 2024 (UTC)
- Əleyhinə: Yaxşı istifadəçidir. Ən çox patrul fəaliyyətini bəyənirəm. Amma düşünürəm ki, hələ tələsmək olmaz. Gələcəkdə ən layiqli istifadəçilərdən biri olacağına əminəm. Nədənsə son vəziyyəti qiymətləndirərək "tez-tələsik namizədlik" kimi hesab edirəm. — Patriot (müzakirə) 18:49, 29 fevral 2024 (UTC)
Əleyhinə: Yazılan şərhlərdən sonra fikirimi dəyişmək qərarına gəldim.— Baskervill (müzakirə) 15:22, 1 mart 2024 (UTC)
- Əleyhinə: Fortius-94 (Müzakirə) 04:23, 2 mart 2024 (UTC)
- Əleyhinə: Mənə görə yaxşı istifadəçilərin bir neçə fəaliyyət istiqaməti olmalıdır. Bunlardan ən birincisi keyfiyyətli məqalələr yaratmasıdır. Bundan sonra istifadəçinin digər fəaliyyət istiqamətlərinə baxıb dəyər verirəm. Misal üçün bəzi istifadəçilər var ki, yaratdıqları geniş həcmi, keyfiyyətli məqalələri oxuyarkən zövq alıram. Təbii ki, bu əsas şərt deyil inzibatçı olması üçün. Lakin mənə görə ən azı bir neçə bu cür məqaləsi olmayanı vikipediyaya bağlı saya bilmirəm. Ümid edirəm bu sözlərimdən istifadəçi inciməz. Digər fəaliyyət istiqamətlərinə nəzər yetirdikdə isə, müzakirələrdə konkret mövqeyini qoymaqdan çəkindiyini, əsasən ümumi fikirlər bildirdiyini hiss edirəm. Sanki bu müzakirədə mən də iştirak etməliyəm hissi ilə qoşulur. Bəlkə də yanılıram. Ümid edirəm ki, istifadəçi iradlarımı qəbul edib fəaliyyətini daha da yaxşılaşdırar. Hal-hazırda istifadəçini inzibatçı kimi görmürəm. Uğurlar. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:37, 2 mart 2024 (UTC)
- Əleyhinə: Surə ilə razıyam. Aşağıda verdiyim sualın cavabı məni qane etmədi. Nemoralis (müzakirə) 10:56, 4 mart 2024 (UTC)
- Əleyhinə: Aktiv bir istifadəçi kimi fəaliyyətini davam etdirsə vikipediyamız daha çox fayda görər.— namikilisu 13:34, 5 mart 2024 (UTC)
- Əleyhinə: şərhlərə qatılıram - Dr.Wiki54 (müzakirə) 16:05, 5 mart 2024 (UTC)
- Bitərəf: Hazırda bu mövqedəyəm. Gedişatı izləyirəm. Grenzsoldat 18:52, 28 fevral 2024 (UTC)
Bitərəf: — Araz Yaquboglu (müzakirə) 07:34, 29 fevral 2024 (UTC)Bitərəf: Vusalsuvarov1996 (müzakirə) 18:33, 10 mart 2024 (UTC)- Səsvermə hüququ yoxdur, yoxladı: Turkmen.
Şərhlər
- Namizədə bir sualım var. Tez-tez inzibatçılar barədə "onsuz da aktiv deyillər", "baxan yoxdu", "hara baxırsız" kimi cümlələr yazır. İstifadəçilərdən biri sizə belə bir cümlə yazsa reaksiyanız necə olacaq? Nemoralis (müzakirə) 18:47, 28 fevral 2024 (UTC)
- İstifadəçinin namizədliyini təqdim edən olaraq fikrimi qeyd etmək istəyirəm. Ümumiyyətlə, AzVikidə mən də daxil istifadəçilərdə də başqa mövzular üzrə də belə eyni cür hallar olur və bu, hardasa normaldır. İstifadəçinin haqlı olaraq hamı kimi bundan gileylənməsini başa düşürəm və bunu çox vaxt mövzusu açılanda dilə gətirir, amma mən bunu səmimi qəbul edirəm. Bu arada, qeyd edilən ifadələrdən bir az daha yumuşaq yazır. :)) Yəni kimsə buna görə inciyir ki? Yenə də sualın cavabı maraqlıdır. Səsvermədə uğurlar arzu edirəm. Hörmətlə, Gadirmüzakirə 18:55, 28 fevral 2024 (UTC)
- Bu yazılış formalarında nəzakət qaydalarını pozmadığım qənaətindəyəm. Emosionallıq olaraq da qiymətləndirmək düzgün olmaz. Təki mənə "aktiv deyilsən" deyən olsa belə, aktiv istifadəçilərimiz olsun. — Bikar müzakirə 19:04, 28 fevral 2024 (UTC)
- Sualımın cavabını bu cümlədə tapa bilmədim Nemoralis (müzakirə) 19:13, 28 fevral 2024 (UTC)
- İstifadəçiyə qarşı hər hansı tədbir barədə fikirləşirsizsə, nəzərdə tutulmuyub. — Bikar müzakirə 19:15, 28 fevral 2024 (UTC)
- Sualımın cavabını bu cümlədə tapa bilmədim Nemoralis (müzakirə) 19:13, 28 fevral 2024 (UTC)
- Salam. İnzibatçı namizədi olmağım üçün hazırki səsvermələrin bitməsini gözləməyin yaxşı fikir olduğu qəanətində idim. Gadir-in qeyd etdiyi müraciət bu səsvermələrin başlamsından əvvəl olub. Lakin səsvermə başlayıbsa və fikir bildirənlər varsa, davam etməsinə etiraz etmirəm. Fəaliyyətimin əksər hissəsi vandalizmlə mübarizə ilə əlaqəlidi. İplərin və yeni yaradılmış (vandal) hesabların bloklanmasının işi yüngülləşdirəcəyi fikrindəyəm. Səsvermənin nəticəsidə asılı olmayaraq, vandalizmə qarşı mübarizəm davam edəcək. — Bikar müzakirə 19:11, 28 fevral 2024 (UTC)
- Əslində mən də aşağıdakı səsvermələrdən sonra yeni seçkilərin keçiriləcəyini gözləyirdim, amma yuxarıda digər istifadəçinin namizədliyini gördüm və düşündüm ki, bu səsverməni də digərləri kimi eyni vaxtda başlatsaq yaxşı olar :)) Uzağı, bir-iki gün fərq edəcəkdi və o səsvermələr elə də maneə deyil. Hər halda qəbul etməyiniz sevindirdi. Hörmətlə, Gadirmüzakirə 19:17, 28 fevral 2024 (UTC)
- @Solavirum orda qurban olmaq düşüncəsi ilə yazmamışam. Sizdən öncə də, sonra da inzibatçılıq təklifinə etiraz etdiyim olub, səbəb kimi də başqa müzakirələrin nəticəyə yaxşı və ya pis olmayacağından asılı olmayaraq təsiri ilə əsaslandırmışam. Azvikidə baş verəcəyini gözlədiyim dəyişikliklər var idi, lakin baş vermir. Elə bu səsvermənin də daha sonra keçirilməsi tərəftarı idim(müraciətim etimad səsverməsindən qabaq olub, bu halda isə etimad səsverməsindən sonra namizəd olmaq istəyərdim), davam edən səsverməyə isə etirazım yoxdu. — Bikar müzakirə 19:27, 28 fevral 2024 (UTC)
- @Sura Shukurlu üslubiyyatım ilə bağlı niyə belə sərt fikirdə olduğunuzu anlaya bilmədim. Mən yazdıqlarım yalnız səmimilik üçündü, nəzakət ilə bağlı hələ ki, irad bildirən olmayıb. "vikipediyanın qurtarıcısı" ab-havası ifadəsinin isə çox dramatikləşmiş olduğunu düşünürəm. Kiminsə fəaliyyətində problem gördüyüm zaman əvvəlcə özünə yazmışam, redaktə müharibəsi apardığım olmuyub. Və vandalizmlə mübarizə üçün alternativ hüquqlar olması barədə bir neçə dəfə müzakirə başlatmışam, uyğun görülmüyüb. (Sizi burda taq eliyib nəsə yazmağım mütləq cavab gözlədiyim anlamına gəlmir, nəyisə yanlış anlamışamsa üzrlü sayın) — Bikar müzakirə 19:55, 28 fevral 2024 (UTC)
- Səsi lehinə olsa da Turkmen-in iradəna da cavab bildirim. Vikidə yalnız mənim kimi müzakirəni səmimiyyət üstündən aparmağa çalışdığını düşündüyüm bir-neçə nəfərə "sən" deyə müraciət etmişəm. Qalan müraciətlər "siz" üstündə gedib. — Bikar müzakirə 07:51, 29 fevral 2024 (UTC)
- Eldoradonun fikrinə cavab olaraq demək istəyirəm ki, mənə görə geniş məqaləsi olmayan vikipediya ilə bağlı deyil ifadəsi yoxdu. Bunnan sonra da geniş məqalələr yaratmağı planlaşdırmıram. Özümü müzakirələrdə iştirak etmək məcburiyyətində hiss etməyim ilə bağlı isə: Səsimin nəticəyə təsir edə bilməyəcək qədər kiçik olduğu səsvermələrdə belə iştirak etməməyim bu fikrin tam əksini göstərir. SNS-də məqalələrə yalnız düzəliş etdikdən sonra fikir bildirirəm(çox zaman saxlanılması ilə bağlı olur). Belə görürəm ki, təkcə -qalsın, -silinsin yazmaq da kifayət imiş. — Bikar müzakirə 08:07, 2 mart 2024 (UTC)
- Hörmətli @mərdümgiriz, səsvermələrdə səsinizi tez-tez dəyişməyiniz səsinizi “nəyəsə görə” verdiyiniz təsəvvürünü yaradır. Bu tip nüanslar da icmanı sizə qarşı önyarqılı olmağa sövq edir. — Sura Shukurlu (müzakirə) 10:10, 3 mart 2024 (UTC)
- @Sura Shukurlu diqqətiniz üçün təşəkkür edirəm. Son günlər baş verənlərdən sonra heç bir səsvermədə iştirak etməməyin daha doğru olduğunu düşündüm. İlk öncə qərara gəldim ki, @Bikara müsbət yöndə səs verim, çünkü hər zaman Azvikidə yeni inzibatçıların olmasını dəstəkləmişəm. Sonradan şərhləri oxuyandan sonra fikirim dəyişdi və indiki vəziyyətdə müsbət səsin doğru olmadığını anladım. Mənim adıma indiki vəziyyət çox qarışıqdır. 5 ildir ki, inzibatçı statusumun əlimdən alınması və bir növ mənim cəzalandırılmağım üçün ciddi işlər gedirdi və nəticədə bu baş verdi. Uzun bir müddət belə səsvermələrdə kənarda qalacağam. Yaratmış olduğu narahatçılığa görə də üzürlü sayın lütfən. Mərdümgiriz (müzakirə) 13:47, 3 mart 2024 (UTC)
- Fikirlərimi hər 3 namizədə aid edirəm və lakonik bir formada bildirirəm: Dava yorğan davası idi? — namikilisu 17:00, 5 mart 2024 (UTC)
- Yazılanları heç olmasa oxusaydız, mənim namizədlik təklifimin daha əvvəl olduğunu və indiki səsvermənin başqa istifadəçi tərəfindən başladıldığını görərsiz. Bir-neçə nəfər fikir bildirmişdi deyə səsvermədən imtina etmədim.
- Bu lakonik sualınızı da digər müzakirələrə əlavə eliyin ki, arxivdə Moses-in səsverməsi ilə bağlı sual başqa yerdən çıxmasın.— Bikar müzakirə 17:19, 5 mart 2024 (UTC)
- Əziz həmkarlar, səsvermə sona çatır və hansısa fors-major hal baş verməsə inzibatçı seçilmirəm. İradlarınız əsasən insani faktorlarla bağlı olsa da, nəzakət qaydaları ilə əsaslandırmasaz da sizi qınamıram. Bir tərəfdən üstünlükdü(yalnız bir sahədə problemin olması). Amma ona görə məyus oluram ki, bu cür halları mənə daha əvvəl bildirməmisiz.
- Belə görürük ki, etimad səsverməsinin bu səsverməyə də təsiri oldu.
- Səsvermədə iştirak etməyən istifadəçilərə demək istəyirəm ki, başa düşürəm. Tanımadığınız birinə hüquqların verilməsi çətin gələ bilər amma atılması lazım olan addımdır(söhbət təkcə məndən və indiki səsvermələrdən gedmir).
- Mənim fəaliyyətimdə dəyişiklik olmuyacaq. Bir-neçə aydan sonra yenidən səsvermədə görüşərik. Yeni(əlavə) hüquqların idxalı ilə bağlı müzakirələr də hər dəfə ortada qalır.
- Üzümü inzibatçılara tutub demək istətirəm ki, bu İnzibatçılara müraciət səhifəsinə tez-tez baxsınlar. — Bikar müzakirə 12:28, 14 mart 2024 (UTC)
- Salam. Mübahisə etmək istəmirəm. Lakin mən indiki zamanda burada çox admin funksiyasının gərəkli olduğu fikrində deyiləm. Belə ki, burada çox az vandalizm hərəkəti baş verir. Hətta işsizlikdən adminlərin əksəriyyəti də redaktor və ya patrul fəaliyyəti ilə məşğuldur. Admin aktivliyi və vandalizm məsələsində trviki ilə müqayisə aparsanız, nə demək istədiyimi biləcəksiniz. — NKO zi 12:59, 14 mart 2024 (UTC)
- Yenə də gəlirik dirənirik say məsələsinə. — Bikar müzakirə 15:45, 14 mart 2024 (UTC)
- Salam. Mübahisə etmək istəmirəm. Lakin mən indiki zamanda burada çox admin funksiyasının gərəkli olduğu fikrində deyiləm. Belə ki, burada çox az vandalizm hərəkəti baş verir. Hətta işsizlikdən adminlərin əksəriyyəti də redaktor və ya patrul fəaliyyəti ilə məşğuldur. Admin aktivliyi və vandalizm məsələsində trviki ilə müqayisə aparsanız, nə demək istədiyimi biləcəksiniz. — NKO zi 12:59, 14 mart 2024 (UTC)
Yekunlaşdırma
- Səs verənlər — 22
- Etibarsız səs sayı — 1
- Etibarlı səs sayı — 21
- Lehinə — 12
- Əleyhinə — 8
- Bitərəf — 1
Yekun nəticə: Səsvermənin nəticələri Vikipediya:İnzibatçıların və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq Bikar (müzakirə • töhfələr • statistikalar)-a latın əlifbalı Azərbaycan dilində olan vikipediyanın inzibatçısı statusu verilməsindən imtina edilmişdir.— Turkmen müzakirə 17:52, 14 mart 2024 (UTC)
Moses (müzakirə • töhfələr • statistikalar)-a inzibatçı statusunun verilməsi ilə bağlı səsvermə
Səsvermə 28 fevral – 14 mart 2024-cü il tarixləri arasında keçirilir (Ümumdünya vaxtı ilə 14 mart 2024-cü il saat 19:28-də səsvermə dayandırılır)
- Uzun-uzadı yazmayacam. Bir dəfə namizəd vermişəm bu hüquqa, seçilməmişəm. Yenə namizəd verməyə qərar verdim. İlk səsvermədən 9 ay keçib, məncə inzibatçı hüquqlarını artıq yetərincə bilirəm. Seçilsəm aktiv inzibatçı, seçilməsəmdə aktiv istifadəçi. Moses :) 19:28, 28 fevral 2024 (UTC)
- Lehinə: aktiv istifadəçidir. İşləməyə həvəslidir. Məncə şans vermək olar. — Tarixi Nadir (müzakirə) 02:58, 3 mart 2024 (UTC)
- Lehinə: Həvəsli, fəal və çalışqandır. Fəaliyyəti ilə bağlı ciddi iradım, narazılıçığım yoxdur. Əlindən gəldiyi qədər faydalı olmağa çalışır, bunu heç kim görməzdən gəlmir. Hüquq yaxşı işləri üçün istifadəçilərə verilən titul və s. olmadığı üçün və düşünürəm ki, inzibatçılıq üçün bəzi müəyyən məsələlərdə hələ bir az da, daha çox təcrübə toplamalıdır. Məsələn, istifadəçiyə inzibatçılıq barədə suallar vermək və cavablarına əsasən təcrübəsini görmək olar, amma bizdə belə sistem yoxdur hələki. Namizəd olmaqda isə mövcud ab-havadan təsirlənib tələsdiyini düşünürəm. Nəticədən asılı olmayaraq həvəsdən düşməməsini və davam etməsini məsləhət görür və təmənni edirəm. Səsimin nəticəyə təsir etməyəcəyini düşünürəm. Birinci dəfə namizəd olanda səsvermədə iştirak etməmişdim, amma özünə bu barədə təxmini eyni şeyləri demişdim, lakin o vaxtdan bu yana təcrübəsini və fəallığını xeyli artırıb. Bu dəfə iştirak etmək qərarına gəldim və bu dəstək mənəvi dəstəkdir. Hörmətlə, Gadirmüzakirə 16:56, 3 mart 2024 (UTC)
- Lehinə: İstifadəçinin fəaliyyətində problem görmürəm. Nemoralis (müzakirə) 13:58, 5 mart 2024 (UTC)
- Lehinə: fəal və ədalətli inzibatçılara ehtiyac var.— samral müzakirə 14:49, 5 mart 2024 (UTC)
- Lehinə: Fəaliyyətnə nəzər yetirərəkən bu hüquq üçün layiq olduğunu düşündüm --☞QRAF☜ (✉ → ♕) 06:36, 7 mart 2024 (UTC)
- Lehinə: İstifadəçi müzakirələrdə fəal iştirak edir. Fikrimcə inzibatçılıq verilsə xeir olar, hazırki inzibatçıların da yükü bir qədər azalar. — Zohrab javad (müzakirə) 07:13, 7 mart 2024 (UTC)
- Lehinə: — Texas Reznikoff (müzakirə) 12:55, 14 mart 2024 (UTC)
- Əleyhinə: məncə, aktiv istifadəçi olun hələki. Atakhanli (müzakirə) 19:40, 28 fevral 2024 (UTC)
- Əleyhinə: Sonuncu seçilən inzibatçılar qədər təcrübəsi olmasını arzu edərdim.— Baskervill (müzakirə) 19:51, 28 fevral 2024 (UTC)
- Əleyhinə: İstifadəçinin fəaliyyəti ideal deyil, amma pisdə deyil. Əsasda iradə var bəzi məsələlərdə. Əleyhinə səsi verməyimin səbəbi isə sırf bu "seçim abuhavası" fonunda, guya burada hansısa "14 nəfərdən ibarət olan İdarə Heyəti" var da, bu gün-sabah 1-2 yer boşalacaq, onu dolduraq fonunda abu-havaya qapanıb, burada ard-ard seçimlərin olmasıdır. Sonuncu dəfə mayda da belə olmuşdu. Yadıma gəlir. Heç bir istifadəçi tələsməsin. Təcrübə əsasdır. Zamanı gələndə Mosesdə namizəd olar. Amma indi tezdir. Hissə qapanmaq lazım deyil :d Grenzsoldat 20:02, 28 fevral 2024 (UTC)
- Əleyhinə: İstifadəçinin ən çox fəaliyyəti 2024-cü ilə aiddir. Təxminən 11 mindən çox redaktə edib. Vikiləşdirmə alətindən çox istifadə edib. Bəzən bir səhifədə 6-7 dəfə qısa redaktələr edib və yenidən vikiləşdirmə edib. Məsələn İranın Bostanabad şəhristanının kəndlərində apardığı təkmilləşdirmə işləri və redaktələri bir məqalə üzərində 3 dəfəyə başa gəlirdi. Çox kiçik dəyişikliləri belə 1 klikə edə biləcəyi halda 3 dəfəyə edirdi. Yaxşı istifadəçidir. Vikipediyanın inkişafı üçün özünəməxsus töhfələri var. Lakin yenə də "tez-tələsik namizədlik" fikri formalaşır məndə. Fəaliyyətində uğurlar. — Patriot (müzakirə) 19:18, 29 fevral 2024 (UTC)
- Əleyhinə: Fortius-94 (Müzakirə) 04:22, 2 mart 2024 (UTC)
- Əleyhinə: Yuxarıdakı fikirlərə qoşuluram. İstifadəçiyə əsas iradım məqalə yaradarkən istinad yerləşdirməməsidir. Əksər məqalələri istinadsızdır. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:47, 2 mart 2024 (UTC)
- Əleyhinə: Aktiv bir istifadəçi kimi fəaliyyətini davam etdirsə vikipediyamız daha çox fayda görər.— namikilisu 13:37, 5 mart 2024 (UTC)
- Əleyhinə: şərhlərə qatılıram - Dr.Wiki54 (müzakirə) 16:06, 5 mart 2024 (UTC)
Əleyhinə: Yuxarıda yazılanlarla məndə razılaşıram. Vusalsuvarov1996 (müzakirə) 16:41, 8 mart 2024 (UTC)- Səsvermə hüququ yoxdur, yoxladı: Turkmen.
- Bitərəf: — Araz Yaquboglu (müzakirə) 07:35, 29 fevral 2024 (UTC)
- Bitərəf: Mənim namizədliyimə necə səs verməyindən asılı olmayaq: Aktiv istifadəçidi, amma müzakirəsiz kortəbii (ing. spontaneous, rus. спонтанный) qərarlar qəbul edir.— Bikar müzakirə 09:15, 12 mart 2024 (UTC)
Şərhlər
Eldarado yuxarıdakı şərhi cavablandırıram. Yeni yaratdığım məqalələrin heç biri istinadsız deyil. Bəli istinadsız məqalələrim var, yeni başladığım dövrlərdə yaratdığım məqalələr, onlarıda bir-bir qaydasına salıram artıq. Moses :) 10:22, 2 mart 2024 (UTC)
Yekunlaşdırma
- Səs verənlər — 18
- Etibarsız səs sayı — 1
- Etibarlı səs sayı — 17
- Lehinə — 7
- Əleyhinə — 8
- Bitərəf — 2
Yekun nəticə: Səsvermənin nəticələri Vikipediya:İnzibatçıların və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq Moses (müzakirə • töhfələr • statistikalar)-ə latın əlifbalı Azərbaycan dilində olan vikipediyanın inzibatçısı statusu verilməsindən imtina edilmişdir.— Turkmen müzakirə 17:52, 14 mart 2024 (UTC)
Gadir (müzakirə • töhfələr • statistikalar)-ə inzibatçı statusunun verilməsi ilə bağlı səsvermə
Səsvermə 3 may – 18 may 2024-cü il tarixləri arasında keçirilir (Ümumdünya vaxtı ilə 18 may 2024-cü il saat 16:29-da səsvermə dayandırılır)
Salam, hörmətli icma. İnzibatçılıq üçün namizədliyimi təqdim edirəm. Onu da qeyd edim ki, daha öncə 2 dəfə də namizəd olmuşam. Buradan 2022-ci ildəki birinci və burdan 2023-cü ildəki ikinci namizədliklərimə də nəzər yetirə bilərsiniz. Təbii ki, bunlar da təcrübəmin bir parçasıdır və həmin müddətdən bu yana təcrübə və biliklərimi maksimum artırmış, bu müddət ərzində fəaliyyətimə davam edib özümü inkişaf etdirmişəm. Məlumu üzərə artıq illərdir ki, könüllü şəkildə töhfələrimi verməyə davam edirəm. Vaxtilə fəaliyyətimlə bağlı problem yaransa da, heç bir pis niyyətim olmadığı kimi, məqsədim sadəcə layihənin inkişafı üçün olmuşdur. Göründüyü kimi, bu istiqamətdə iradları da dərk etmiş və nəzərə alaraq artıq fəaliyyətimdəki bu problemləri də aradan qaldırmışam və fəaliyyətimdə problem qalmayıb. Qeyd edim ki, hüququ vəzifə yaxud mükafat kimi yox, indi də daha geniş töhfələr və ümumi işə töhfə verə bilmək üçün bir neçə əlavə funksiyaya malik olduğu üçün bu istiqamətdə müraciətimi təqdim edirəm. Səbəbləri və görəcəyim işləri də bənd-bənd qeyd edirəm:
- Aktivəm, aktiv şəkildə vikini izləyirəm və bu sayədə inzibatçı funksiyası gərəkdirən səhifələrə olan müraciətləri, həmçinin müzakirə səhifəmdən şəxsən olan bu müraciətləri də digər müraciətlər kimi obyektiv və operativ şəkildə cavablandırmağa hazıram.
- Ana səhifə heç vaxt qırmızı keçidli qalmayacaq. :)
- Yeni-köhnə istifadəçi adlarını daim təftiş edirəm və lokal qaydalara uyğun olmayanları dəyişdirməsi üçün lokal səhifəyə yönləndirirəm. Metada global renamer statusu üçün müraciət etmişəm və əgər namizədliyim uğurlu olarsa, addəyişmə müraciətlərini lokal səhifədən birbaşa özüm icra edəcəyəm. Bununla belə, müraciətlərə məhəl qoymayan adların fəaliyyətini məhdudlaşdırmağa və digər uyğunsuz, təhqiramiz, qışqırdıcı, pozucu və s. kimi adların da fəaliyyətlərini məhdudlaşdıracağam. Bu, barədə müraciətlərim çox olur və təəssüf ki, bəzən müraciətlərimin cavabsız da qaldığı hallar da olur.
- Qaydalara uyğun olmayan istifadəçi səhifələrini təftiş edib müvafiq tədbirləri (səhifəni silmə) görəcəyəm.
- Vandalizmlə mübarizəmə köməyi olacaq. Vandalizm gedən səhifələri mühafizəyə almağım və pozuculuqla məşğul olan istifadəçilərin, IP ünvanlarının fəaliyyətini məhdudlaşdıracağam. və Bu barədə müraciətlər çox olur və onları da operativ şəkildə yerinə yetirəyəcəm.
- Nəzakətsiz, təhqir, şəxsi məlumat, konflikt yaradacaq, müəlliflik hüququ pozuntucu ehtiva edən redaktələrin gizlənilməsində aktiv olacağam.
- 3-cü tərəf inzibatçı kimi mübahisəli məsələlərin həlli üçün çıxış etməyə hazıram. Həmçinin konstruktiv şəkildə bu və ümumi müzakirələri də yekunlaşdıra bilərəm.
- Bunu uzun zamandır düşünürəm. Azərbaycanca Vikipediya qayda baxımından geridədir. Bu, məni də narahat edir və bu barədə ciddi addımlar atacağam. Səsvermələrin təşkilini, qaydaların hazırlanmasını və təkmilləşdirməsi işlərini həyata keçirəcəyəm. Onları yekunlaşdırmaq üçün təbii ki mənə bu hüquq lazımdır. Bir sıra yeniliklər, təkliflər də olacaq. :)
- Qaralama ad fəzasındakı səhifələrə nəzarət edəcəyəm. VP:Ü13 gərəyincə 1 aydan artıq redaktə edilməyən səhifələri qaydalara əsasən siləcəyəm. BNS və istifadəçi alt səhifələri üçün bərpa və məzmunu qaralama fəzasına daşıma kimi işləmləri də görəcəyəm.
- Təmizlik işləri ilə məşğul olacağam. VP:SSK-a əsasən birmənalı şəkildə spam, saxtakarlıq, qeyri-ensiklopedik, reklam kimi elementlər ehtiva edən səhifələri Vikipediyadan təmizləyəcəyəm.
- İstifadəçilərin fəaliyyətini təftiş edib onlara kömək olacaq və eyni zamanda qayda pozuntusu edən istifadəçilərə xəbərdarlıqlar edib daha sonra son yol olaraq gördüyüm üçün lüzumu məqamlarda da qaydalar çərçivəsində müvafiq inzibati tədbirləri görəcəyəm.
Ümid edirəm arqumentlərim və fəaliyyətim inzibatçılıq üçün kafidir və bu status üçün qaneedici olar. Suallarınız varsa, lütfən qeyd edin. Bildirim ki, nəticə fərq etməksizin fəaliyyətimə davam edəcəm. Vikipediyaya töhfə verməyə bağlı olduğum üçün uğurlu olarsam, bu, mənə daha da çox çalışmağım üçün stimul verəcək və çox güman uğursuz olarsa da, qaydalara görə bir də 6 ay sonra namizədlik verə bilərəm. Sadəcə bu müddət ərzində də Vikipediyanın inzibatçı kimi verəcəyim töhfələri qazanmasını, yararımın toxunmasını istəməyimdir. Lazım gəldikdə, güman ki, davamlı uzun müddət aktiv ola bilməyəcəyim təbii hal yarandıqda, statusdan könüllü şəkildə imtina etməyə də hazıram. Qərar sizindir. Diqqətiniz üçün təşəkkürlər!
Hörmətlə, Gadirmüzakirə 16:29, 3 may 2024 (UTC)
- Lehinə:— Araz Yaquboglu (müzakirə) 17:45, 3 may 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: --► Hörmətlə: SolaVirum 17:53, 3 may 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: yaxın müddətdə namizədlik təklif etməyi düşünürdüm. Fəaliyyətində istəmədiyim bir neçə nüans var və bunları da qeyd etmək istəyirəm. Ən əsası müzakirələrə istifadəçiləri tez-tez teq etməsi, uzun müzakirələrə meyilli olması və tələsik qərarlar verməsi. Amma müsbətləri daha çoxdur, daimi nəzakətli olması, gizliliyini qoruması (bu çox önəmlidir), aktivliyi, mübahisələrdə həllyönümlü olması və müzakirələrdə mövqeyinin yetkin olması.— Turkmen müzakirə 18:10, 3 may 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: Bəzi inzibatçı namizədlərindən fərqli olaraq niyə namizəd olduğunu, inzibatçı olandan sonra nələr edəcəyini qeyd edib. Hiss olunur ki, inzibatçı statusunu elə belə ad almaq üçün yox, iş görmək üçün istəyir. Axır vaxtlar da aktivdir. Bəzi məsələlərdə təcrübəsizliyi və səhvləri olsa da, düzələn məsələlərdir, öyrənməyə davam edəcəyindən əminəm.— Kosmik Ozan utora! 18:15, 3 may 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: Moses :) 20:44, 3 may 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: Nemoralis (müzakirə) 21:06, 3 may 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: Aktiv və artıq təcrübəli istifadəçidir. Uğurlar.— Nicat49 ⋠müzakirə⋡ 21:43, 3 may 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: — Sofia (müzakirə) 21:49, 3 may 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: — C Mirəli2001 (müzakirə) 01:34, 4 may 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: İstifadəçi vikipediyaya çox bağlıdır, niyə də yox?! — Xeyal (müzakirə) 07:55, 4 may 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: Uğurlar.— Baskervill 07:57, 4 may 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: istifadəçi ilk gündən çalışqanlığı ilə diqqət çəkib. Faydalı istifadəçidir, əminəm ki, faydalı inzibatcı olacaq. — Tarixi Nadir (müzakirə) 19:03, 4 may 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: İnzibatçı olmaya-olmaya bir çox inzibatçılara xas işlər görürdü zatən. Bloklanmağına və ya xəbərdarlıqlara səbəb olan davranışları da yarım ilə yaxındır tərk edib. Uğurlar inşallah.samral müzakirə 18:31, 5 may 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: Uğurlar arzu edirəm. — namikilisu 12:27, 6 may 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: — Uğurlar Vusalsuvarov1996 (müzakirə) 15:30, 6 may 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: Uğurlar! — Firuza (müzakirə) 14:27, 7 may 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: Uğurlar! Redivy (müzakirə) 14:50, 7 may 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: Gələcək inzibatçılıq fəaliyyətində uğurlar arzu edirəm! — Patriot (müzakirə) 14:58, 7 may 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: Eminn (müzakirə) 09:51, 8 may 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: İstifadəçinin əzmini, həvəsini, fəaliyyətində problemlərin olmasını qeyd etməsini, hüquqa sahib olduğu zaman görəcəyi işlərin fərqində olmasını yüksək qiymətləndirirəm. Eyni zamanda icmanın açıq şəkildə qərarla razılaşmasını da nəzərə alaraq dəstək rəyimi yazmaq istəyirəm. Ümid edirəm ki, faydalı, tərəfsiz inzibatçı olacaq. Ən əsası da bəzi inzibatçılar kimi hüquqa sahib olduqdan sonra nəzakətsiz və tərəfli fəaliyyət göstərməyəcəyinə ümidliyəm. Uğurlar — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 08:21, 9 may 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: digər hər 2 səsvermədə də dəstəkləmişdim, indi də eyni fikirdəyəm. o səsvermədən bu yana da özünü çox inkişaf etdirib. bol uğurlar. maşın tərcümələri ilə bağlı problemlərin həllində də qətiyyətli addımlar atacağına inanıram. Atakhanli (müzakirə) 17:29, 9 may 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: Uğurlar. — Sura Shukurlu (müzakirə) 18:54, 12 may 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
Şərhlər
Yekunlaşdırma
- Səs verənlər — 22
- Etibarsız səs sayı — 0
- Etibarlı səs sayı — 22
- Lehinə — 22
- Əleyhinə — 0
- Bitərəf — 0
Yekun nəticə: Səsvermənin nəticələri Vikipediya:İnzibatçıların və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq Gadir (müzakirə • töhfələr • statistikalar)-ə latın əlifbalı Azərbaycan dilində olan vikipediyanın inzibatçısı statusu verilmişdir.— Turkmen müzakirə 12:29, 18 may 2024 (UTC)
Kholat Syakhl (müzakirə • töhfələr • statistikalar)-ya inzibatçı statusunun verilməsi ilə bağlı səsvermə
Səsvermə 19 iyun – 4 iyul 2024-cü il tarixləri arasında keçirilir (Ümumdünya vaxtı ilə 4 iyul 2024-cü il saat 10:53-də səsvermə dayandırılır)
İstifadəçi sonradan istifadəçi adını Baskervill olaraq dəyişdirmişdir. |
İnzibatçı statusumun 2 ay bundan əvvəl icmanın qərarı ilə məndən alınmasından sonra yenidən namizəd olmaq istədim. Bilirəm ki, seçilmək şansım 10% belə deyil, sadəcə icazənizlə səbəbləri haqqında 1-2 kəlimə yazmaq istərdim.
- İnzibatçı alətləri olmadan fəaliyyət göstərmək mənə çox çətindir. Ana səhifə kaskad mühafizəsi altında olduğu üçün müdaxilə imkanım yoxdur və Ana səhifə ilə bağlı məsələlərə görə hər dəfə Nemoralis və Gadirə müraciət etmək məcburiyyətində qalıram. Nemoralisin müzakirə səhifəsində ona ünvanladığım mesajlara buradan (1, 2) baxa bilərsiz. Gadir müzakirə səhifəsində də oxşar məzmunlu müraciətlərim olub.
- Məqalə namizədləri bölməsində lazım olan arxivləşdirmələri apara bilmirəm. Məsələn, bir məqaləni namizədlik səhifəsindən, qiymətləndirmə səhifəsinə keçirmək və sonda ona status verib, müəyyən edilmiş yaxşı məqalə, seçilmiş məqalə bölmələrinə əlavə etmək hüququm yoxdur. Əgər bu hüququm olsaydı hesab edirəm ki, həmin bölmələrdəki əvvəlki fəaliyyətimi qaldığım yerdən davam edərdim. Sura Shukurlu mövzu ilə bağlı mənə bir dəfə xəbərdarlıq etmişdi ki, inzibatçı olmadığınız üçün qiymətləndirmə səhifəsinə yeni namizədləri əlavə etməyin.
- Xəbərlər bölməsi Azvikidə ən çox sevdiyim bölmədir. Həmin bölmə 2015-ci ildə elə mənim tərəfimdən yaradılıb və bölmənin aktiv saxlanılmasında daim fəal olmuşam. Hər dəfə hansısa inzibatçının müzakirə səhifəsinə yazıb demək istəmirəm ki, zəhmət olmasa filan xəbəri əlavə et.
- Yeni gələn həftənin məzmunları hər dəfə bir ölçüdə qarşımıza çıxır. Məsələn bəzən həftənin seçilmiş məqaləsinin məzmunu çox böyük olur, yaxşı məqalə isə daha kiçik olur. Bir sözlə kiçik düzəlişlər, toxunuşlar tələb edir ki, texniki olaraq bunu edə bilmirəm.
- Vandalizm halları ilə mübarizədə fəal olmağa çalışıram, patrul kimi də fəaliyyətim məncə pis deyil. İnzibatçı olsam daha məhsuldar ola biləcəyimi düşünürəm.
- Müddətli inzibatçılıq - Təklif edirəm ki, 1 il müddətinə inzibatçı seçilim. Əgər seçilsəm, bir ilin tamamında elə bu səhifədə haqqımda etimad səsverməsi başladılsın və onun nəticəsinə müvafiq olaraq statusun məndə saxlanılıb-saxlanılmamasına qərar verilsin.
- Bu günə qədər olan problemlərin arxada qaldığına təminat verirəm. Etiraf edirəm ki, az şeylər baş verməyib, ancaq mənim məqsədim sadəcə olaraq Azvikiyə daha çox fayda verməkdir. Hesab edirəm ki, nə qədər həvəsim, istəyim varsa Azvikiyə fayda vermək mənim adıma daha uğurlu bir seçim olar.
- İcma daxili hər hansısa bir münaqişəyə müdaxil olacağım təqdirdə statusu könüllü formada təhvil verəcəyimi bəyan edirəm. Hesab edirəm ki, istifadəçilər arasındakı problemləri həll edəcək kifayət qədər inzibatçı mövcuddur.
- Səsvermə hüququ olan bütün həmkarları məsələyə münasibət bildirməyə dəvət edirəm. Söz verirəm ki, heç kimi heç harada dəvət etməyəcəm, sadəcə girib münasibət bildirin. Hər birinizə dərin hörmətlə.--Kholat Syakhl (müzakirə) 16:30, 21 iyun 2024 (UTC)
- Lehinə: Keçmiş və son zamanlardakı fəaliyyətini nəzərə alaraq. Qeyd edim ki buraya dəvətlə gəlmədim son dəyişikliklərdə gördüm. (şablon yerləşdirmədən bu yazıma nəzər yetirin) -- Hörmətlə:☞QRAF☜ (✉ → ♕) 11:05, 19 iyun 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Gadir.)
- Lehinə: - uğurlar! C Mirəli2001 (müzakirə) 11:42, 19 iyun 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Gadir.)
- Əleyhinə: — Toghrul R (m) 11:41, 19 iyun 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Gadir.)
- Əleyhinə: Eminn (müzakirə) 11:49, 19 iyun 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Gadir.)
- Əleyhinə: — Araz Yaquboglu (müzakirə) 11:50, 19 iyun 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Gadir.)
- Əleyhinə: əvvəlki səsvermədən sadəcə 2 ay keçib. Bu özünü doğrultmaq üçün elə də uzun müddət deyil. — Turkmen müzakirə 11:51, 19 iyun 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Gadir.)
- Əleyhinə: təəssüf ki, dəstəkləyə bilmirəm. Vikipediyaya çox bağlı olduğunuzu və faydalı olmağa çalışmağınızı başa düşürəm, amma fəaliyyətinizlə bağlı çox ciddi problemlərə görə bu hüquq sizdən yaxın zamanda alındı. Etimad üçün hələ daha çox müddət lazım olduğunu düşünürəm. Hörmətlə, Gadirmüzakirə 11:57, 19 iyun 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Gadir.)
- Əleyhinə:— samral müzakirə 12:10, 19 iyun 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Gadir.)
- Əleyhinə: Yox. İnzibatçılığın alınması səsverməsindən cəmi bir neçə ay keçib və orda da kifayət qədər problemlər qeyd olunub. Bir neçə ay keçəndən sonra heç nə olmamış kimi yenidən namizəd olmaq icma ilə zarafat etməkdir. Ana səhifədəki məzmunun yenilənməsi üçün mütləq inzibatçı statusu vacib deyil, başqa texniki üsullarla etmək olar. "Hansısa bir münaqişəyə müdaxil olacağım təqdirdə könüllü istefa verəcəm" sözünüzə isə əminəm mən daxil olmaqla heç kim inanmır. Keçən səsvermədə də belə bir cümlə işlətmişdiniz amma axırı necə oldu hamımız gördük. Dəstəkləmirəm. Nemoralis (müzakirə) 12:14, 19 iyun 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Gadir.)
- Əleyhinə: təəssüf ki, yox. Son səsvermədən cəmi 2 ay keçib. Düşünürəm ki, icmanın fikrini dəyişmək üçün heç olmasa 1-2 il gözləmək lazım idi.— Kosmik Ozan utora! 13:35, 19 iyun 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Gadir.)
- Əleyhinə: istifadəçi bipolyardır, gah deyir Vikipediyadan küsmüşəm, qoyun fəaliyyət göstərim, gah da inzibatçı olmaq istəyir. Səs ovçuluğu sübut edilmişdi və ondan sonra mən təklif irəli sürəndə bloklamaq lazım idi. --► Hörmətlə: SolaVirum 13:38, 19 iyun 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Gadir.)
- Əleyhinə: mənim yazmaq istədiyim çox şeyi yuxarıda dostlar yazıblar. Grenzsoldat 19:05, 19 iyun 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Gadir.)
- Əleyhinə: — Xeyal (müzakirə) 16:11, 20 iyun 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Gadir.)
- Əleyhinə: oxşar şərhlərlə həmfikrəm - Dr.Wiki54 (müzakirə) 20:00, 20 iyun 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Gadir.)
- Əleyhinə: Haqqlısınız, vandalizm halları ilə mübarizədə fəalsınız, patrul kimi də fəaliyyətiniz heç də pis deyil. Daha da məhsuldar olacağınıza inanıram və bunun üçün inzibatçı statusuna ehtiyac olmadığını düşünürəm. Fəaliyyətinizdə uğurlar! --Patriot (müzakirə) 15:30, 21 iyun 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Gadir.)
- Bitərəf: — Mən şəxsən bu mövzuda özümü bitərəf sayıram. İnzibatçı seçilərsə uğurlar. Seçilməsəndə heç də ruhdan düşmə. Vusalsuvarov1996 (müzakirə) 18:34, 20 iyun 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Gadir.)
Şərhlər
Toghrul R, zəhmət olmasa qarşı səsinizin səbəbini deyə bilərsizmi ? Elə lehinə səs verib, səbəb yazmayan həmkarlardan da eyni şeyi rica edirəm.— Kholat Syakhl (müzakirə) 11:47, 19 iyun 2024 (UTC)
- @Kholat Syakhl məncə, səbəblər aydındır. İcma qərarı ilə çıxarılmısınız, ondan əvvəlki çıxarılma isə inzibatçı alətlərindən düzgün istifadə etməmək olub. Qeyri-inzibatçı kimi dəyərli töhfələr verəcəyinizdən əminəm — Toghrul R (m) 11:49, 19 iyun 2024 (UTC)
- @Turkmen sizcə özünü doğrultmaq üçün zaman aralığı nə qədər olmalıdır ? Kholat Syakhl (müzakirə) 11:53, 19 iyun 2024 (UTC)
- @Toghrul R cavabınız üçün təşəkkür edirəm. Kholat Syakhl (müzakirə) 11:54, 19 iyun 2024 (UTC)
- @Nemoralis hansı texniki üsuallarla etmək olar bunu ? Məsələn, Ana səhifədəki Xəbərlər bölməsinə bir istifadəçi necə müdaxilə edə bilər ? Kholat Syakhl (müzakirə) 12:17, 19 iyun 2024 (UTC)
- Texniki imkanlar icazə versə, yeni istifadəçi qrupu yaratmaqla. Bu barədə KM-da müzakirə aparmaq olar. Hörmətlə, Gadirmüzakirə 12:22, 19 iyun 2024 (UTC)
- @Gadir, inzibatçı olmaq istəyib, arzusuna çatmayanlar qoyarsız qrupun adını 😇 Kholat Syakhl (müzakirə) 12:24, 19 iyun 2024 (UTC)
- Texniki imkanlar icazə versə, yeni istifadəçi qrupu yaratmaqla. Bu barədə KM-da müzakirə aparmaq olar. Hörmətlə, Gadirmüzakirə 12:22, 19 iyun 2024 (UTC)
- @Nemoralis hansı texniki üsuallarla etmək olar bunu ? Məsələn, Ana səhifədəki Xəbərlər bölməsinə bir istifadəçi necə müdaxilə edə bilər ? Kholat Syakhl (müzakirə) 12:17, 19 iyun 2024 (UTC)
- @Nemoralis sualıma cavab vermədiniz. Kholat Syakhl (müzakirə) 21:48, 19 iyun 2024 (UTC)
- @Eldarado, @White Demon, @Sortilegus zəhmət olmasa @Solavirumun yuxarıda haqqımda yazdığına baxın. Bioplar deyib, təhqir edib və nəzakət qaydalarını pozub. Ümüd edirəm ki, sadəcə diaqnoznuzu deyib, deməyəcəksiz. Kholat Syakhl (müzakirə) 21:54, 19 iyun 2024 (UTC)
- Mən bu barədə ona xəbərdarlıq etmişəm. Hörmətlə, Gadirmüzakirə 22:02, 19 iyun 2024 (UTC)
- Kholat Syakhl, əgər bipolyar deyilsənizsə, deməli icmanı dolayırsınız? Ya odur, ya bu. --► Hörmətlə: SolaVirum 22:22, 19 iyun 2024 (UTC)
- @Solavirum siz sadəcə yuxarıda yazdığınız sözlərlə öz tərbiyənizi icmaya nümayiş etdirmiş olursuz. Çox təəssüf ki, bu sözlərinizə görə sizi bloklayacaq bir inzibatçı yoxdur ortada. İcmanı dolamamışam, sadəcə namizəd olmuşam, əgər razı deyilsinizə sadəcə olaraq qarşı səs verin, ağzınıza gələni danışmayın. Dərin hörmətlə: Kholat Syakhl (müzakirə) 23:24, 19 iyun 2024 (UTC)
- @Eldarado, @White Demon, @Sortilegus zəhmət olmasa @Solavirumun yuxarıda haqqımda yazdığına baxın. Bioplar deyib, təhqir edib və nəzakət qaydalarını pozub. Ümüd edirəm ki, sadəcə diaqnoznuzu deyib, deməyəcəksiz. Kholat Syakhl (müzakirə) 21:54, 19 iyun 2024 (UTC)
- @Kholat Syakhl, təəssüf ki, siz də nəzakət qaydalarını pozursunuz. Qayda pozuntusuna qayda pozuntusu ilə cavab vermək düzgün deyil. Münaqişə daha da böyüməsin deyə, daha əvvəldən yaşadıqları problemləri də nəzərə alaraq hər iki istifadəçiyə 3 aylıq qarşılıqlı əlaqə bloku tətbiq etdim. Hörmətlə, Gadirmüzakirə 00:02, 20 iyun 2024 (UTC)
- @Gadir diqqətiniz üçün təşəkkür edirəm, ancaq hesab edirəm ki, qarşılıqlı əlaqə bloku indiki məqamda doğru qərar deyildi. Məsələn, iki istifadəçidən biri ünsiyyət zamanı digərinə sən bipolyarsan deyirsə bunu sübut etməlidir. Ortada müvafiq diaqnoz olmalıdır ən azından. Əgər bunun belə olmadığını bildiyi halda bənzətmə edirsə, artıq bu tərbiyəsizlikdir. Məsələn, sizə sual edirəm ki, mən nəzakət qaydasını hansı formada, hansı sözümlə pozmuşam ? Lütfən bunu izah edə bilərsinizmi. Kholat Syakhl (müzakirə) 00:24, 20 iyun 2024 (UTC)
- Bloku ona görə tətbiq etdim ki, o yazır, siz yazırsınız, get-gedə mübahisə daha da pis yol alır, qızışır, bir-birinizə daha sərt ifadələr yazmağa davam edirsiniz. "...öz tərbiyənizi icmaya nümayiş etdirmiş olursuz.", "...ağzınıza gələni danışmayın." kimi ifadələr Vikipediyalıq deyil. Mən həll yolu kimi bu addımı atdım, digər istifadəçilərin başqa təklifi varsa, buyursunlar. Hörmətlə, Gadirmüzakirə 00:28, 20 iyun 2024 (UTC)
- @Nemoralis mən yuxarıda bənd-bənd izah etmişəm ki, bu status mənə texniki işləri görmək üçün lazımdır. Güncəl, Ana səhifəyə müdaxilə edə bilmək imkanım olsa heç inzibatçı olmaq kimi bir iddiam da olmaz. Siz yuxarıdakı şərhinizdə qeyd etmisiz ki, Ana səhifənim yenilənməsi üçüm inzibatçı olmaq lazım deyil, bunu başqa texniki üsullarla da etmək olar. Hansı üsullardır onlar ? Kholat Syakhl (müzakirə) 00:41, 20 iyun 2024 (UTC)
- Bloku ona görə tətbiq etdim ki, o yazır, siz yazırsınız, get-gedə mübahisə daha da pis yol alır, qızışır, bir-birinizə daha sərt ifadələr yazmağa davam edirsiniz. "...öz tərbiyənizi icmaya nümayiş etdirmiş olursuz.", "...ağzınıza gələni danışmayın." kimi ifadələr Vikipediyalıq deyil. Mən həll yolu kimi bu addımı atdım, digər istifadəçilərin başqa təklifi varsa, buyursunlar. Hörmətlə, Gadirmüzakirə 00:28, 20 iyun 2024 (UTC)
- @Gadir diqqətiniz üçün təşəkkür edirəm, ancaq hesab edirəm ki, qarşılıqlı əlaqə bloku indiki məqamda doğru qərar deyildi. Məsələn, iki istifadəçidən biri ünsiyyət zamanı digərinə sən bipolyarsan deyirsə bunu sübut etməlidir. Ortada müvafiq diaqnoz olmalıdır ən azından. Əgər bunun belə olmadığını bildiyi halda bənzətmə edirsə, artıq bu tərbiyəsizlikdir. Məsələn, sizə sual edirəm ki, mən nəzakət qaydasını hansı formada, hansı sözümlə pozmuşam ? Lütfən bunu izah edə bilərsinizmi. Kholat Syakhl (müzakirə) 00:24, 20 iyun 2024 (UTC)
- Kholat Syakhl, sizin bu seçkiniz mənə 15-30 may 2019-cu il seçkinizi xatırlatdı. O vaxt Cekli və siz qarşılıqlı bloklamalara görə idarəçi (inzibatçı) statusundan məhrum olunmuşdunuz. Azviki üçün çox dəyərli işlər görən Cekli o gedən getdi, amma siz statusu itirəndən 2-3 gün sonra yenidən seçki təşəbbüsçüsü oldunuz, idarəçi seçildiniz, dalınca heç çox gözləmədən bürokrat seçkisi təşkil etdiniz, bürokrat da oldunuz. O vaxtkı idarəçi seçkinizə baxıram - 55 vikipediyaçı lehinizə səs verib, onların bəzilər bu seçkidə əleyhinizədir, bəziləri də səsvermədə niyə yoxdur, ehtimal edirəm. Mən o vaxtı da sizin seçkidə münasibət bildirmədim, çünki nəticə əvvəlcədən bəlli idi (nəyə görə bəlli idi, onu bilənlər bilir), indi də münasibət bildirmirəm, çünki nəticə əvvəlcədən bəllidir (nəyə görə bəllidir, yenə bununla bağlı susmağa üstünlük verirəm). Məncə, sizin daha uzun bir müddət neytral azviki redaktorlarının etimadını qazanmaq üçün statussuz fəaliyyət göstərmənizə ehtiyac var. Sizə sonrakı fəliyyətinizdə uğurlar arzulayıram.--Sortilegus (müzakirə) 18:31, 20 iyun 2024 (UTC)
- @Sortilegus maraqlı şərhiniz üçün təşəkkür edirəm. Doğrusu güncəl Ana səhifəyə müdaxilə etmək imkanım olsa inzibatçı namizədi belə olmazdım, ancaq təəssüf ki, inzibatçı alətləri olmadan bunu etmək mümkün deyil. 5 ilə çox şey deyişib, yəgin ki, bir beş il sonrada hər şey daha yaxşı olar. Mənə maraqlı gələn odur ki, hər dəfə 1-2 həmkar iddia edir ki, kaskad mühafizəsi altında olan Ana səhifəyə müdaxilə edə bilmək üçün inzibatçl olmaq şərt deyil. @Nemoralis bunu 4-5 dəfə ayrı-ayrı vaxtlarda dilə gətirib. Sadəcə bunu necə etməli olduğumu deməyib. Texniki olaraq bu mümkün deyil, sadəcə məni yola verirlər, əks halda yuxarıda adını 2 dəfə işarə etmişdim, bir cavab verərdi. Kholat Syakhl (müzakirə) 15:43, 21 iyun 2024 (UTC)
- @Patriot Kor sadəcə olaraq qərəzlisiz. Yuxarıra yazdığım bəndlərdən sadəcə sizə lazım olan hissələri qeyd etmisiz. Ana səhifənin kaskad mühafizəsi altında olan bölmələrinə nə sözünüz ? Xəbərlər bölməsinə müdaxilə edə bilmək üçün inzibatçı alətləri lazım deyilmi ? Və ya məqalələri qiymətləndirmə bölmələrindən arxivləşdirmək üçün. Kholat Syakhl (müzakirə) 15:47, 21 iyun 2024 (UTC)
- @Kholat Syakhl 2009-cu ildən bəri ilk dəfə idi ki, mənim ünvanıma qərəzli istifadəçi olduğum deyilir. Təəccüb edirəm. Sizə qarşı hansı qərəzim olar bilər? Patriot (müzakirə) 15:50, 21 iyun 2024 (UTC)
- @Patriot Kor burada sərgilədiyiniz mövqeyiniz. Qeyd etmisiz ki, vandalizm halları ilə mübarizədə fəalsınız, patrul kimi də fəaliyyətiniz heç də pis deyil. Daha da məhsuldar olacağınıza inanıram və bunun üçün inzibatçı statusuna ehtiyac olmadığını düşünürəm. Mənim əsas məqsədim Ana səhifənin kaskad mühafizəsi altında olan bölməsinə çıxış əldə etməkdir. Ən azından bu barədə də danışa bilərdiz. Qərəz başqa hansı formada olsun ? 2009 söhbətini hər dəfə hallandırmağa ehtiyac yoxdur. Mənim ilk fəaliyyətim də 2009-cu ilə təsadüf edir. Hər bir halda mövqeyiniz üçün təşəkkür edirəm. Hörmətlə Kholat Syakhl (müzakirə) 15:56, 21 iyun 2024 (UTC)
- @Kholat Syakhl sizin öz mövqeyinizi öz baxış bucağımdan dəyərləndirdiyimi düşünürəm. Sizin fikirlərinizi inkar edən və ya sizə qarşı qərəz və əsəbi tərənnüm edən bir cümlə olduğunu görmürəm. 2009 söhbətini hər dəfə nə vaxt və hansı müzakirədə sizə xatırlatmışam? Belə bir mövzunu sizinlə vikipediyada müzakirə etmişik? Digər istifadəçilərlə də etmədiyimi düşünürəm. Sizin vikipediyaya gəlişinizi xatırlayıram bəli. Patriot (müzakirə) 16:11, 21 iyun 2024 (UTC)
- @Patriot Kor qərəz ondan ibarətdir ki, yuxarıda tərəfimdən qeyd edilən 9 bənddin, 4-ü Ana səhifədəki fəaliyyət imkanlarımın məhdud olması haqqındadır və siz bunlar haqqında yox, təkcə 1 bənddə qeyd edilən vandalizm ilə mübarizə haqqında danışmağı üstün tutmusuz. Hələ də görmürsünüz ? O zaman bu müzakirəni uzatmağın heç bir anlamı yoxdur. Biz burada kimin nə zaman fəaliyyətə başladığını müzakirə etmirik. Hörmətlə: Kholat Syakhl (müzakirə) 16:18, 21 iyun 2024 (UTC)
- Nemoralis, 2023-cü ilin oktyabr ayında Baskervillin suallardan qaçması adlı bir başlıq yaratmışdınız. Çox təəssüf ki, 2024-cü ilin iyun ayında da, suallardan qaçan Baskervill yox, Nemoralisdir. Sizə çox sadə bir sualım var. Lütfən cavab verin, lütfən. Sualım budur ki, yuxarıda qeyd etmisiz ki, Ana səhifədəki məzmunun yenilənməsi üçün mütləq inzibatçı statusu vacib deyil, başqa texniki üsullarla etmək olar. Çox gözəl. Bu texniki üsullar hansılardır ? Mən kaskad mühafizəsi altında olan Ana səhifəyə bir istifadəçi kimi necə müdaxilə edə bilərəm ? Əgər ki, bunun yolları varsa mütləq mənə deyin. Tam səmimi deyirəm ki, mənim Ana səhifəyə çıxışım olarsa inzibatçılıq statusu hal-hazırda mənə gərəkli deyil. Bu qədər sadə. İnanıram ki, bu dəfə nəsə olsa belə yazacaqsız. İkimizdə çox gözəl bilirik ki, belə bir texniki xüsusiyyət hal-hazırda Azvikidə mövcud deyil. Bunun adını biz sənin inzibatçı olmağını istəmirik formasında qoysaq, daha səmimi görünərdi.--Kholat Syakhl (müzakirə) 16:26, 21 iyun 2024 (UTC)
- @Kholat Syakhl çünki daha məhsuldar olacağınızı sadəcə 5-ci bənddə qeyd etmisiniz. Daha məhsuldar olmaq üçün isə inzibatçı statusuna ehtiyac olmadığını düşünürəm. Mən müzakirə başlatmamışam. Fikirimlə bərəbar səs verib, fəaliyyətinizdə uğurlar arzulamışam. Kimin hansı ildən fəaliyyətə başladığını isə siz müzakirəyə qoymusuz. 2009-cu ildən başladığınızı qeyd etmisiz. Mən başlamaq barədə heç bir ifadə yazmamışam. 2009-dan bəri, yəni aktiv olduğum ildən bəri ilk dəfə mənim qərəzli olduğumu düşünən istifadəçi olduğunuzu bildirmişəm. İli müzakirəyə çıxarsaydım ilk hesabın qeydiyyatından danışa bilərdim. Patriot (müzakirə) 16:32, 21 iyun 2024 (UTC)
- @Patriot Kor digər bəndlər haqqında niyə fikir ifadə etmədiniz bəs ? 2009 rəqəmini bu müzakirə altında ilk dəfə kim yazıb ? Kholat Syakhl (müzakirə) 16:36, 21 iyun 2024 (UTC)
- @Kholat Syakhl hər iki sualınıza olan cavabların yuxarıdakı rəylərdə verildiyini düşünürəm. Fəaliyyətinizdə uğurlar. Patriot (müzakirə) 16:49, 21 iyun 2024 (UTC)
- @Patriot Kor, 2009 rəqəminin bu başlıq altında birinci kimin yazdığını demədiniz amma. Kholat Syakhl (müzakirə) 16:51, 21 iyun 2024 (UTC)
- @Kholat Syakhl bu sualı təkrarən soruşmağa gərək yoxdur. Açıq-aydın görünür ki, 2009-u mən yazmışam. Mövqeyimi sizə bəlli etmək üçün yazmışam ki, ən azından biləsiniz ki, fəaliyyətimdə ilk dəfə idi ki, məhz siz məni qərəzli istifadəçi adlandırmısınız. Sualı təkrar soruşmağa nə gərək var? Onda gərək mən də sizdən bir də təkrar soruşum, 2009 söhbətini hər dəfə nə vaxt və hansı müzakirədə sizə xatırlatmışam? Belə bir mövzunu sizinlə vikipediyada müzakirə etmişik? . Buyurun. Əlqərəz, bir daha hesab edirəm ki, məni qərəzli hesab etdiyiniz üçün yanılmısınız. Sizinlə, fəaliyyətinizlə heç bir qərəzim yoxdur və buna səbəb də yoxdur. Fəaliyyətinizdə uğurlar! Patriot (müzakirə) 08:48, 23 iyun 2024 (UTC)
- @Patriot Kor, 2009 rəqəminin bu başlıq altında birinci kimin yazdığını demədiniz amma. Kholat Syakhl (müzakirə) 16:51, 21 iyun 2024 (UTC)
- @Kholat Syakhl hər iki sualınıza olan cavabların yuxarıdakı rəylərdə verildiyini düşünürəm. Fəaliyyətinizdə uğurlar. Patriot (müzakirə) 16:49, 21 iyun 2024 (UTC)
- @Patriot Kor digər bəndlər haqqında niyə fikir ifadə etmədiniz bəs ? 2009 rəqəmini bu müzakirə altında ilk dəfə kim yazıb ? Kholat Syakhl (müzakirə) 16:36, 21 iyun 2024 (UTC)
- @Kholat Syakhl çünki daha məhsuldar olacağınızı sadəcə 5-ci bənddə qeyd etmisiniz. Daha məhsuldar olmaq üçün isə inzibatçı statusuna ehtiyac olmadığını düşünürəm. Mən müzakirə başlatmamışam. Fikirimlə bərəbar səs verib, fəaliyyətinizdə uğurlar arzulamışam. Kimin hansı ildən fəaliyyətə başladığını isə siz müzakirəyə qoymusuz. 2009-cu ildən başladığınızı qeyd etmisiz. Mən başlamaq barədə heç bir ifadə yazmamışam. 2009-dan bəri, yəni aktiv olduğum ildən bəri ilk dəfə mənim qərəzli olduğumu düşünən istifadəçi olduğunuzu bildirmişəm. İli müzakirəyə çıxarsaydım ilk hesabın qeydiyyatından danışa bilərdim. Patriot (müzakirə) 16:32, 21 iyun 2024 (UTC)
- Nemoralis, 2023-cü ilin oktyabr ayında Baskervillin suallardan qaçması adlı bir başlıq yaratmışdınız. Çox təəssüf ki, 2024-cü ilin iyun ayında da, suallardan qaçan Baskervill yox, Nemoralisdir. Sizə çox sadə bir sualım var. Lütfən cavab verin, lütfən. Sualım budur ki, yuxarıda qeyd etmisiz ki, Ana səhifədəki məzmunun yenilənməsi üçün mütləq inzibatçı statusu vacib deyil, başqa texniki üsullarla etmək olar. Çox gözəl. Bu texniki üsullar hansılardır ? Mən kaskad mühafizəsi altında olan Ana səhifəyə bir istifadəçi kimi necə müdaxilə edə bilərəm ? Əgər ki, bunun yolları varsa mütləq mənə deyin. Tam səmimi deyirəm ki, mənim Ana səhifəyə çıxışım olarsa inzibatçılıq statusu hal-hazırda mənə gərəkli deyil. Bu qədər sadə. İnanıram ki, bu dəfə nəsə olsa belə yazacaqsız. İkimizdə çox gözəl bilirik ki, belə bir texniki xüsusiyyət hal-hazırda Azvikidə mövcud deyil. Bunun adını biz sənin inzibatçı olmağını istəmirik formasında qoysaq, daha səmimi görünərdi.--Kholat Syakhl (müzakirə) 16:26, 21 iyun 2024 (UTC)
- @Patriot Kor qərəz ondan ibarətdir ki, yuxarıda tərəfimdən qeyd edilən 9 bənddin, 4-ü Ana səhifədəki fəaliyyət imkanlarımın məhdud olması haqqındadır və siz bunlar haqqında yox, təkcə 1 bənddə qeyd edilən vandalizm ilə mübarizə haqqında danışmağı üstün tutmusuz. Hələ də görmürsünüz ? O zaman bu müzakirəni uzatmağın heç bir anlamı yoxdur. Biz burada kimin nə zaman fəaliyyətə başladığını müzakirə etmirik. Hörmətlə: Kholat Syakhl (müzakirə) 16:18, 21 iyun 2024 (UTC)
- @Kholat Syakhl sizin öz mövqeyinizi öz baxış bucağımdan dəyərləndirdiyimi düşünürəm. Sizin fikirlərinizi inkar edən və ya sizə qarşı qərəz və əsəbi tərənnüm edən bir cümlə olduğunu görmürəm. 2009 söhbətini hər dəfə nə vaxt və hansı müzakirədə sizə xatırlatmışam? Belə bir mövzunu sizinlə vikipediyada müzakirə etmişik? Digər istifadəçilərlə də etmədiyimi düşünürəm. Sizin vikipediyaya gəlişinizi xatırlayıram bəli. Patriot (müzakirə) 16:11, 21 iyun 2024 (UTC)
- @Patriot Kor burada sərgilədiyiniz mövqeyiniz. Qeyd etmisiz ki, vandalizm halları ilə mübarizədə fəalsınız, patrul kimi də fəaliyyətiniz heç də pis deyil. Daha da məhsuldar olacağınıza inanıram və bunun üçün inzibatçı statusuna ehtiyac olmadığını düşünürəm. Mənim əsas məqsədim Ana səhifənin kaskad mühafizəsi altında olan bölməsinə çıxış əldə etməkdir. Ən azından bu barədə də danışa bilərdiz. Qərəz başqa hansı formada olsun ? 2009 söhbətini hər dəfə hallandırmağa ehtiyac yoxdur. Mənim ilk fəaliyyətim də 2009-cu ilə təsadüf edir. Hər bir halda mövqeyiniz üçün təşəkkür edirəm. Hörmətlə Kholat Syakhl (müzakirə) 15:56, 21 iyun 2024 (UTC)
- @Kholat Syakhl 2009-cu ildən bəri ilk dəfə idi ki, mənim ünvanıma qərəzli istifadəçi olduğum deyilir. Təəccüb edirəm. Sizə qarşı hansı qərəzim olar bilər? Patriot (müzakirə) 15:50, 21 iyun 2024 (UTC)
- @Patriot Kor sadəcə olaraq qərəzlisiz. Yuxarıra yazdığım bəndlərdən sadəcə sizə lazım olan hissələri qeyd etmisiz. Ana səhifənin kaskad mühafizəsi altında olan bölmələrinə nə sözünüz ? Xəbərlər bölməsinə müdaxilə edə bilmək üçün inzibatçı alətləri lazım deyilmi ? Və ya məqalələri qiymətləndirmə bölmələrindən arxivləşdirmək üçün. Kholat Syakhl (müzakirə) 15:47, 21 iyun 2024 (UTC)
- @Sortilegus maraqlı şərhiniz üçün təşəkkür edirəm. Doğrusu güncəl Ana səhifəyə müdaxilə etmək imkanım olsa inzibatçı namizədi belə olmazdım, ancaq təəssüf ki, inzibatçı alətləri olmadan bunu etmək mümkün deyil. 5 ilə çox şey deyişib, yəgin ki, bir beş il sonrada hər şey daha yaxşı olar. Mənə maraqlı gələn odur ki, hər dəfə 1-2 həmkar iddia edir ki, kaskad mühafizəsi altında olan Ana səhifəyə müdaxilə edə bilmək üçün inzibatçl olmaq şərt deyil. @Nemoralis bunu 4-5 dəfə ayrı-ayrı vaxtlarda dilə gətirib. Sadəcə bunu necə etməli olduğumu deməyib. Texniki olaraq bu mümkün deyil, sadəcə məni yola verirlər, əks halda yuxarıda adını 2 dəfə işarə etmişdim, bir cavab verərdi. Kholat Syakhl (müzakirə) 15:43, 21 iyun 2024 (UTC)
- @Kholat Syakhl, suallardan qaçmağın dəxli yoxdur. Burda ümumiyyətcə qaçılası bir sual da yoxdur. Niyə belə düşünürsünüz anlamadım. Mühafizə səviyyəsini endirmək olar, yeni qrup yaratmaq olar, amma sırf bunun üçün inzibatçı statusu vermək olmaz. Nemoralis (müzakirə) 15:45, 22 iyun 2024 (UTC)
- Həmçinin, yazmısınız ki ilk fəaliyyətiniz 2009-cu ilə təsadüf edir. 25 aprel 2011-ci ildə qeydiyyatdan keçmisiniz. Açıqlamadığınız əlavə hesablarınız var? Nemoralis (müzakirə) 15:47, 22 iyun 2024 (UTC)
- @Nemoralis hal-hazırda həyat yoldaşım tərəfindən işlədilən mənim ilk profilim olub və tərəfimdən 2011-ci ildə tərk edilib. 13 ildir mənim olmayan hesabı açıqlamalı idim ? Kholat Syakhl (müzakirə) 03:03, 23 iyun 2024 (UTC)
- Ana səhifəni düşünürsünüzsə, həmin səhifənin "Tarixdə bu gün" bölməsində xeyli səhvliklər, yalan-yanlış məlumatlar, yazı səhvləri və s. var, onları düzəltməklə də layihəyə öz töhfələrinizi verə bilərsiniz. Ana səhifə "Xəbərlər" bölməsindən ibarət deyil. Hörmətlə, Gadirmüzakirə 03:28, 23 iyun 2024 (UTC)
- @Gadir yazdığınız fikirlər özünüzə də absurd gəldimi ? Ana səhifənin Xəbərlər bölməsi ilə maraqlanan bir şəxsin bütün bölmələrlə maraqlanmalı olduğu bir qayda, şərt varmı ? Siz inzibatçı namizədi olarkən demişdiniz ki, Ana səhifədə qırmızı keçidlər olmayacaq. Dəfərlə Ana səhifədə qırmızı keçidlər gördüm. Kimisə ittiham etməyə bu qədər tələsməyin məncə. Kholat Syakhl (müzakirə) 05:42, 23 iyun 2024 (UTC)
- Xeyr, elə şərt yoxdur, amma konkret Ana səhifədən bəhs etmisiniz, mən də təklif etmişəm: "Ana səhifəyə müdaxilə etmək imkanım olsa..." demisiniz, "Ana səhifəyə". Ana səhifə ilə əlimdən gəldiyi qədər maraqlanıram, hər həftəyə çatdırıb əlavələr edirəm, gördüyünüz o keçidlər məndən qaynaqlı deyil yəni, onları da aşkarlayanda düzəldirəm. Daha detalına girməyəcəm, ki, özümü öymək kimi olsun istəmirəm, heç öymürəm də, sevmirəm də. Sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Hörmətlə, Gadirmüzakirə 05:53, 23 iyun 2024 (UTC)
- @Gadir yazdığınız fikirlər özünüzə də absurd gəldimi ? Ana səhifənin Xəbərlər bölməsi ilə maraqlanan bir şəxsin bütün bölmələrlə maraqlanmalı olduğu bir qayda, şərt varmı ? Siz inzibatçı namizədi olarkən demişdiniz ki, Ana səhifədə qırmızı keçidlər olmayacaq. Dəfərlə Ana səhifədə qırmızı keçidlər gördüm. Kimisə ittiham etməyə bu qədər tələsməyin məncə. Kholat Syakhl (müzakirə) 05:42, 23 iyun 2024 (UTC)
- Ana səhifəni düşünürsünüzsə, həmin səhifənin "Tarixdə bu gün" bölməsində xeyli səhvliklər, yalan-yanlış məlumatlar, yazı səhvləri və s. var, onları düzəltməklə də layihəyə öz töhfələrinizi verə bilərsiniz. Ana səhifə "Xəbərlər" bölməsindən ibarət deyil. Hörmətlə, Gadirmüzakirə 03:28, 23 iyun 2024 (UTC)
- @Nemoralis hal-hazırda həyat yoldaşım tərəfindən işlədilən mənim ilk profilim olub və tərəfimdən 2011-ci ildə tərk edilib. 13 ildir mənim olmayan hesabı açıqlamalı idim ? Kholat Syakhl (müzakirə) 03:03, 23 iyun 2024 (UTC)
- Əsas məqsədin Ana səhifədə redaktə etmək olması fikrimcə kifayət deyil inzibatçı olmağa. Onu da nəzərə alaq ki, hüquq sizdən yeni alınıb. Hörmətlə --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 20:10, 25 iyun 2024 (UTC)
- @Eldarado sizcə bir istifadəçi inzibatçı namizədi olmaq istəyirsə mütləq hər bir şeyə maraqlanmalıdır ? Məsələn, burada yaxın keçmişdə inzibatçı namizədi olmuş həmkarın mütləq əksəriyyəti vandalizm, ana səhifə, daha faydalı töhfələr başlıqları ilə vədlər veriblər. Gəlin görək inzibatçılardan necə nəfəri bunu edir ? Məsələn, sonuncu dəfə nə zaman Xəbərlər bölməsinə hansısa xəbəri əlavə etmisiz ? Mövcud 15 inzibatçı arasında ömründə xəbərlər bölməsinə 1 xəbər belə əlavə etməyən bilirsiniz necə inzibatçı var ? Mən həmin rəqəmi burada səsləndirib, sizi və icmanı şoka salmaq istəmirəm. Xəbərlər bölməsi kaskad mühafizəsi altındadır, bölmə bağlıdır və orada yenilikləri icra edə bilməkdən ötrü inzibatçı statusu tələb olunur. Hər dəfə hansısa xəyali funskiyadan danışılır, güya ki, inzibatçı olmadan belə xəbərlər bölməsinə redaktə etməyin mümkünlüyü vurğulanır. Bütün bunlar isə sadəcə olaraq məni sözün kobud mənasında azdırmağa hesablanmış gedişlərdir.
- Azdırmaq sözündə heç bir qayda pozuntusu yoxdur. Azərbaycan dilinin orfoqrafik lüğətində olan bir sözdür və mənası İtkin salmaq, evdən uzaqlaşdırmaq, rədd etmək formasında şərh edilir. Yəni ki, burada yalan satmağıma gərək yoxdur. Yalandan durub deyim ki, elə edəcəm, belə edəcəm və sonra heç nə etməyim, bu qətiyyən doğru olmazdı. Mən sadəcə hamının səmimi olmasını arzu edirəm. Desinlər ki, sənin inzibatçı olmağın yerli-dibli getdi bu olsun təmiz söhbət. Hər bir halda rəy bildirən, səs verən hər kəsə sonsuz təşəkkürlərimi ərz edirəm. Kholat Syakhl (müzakirə) 08:49, 26 iyun 2024 (UTC)
- Həmçinin, yazmısınız ki ilk fəaliyyətiniz 2009-cu ilə təsadüf edir. 25 aprel 2011-ci ildə qeydiyyatdan keçmisiniz. Açıqlamadığınız əlavə hesablarınız var? Nemoralis (müzakirə) 15:47, 22 iyun 2024 (UTC)
Yekunlaşdırma
- Səs verənlər — 16
- Etibarsız səs sayı — 0
- Etibarlı səs sayı — 16
- Lehinə — 2
- Əleyhinə — 13
- Bitərəf — 1
Yekun nəticə: Səsvermənin nəticələri Vikipediya:İnzibatçıların və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq Kholat Syakhl (müzakirə • töhfələr • statistikalar)-a latın əlifbalı Azərbaycan dilində olan vikipediyanın inzibatçısı statusunun verilməsindən imtina edilmişdir.--Turkmen müzakirə 10:57, 6 iyul 2024 (UTC)
Patriot Kor (müzakirə • töhfələr • statistikalar)-a inzibatçı statusunun verilməsi ilə bağlı səsvermə
Səsvermə 23 iyul – 7 avqust 2024-cü il tarixləri arasında keçirilir (Ümumdünya vaxtı ilə 6 avqust 2024-cü il saat 04:53-də səsvermə dayandırılır)
- Uzun müddətdi Vikipediyaya töhfələr verən, hüququ olan müxtəlif alətlərdən səmərəli istifadə edən, bir-neçə dəfə beynəlxalq tədbirlərdə Azvikini təmsil edən həmkarımız Patriot Kora inzibatçı statusunun verilməsi ilə bağlı səsvermə başladıram. İnanıram ki, istifadəçi kimi yaxşı fəaliyyəti bu statusda da yaxşı və uğurlu olacaq. --Araz Yaquboglu (müzakirə) 04:53, 23 iyul 2024 (UTC)
- Lehinə: Təklif edən olaraq. --Araz Yaquboglu (müzakirə) 04:53, 23 iyul 2024 (UTC)
- Lehinə: Gözəl təklifdir, dəstəkləyirəm. İstifadəçinin incubatorda da inzibatçı hüquqları olub bir neçə dəfə və bu yöndə təcrübəsi olduğunu bilirəm. Ümid edirəm fəaliyyətinə mənfi yöndə təsir etməyəcək bu səsvermə və fəallığına davam edəcək. Uğurlar. Hörmətlə--eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:34, 23 iyul 2024 (UTC)
- Lehinə: Məndə dəstəkləyirəm səni həmkar inşallah uğurlar daha da bol olsun. Azvikidə aktiv istifadəçilərdən birisiz niyə də olmasın. Uğurlar. Vusalsuvarov1996 (müzakirə) 08:28, 23 iyul 2024 (UTC)
- Əleyhinə: --Kholat Syakhl (müzakirə) 09:59, 23 iyul 2024 (UTC)
- Əleyhinə: mən şəxsən sırf vikitədbirlərdə iştiraka görə inzibatçı statusunun verilməsini dəstəkləmirəm. İnzibatçılıq onlaynda baş verir. Ona görə də belə seçimlər pratik deyil. Patriotu mən oflayn da tanıyıram, çox yaxşı istifadəçidir, amma düşünürəm ki, sırf oflayn fəaliyyətə görə status vermək düzgün deyil.--Kosmik Ozan utora! 12:28, 23 iyul 2024 (UTC)
- Əleyhinə: İstifadəçiyə şəxsən ayrılıqda böyük hörmətim var. Lakin mövqe və düşüncə cəhətdən White Demon-la razıyam. --Turkmen müzakirə 13:13, 23 iyul 2024 (UTC)
- Əleyhinə: deyilən fikirlərlə razıyam. --► Hörmətlə: SolaVirum 18:51, 23 iyul 2024 (UTC)
Şərhlər
Azvikidə oyun kartları yenidən paylanır. Mövcud vəziyyəti bir cümlə ilə sadəcə belə izah etmək olardı. 2024-cü ildə 3 inzibatçı fəaliyyətdən kənarlaşırılıb və ya əl çəkdirilib. Nə təsadüf ki, yerinə 3 yeni inzibatçı əvəz edib. Sanki görünməz bir əl, bu və bu çıxsın, bu və bu girsin deyir və bizi inandırmağa çalışırlar ki, bunu deyən icmadır. Araz Yaquboglu bu başlıq altında tərəfli və bir qədərdə qərəzli mövqe ortaya qoyub. Araz Yaquboglu yuxarıdakı əsaslandırma zamanı, bir-neçə dəfə beynəlxalq tədbirlərdə Azvikini təmsil edən həmkarımız ifadəsini işlədib və dolayı şəkildə beynəlxalq tədbirlərdə iştirak etməyi inzibatçı olmaq üçün bir növ əsas, zəmin hesab edib. Maraqlıdır ki, A.Aida88 ötən il inzibatçı namizədi olarkən müsbət səs verən şəxslərin bir qismi xanımın xarici tədbirlərdəki iştirakı haqqında danışmışdılar və Araz Yaquboglu qarşı səs verən şəxslərdən birinin rəyi əsasında bitərəf olmuşdu. Nə hikmətdirsə A.Aida88-in xarici tədbirlərdəki iştirakı ədalətli və tərəfsiz inzibatçılarımız tərəfindən meyar kimi nəzərə alınmamışdı, ancaq bu dəfə alınır və hətta əsas götürülür.
Bu səsvermədə lehinə səsləri əsas etibarı ilə Patriot Kora rəğbəti olan və bir növ yaxın olan həmkarlar verəcək. Məsələn gəlin sizə maraqlı bir proqnoz deyim, düz çıxmasa məni 10 günlük bloklayın. Patriot Korun babası haqqında SNS-də hal-hazırda mövcud olan səhifədə məqalənin saxlanılmasına əsasandırılmamış səs vermiş şəxslər gəlib burada da gözəl insandı, yaxşı istifadəçidi deyib lehinə səslər verəcəklər. Hətta 2 nəfər yoldaş artıq səs verib. Vusalsuvarov1996 adlı şəxs israrla və heç bir tutarlı əsas olmadan şəxsin babası haqqında yazılmış məqaləni müdafiə edir, şəxsə müxtəlif mükafatlar təqdim edir və ona təşəkkür edir. Araz Yaquboglu şəxsə inzibatçı namizədi olmağı təklif edəndə yazır ki, bəs gözəl fikirdir və inanıram ki, vəzifəsinin öhdəsindən gələcək falan. İndi də gəlib lehinə səs verib. 10 ildən çox təcrübəsi olan vikipediyaçılardan soruşmaq istərdim ki, bir istifadəçinin digər bir istifadəçi ilə bu qədər yaxın olması təsadüfdürmü ? Yəni buna inanmalıyıq ?
Şəxs özü haqqında talışca, babası haqqında talışca, rusca və azərbaycanca vikipediyalarda məqalələr yaradıb. Mən özü və yaxın qohumları haqqında bu tipli məqalələr yaratmış şəxsləri Vikimedia Hərəkatının fəlsəfəsindən uzaq şəxslər hesab edirəm və əminəm ki, onlar sadəcə əllərində olan imkanlardan istifadə etməklə öz maraqlarını təmin edirlər. Əlbəttə, arada bir maraqlı məqalələr yaradır, vandalizm halları ilə mübarizə də aparırlar, ancaq öz qeyri-ensiklopedik maraqlarını da yaddan çıxarmıllar. 2013-cü ildən bəri yaradılmış hesabın texniki məlumatlarına nəzər saldıqda 12 min redaktə etdiyini görürük və bu da ilə min redaktə belə etmir. Azvikidə oyun kartları yenidən paylanır, dostlar... Diqqətli olun. Yuxarıda etdiyim Azviki daxili mərci də unutmayın. Mən deyən olmasa 10 gün müddətin bloklanmağa hazıram. --Kholat Syakhl (müzakirə) 09:59, 23 iyul 2024 (UTC)
- @Kholat Syakhl Burda söhbət Patriot Korun inzibatçı seçilib və seçilməməsindən gedir. Vusalsuvarov1996 (müzakirə) 10:31, 23 iyul 2024 (UTC)
- @Vusalsuvarov1996 xətrinizə dəyməsin, ancaq hər zaman mövzu ilə əlaqəsi olmayan şərhlər yazırsız. Mən burada nəyin getdiyini görə bilirəm, məlumat verdiyiniz üçün təşəkkür edirəm. Kholat Syakhl (müzakirə) 10:35, 23 iyul 2024 (UTC)
- @Kholat Syakhl Mənim heçnə xətrimə dəymir Babası barədə fikrinizi burda yox səhifəsində yazsaz yaxşı olar. Vusalsuvarov1996 (müzakirə) 10:40, 23 iyul 2024 (UTC)
- @Vusalsuvarov1996 sizə bir sual verim. Siz @Patriot Koru real həyatdan tanıyırsız ? Kholat Syakhl (müzakirə) 10:43, 23 iyul 2024 (UTC)
- @Kholat Syakhl Real həyatda yox tanımıram. Mən hər kəsi azvikidə istifadəçi kimi tanıyıram. Vusalsuvarov1996 (müzakirə) 10:49, 23 iyul 2024 (UTC)
- @Vusalsuvarov1996 sizə bir sual verim. Siz @Patriot Koru real həyatdan tanıyırsız ? Kholat Syakhl (müzakirə) 10:43, 23 iyul 2024 (UTC)
- @Kholat Syakhl Mənim heçnə xətrimə dəymir Babası barədə fikrinizi burda yox səhifəsində yazsaz yaxşı olar. Vusalsuvarov1996 (müzakirə) 10:40, 23 iyul 2024 (UTC)
- @Vusalsuvarov1996 xətrinizə dəyməsin, ancaq hər zaman mövzu ilə əlaqəsi olmayan şərhlər yazırsız. Mən burada nəyin getdiyini görə bilirəm, məlumat verdiyiniz üçün təşəkkür edirəm. Kholat Syakhl (müzakirə) 10:35, 23 iyul 2024 (UTC)
- Kholat Syakhl, zəhmət olmasa məqalə keçidlərini bura qeyd edə bilərsiz? Axı A.Aida88-in oflayn töhfələri üstünlük təşkil edir, Patriot Kor isə onlayn da aktivdir. Çox təəsüf ki, vikidə hər məsələni sülhlə hələ edə bilmək və normal töhfə verə bilmək varkən belə şeylər baş verir. Demirəm kənar vikilərdə belə şeylər olmur, lakin bunda müəyyən qədər siz də rol oynayırsınız. Buranı daha gözəl yer etmək varkən belə söhbətlərlə çirkinləşdirmiş oluruq. Bu başlıqda da qızğın mübahisələr gedəcəyini düşünürəm və buna görə çox təəssüf edirəm. Hörmətlə, Gadirmüzakirə 10:19, 23 iyul 2024 (UTC)
- Gadir digər tərəfdən siz inzibatçı namizədi olarkən bənd-bənd nə üçün bu statusu istədiyinizi və hansı sahələrdə bir inzibatçı kimi töhfələr verməyi planlaşdırdığınızı paylaşmışdınız. Oxşar məzmunda paylaşımı mən də etmişdim. Doğru olan budur çünkü. Bir şəxs inzibatçı olmaq istəyirsə öz planları və inzibatçı kimi icmaya necə faydalar verə biləcəyi haqqında məlumatlandırıcı məzmun yazmalı və paylaşmalıdır. Yoxsa filankəs yaxşı uşaqdı gəlin onu inzibatçı seçək yanaşması bu statusu həmin şəxsə hədiyyə etmək kimi çıxır. Yuxarıda məndən istədiyiniz məqalələrin biri SNS-dədir. Digəri Ruvikidə artıq silinib. Şəxsin özü haqqında yaradılmış məqalə də təzəlikcə silinib, ancaq uzun müddət tly vikidə mövcud olub. Gadir sonuncu cümlənizdə məni günahlandırmağınızı doğru hesab etmirəm. Buranı gözəl yer etmək varkən nə deməkdir tam olaraq ? Gördüklərimizi deməyək ? Başlıqlar elə qızğın müzakirə getməkləri üçün var. Yoxsa yaxşı adamdı, gözəl insandı, deyib kimi kimisə inzibatçı seçmək bu statusu ona hədiyyə etmək deməkdir.--Kholat Syakhl (müzakirə) 10:33, 23 iyul 2024 (UTC)
- Kholat Syakhl əvvala səs vermə bəndi ilə şərhlər bəndini səhv salmısız. Qaldı ki, Aidə xanıma, bəli onun vikipediyada fəaliyyəti qənaətbəxş olmadığından neytral və əleyhinə səslər çox oldu deyə seçilmədi. Amma Aidə xanımın Vikidən kənar viki üçün gördüyü işlər üçün ona sadəcə BRAVO demək lazımdır. Vikipediyaya yeni-yeni gənclər cəlb edir, təbliğat aparır və s. kimi layiqincə fəaliyyəti var. Qaldı ki, siz deməyənə qədər bilmirdim ki, Patriotun babası kim imiş və SNS-dədir. Olsun da, əgəq QE şəxdirsə silinəcək. Nə olsun ki, babasıdır? Siz deyən kimi də burada hansısa oyun filan yoxdur. Mən deyən kimi normal fəaliyyəti yoxdursa, layiq deyilsə, deməli seçilməyəcək. Bu qədər sadə. --Araz Yaquboglu (müzakirə) 10:34, 23 iyul 2024 (UTC)
- @Araz Yaquboglu mən heç nəyi səhv salmamışam. Yuxarıda səs vermişəm, şərh bölməsində isə @Gadir tərəfindən ünvanlanmış sualı cavablandırmışam. Burada oyunların getdiyini Vikimedia Fondu belə gözəl bilir. Bu barədə danışıb, müzakirənin gedişatını dəyişmək istəmirəm. Sadəcə yuxarıda dediyim kimi həmin SNS-də məqaləyə əsaslandırılmamış formada qalsın deyənlər gəlib, burada lehinə səs verirsə buna nə ad vermək olar ? Maraqlıdır ki, siz 14 illik istifadəçi profili olan və indiyə qədər 12 min redaktə etmiş şəxsi inzibatçı olmağa layiq bilirsiz və orta da heç bir əsaslandırma yoxdur. Şəxsin özü belə inzibatçı olacağı təqdirdə icmaya necə faydalar verəcəyi barədə heç nə yazmayıb. Yazılan şərhlərə təşəkkür etməklə işini bitmiş sayır.. Kholat Syakhl (müzakirə) 10:41, 23 iyul 2024 (UTC)
- Nə oyun gedə bilər? Günahlandırmaq yox, xoşniyyətli olsanız durumlar viki üçün də daha yaxşı olar. Arxivlərə də nəzər yetirdikdə sizin həmişə belə mənfi düşüncüdə olduğunuz, konspirasiya nəzəriyyələri ortaya atdığınız görünür, sanki hər kəs sizə qarşı qruplaşıb. Mənə də maraqlıdır, Patriot Kor seçildiyi halda hansı töhfələri verəcək və istərdim ki, istifadəçiyə inzibatçılıqla bağlı suallar verilsin, səsvermə elə davam etsin. @Patriot Kor, bu arada, bu məqaləni nə məqsədlə yaratmısınız, ensiklopedik olduğunuzu düşünürsünüz? Bundan əlavə, Vikidatada ensiklopedik olmayan şəxslər üçün səhifələrin yaradılmasını düzgün saymıram. Hörmətlə, Gadirmüzakirə 10:52, 23 iyul 2024 (UTC)
- @Gadir ensiklopedik olduğunu düşünməsə sizcə özü haqqında məqalə yaradar ? 😊 1 il ərzində inzibatçı sıralarında bu qədər dəyişiklik olması mənə başqa formada düşünməyə əsas vermir. Hörmətlə: Kholat Syakhl (müzakirə) 10:56, 23 iyul 2024 (UTC)
- Cavabı maraqlıdır, görək özü nə deyir. Dəyişikliklər isə normaldır, normal proseslərdir. Kimsə passiv olduğu, uyğunsuz hərəkət etdiyi üçün statusdan çıxarılır, tələbat olur yeni istifadəçilər seçilir, belə-belə davam edir, sistem belə işləyir. Heç bir oyun zad yoxdur yəni :) Narahat olmağa dəyməz. Hörmətlə, Gadirmüzakirə 11:05, 23 iyul 2024 (UTC)
- @Gadir maraqlıdır, siz şəxsin özünü ensiklopedik şəxs hesab edirsiz ? Kholat Syakhl (müzakirə) 11:06, 23 iyul 2024 (UTC)
- Məncə, yox. Hörmətlə, Gadirmüzakirə 11:09, 23 iyul 2024 (UTC)
- @Gadir ola bilər ki, desin ki, mən yaratmamışam. Kholat Syakhl (müzakirə) 11:10, 23 iyul 2024 (UTC)
- Yox, elə özü yaradıb Hörmətlə, Gadirmüzakirə 11:12, 23 iyul 2024 (UTC)

- Şərh: Kholat Syakhl sizsiz necə də darıxdırıcı olardı Az Vikipediya --Tarixi Nadir (müzakirə) 11:01, 23 iyul 2024 (UTC)
- 😄 Hörmətlə, Gadirmüzakirə 11:03, 23 iyul 2024 (UTC)
- @En Merker təşəkkür edirəm :) Kholat Syakhl (müzakirə) 11:07, 23 iyul 2024 (UTC)
- Hörmətli həmkarlar, hər zaman olduğu kimi, səbrlə müzakirənin sonunu gözləyəcəm. @Kholat Syakhl fikirlərinizə və əsl qərəzinizə hörmətlə yanaşıram. Bax indi elə bu müzakirədə sizin əsl qərəziniz tam olaraq icmaya bəlli oldu. Mənə məlum oldu ki, hər şey sizin yenidən inzibatçı olmaq istəyinizdə mənim istifadə etdiyim səsimdən sonra baş verirmiş. Ola bilər mən inzibatçılığa layiq olmayım. Amma əmin olun ki, siz artıq öz qərəzinizi tam nümayiş etdirirsiniz. Yenə müzakirənin istiqamətini eyni mövqeyə yönəldirsiniz. @Gadir ensiklopedikliklə bağlı məsələyə gəldikdə, mən özümü ensiklopedik sayıram və ya saymıram. Bunun mənim inzibatçı statusuma nə kimi təsiri ola bilər? Hər bir istifadəçi ensiklopedik ola bilər. Mən bir fərd kimi Azərbaycanda ilk özəl musiqi məktəbinin təməlini qoymuşam və kifayət qədər mənbə var. Hazırda isə mövzu bu deyil. Mən sadəcə vikipediyaya töhfə verirəm. Öz ensiklopedikliyimə yox. Hörmətli @Kholat Syakhl bəlkə gün gələcək mən ensiklopedik olacam. Amma siz öz fəaliyyətinizə belə müzakirələrlə kölgə salmısınız artıq. Vikipediyada özünü ensiklopedik hesab edib, yenə vikipediyada öz işi ilə məşğul olan istifadəçinin olması, sizin kimi qərəzli bir istifadəçi və ya admin olmaq istəyən istifadəçinin olmasından daha üstündür. Səsvermənin nəticəsi, mənim hazırki fəaliyyətimə kölgə salmır. İnzibatçı seçilmək kimi bir niyyətimin olmadığı bütün icmaya məlumdur. Hörmətli @Araz Yaquboglu da bunu bilir. Nəzərə alın ki, mən bildiyim qədər hörmətli həmkar @Araz Yaquboglu fəaliyyət göstərdiyi ildən bəri indiyədək heç kəsin inzibatçı olmasını təklif etməyib. Amma çox önəmli məsələ budur. Əsl qərəz ortaya çıxdı. Hər birinizə təşəkkür edirəm. Hörmətlə, Patriot (müzakirə) 12:17, 23 iyul 2024 (UTC)
- Qaçamaq cavab verirsiniz. Bu, sizin fəaliyyətinizdir, əlbəttə ki, var, əlaqəsi odur ki, nə səbəblə yaratmısınız, bu alətlərdən sui-istifadə etməcəyinizə necə inanaq? Necə yəni ensiklopedik olum ya olmayım? Ensiklopedik olub yaratmış olsanız başqa məsələ. Hörmətlə, Gadirmüzakirə 12:27, 23 iyul 2024 (UTC)
- @White Demon sizi fəaliyyətləri araşdıran bir istifadəçi kimi tanıyıram. Hesab edirsiniz ki, mənim sədacə offline fəaliyyətimə görə namizədliyim irəli sürülüb? Hörmətlə, Patriot (müzakirə) 12:39, 23 iyul 2024 (UTC)
- Düşünürəm ki, AzVikidə kiminsə kimi namizəd etməsi heç düz deyil. Namizədlər özləri namizəd olmalı, bənd-bənd qeyd etməlidirlər ki, bəs illər ərzində nələr etmişəm, nəyə əsasən inzibatçı olmaq istəyirəm, nələr vəd edirəm, hansı sahələrdə aktiv olacam və s. Necə ki, Gadir öz səsverməsində elə etmişdi, çox ətraflı yazmışdı bu barədə və çox xoşuma gəlmişdi. Düşünürəm ki, hər bir inzibatçı namizədi belə namizəd olmalıdır. Kosmik Ozan utora! 12:43, 23 iyul 2024 (UTC)
- @Gadir bu alətlərdən sui-istifadə etməyəcəyimə əmin ola bilərsiz. Bilirsiniz nə üçün? Çünki bir zamanlar @Kholat Syakhl mənim inzibatçı olmamı təklif edən istifadəçilərdən olub. Amma mən buna etiraz etmişəm. Hörmətlə, Patriot (müzakirə) 12:42, 23 iyul 2024 (UTC)
- Hörmətli həmkar @Gadir mənim hazırda əsas demək istədiyim budur ki, burada inzibatçılıq müzakirə edilməlidir. Mənim, babamın, hər hansı bir şəxsin ensiklopedikliyi yox. Yəqin ki, siz də razılaşarsınız. Mənim vikipediya fəaliyyətimlə bağlı statistikalar, ön planda tutulsa daha düzgün olmazmı sizin fikirinizcə? İstifadəçi az qala bütün müzakirələrdə mövzunu başqa istiqamətə yönəldir. Məsələn @White Demon fikiri. Çox məntiqli deyilmi sizcə? Düzdü @White Demon nədənsə tamamilə offline məsələsinə fikir bildirdi amma çox qəti fikir yazıb. Hesab edirəm hər bir istifadəçi burada belə fikir bildirməlidir. Hörmətlə, Patriot (müzakirə) 13:10, 23 iyul 2024 (UTC)
- @Kholat Syakhl, istifadəçi sadəcə inzibatçılığa namizədlik verib. Bu qədər böyük mətn yazmağa və onun əleyhinə belə sərt mövqe bildirməyə ehtiyac var idimi həqiqətən? Turkmen müzakirə 13:18, 23 iyul 2024 (UTC)
- Ümumiyyətlə, @Kholat Syakhlı istifadəçinin inzibatçılığı yox, özü maraqlandırır deyə əleyhinə səs bildirdiyini düşünürəm. Sırf inzibatçı səsverməsində ona əleyhinə səs verib deyə 26 iyunda Talışdilli İstifadəçilər Qrupunun üzvlüyündən çıxması, 4 iyulda Ömər Əliyev məqaləsini SNS etməsi onu göstərir ki, istifadəçiyə qarşı qərəzçiliyi var. Bu heç doğru deyil. Kosmik Ozan utora! 13:32, 23 iyul 2024 (UTC)
- @White Demon mən talış deyiləm, bu dildə 1 söz belə bilmirəm. Bilmədiyim bir dilin istifadəçi qrupunda olmağın bir anlamı varmı sizcə ? Belə başa düşdüm ki, Talışdilli İstifadəçilər Qrupunu hal-hazırda inzibatçı namizədi olan şəxsin özəl mülkiyyəti hesab edirsiz. Yoxsa hardansa çıxmağımın bu şəxslə nə əlaqəsi ola bilər ? SNS-ə qərəzlə məqalə daxil edilməsini də birinci dəfədir ki, eşidirəm. Sözügedən şəxs ensiklopedik deyil. 16-18 milyon şəxsə verilən medallardan verilib deyə və ya 100 il yaşayıb deyə şəxsə yaxın olan şəxslərin səsləri hesabına məqalə qorunur və saxlanımağa çalışılır. Mən müşahidələrim əsasında şərh yazıram və inanıram ki, tərəfsiz bir inzibatçı kimi siz mənim haqqlı olduğumu bilirsiz. Kholat Syakhl (müzakirə) 17:25, 23 iyul 2024 (UTC)
- @Turkmen şərhinizi nəzərə alacağam. Təşəkkür edirəm. Kholat Syakhl (müzakirə) 17:46, 23 iyul 2024 (UTC)
- Ümumiyyətlə, @Kholat Syakhlı istifadəçinin inzibatçılığı yox, özü maraqlandırır deyə əleyhinə səs bildirdiyini düşünürəm. Sırf inzibatçı səsverməsində ona əleyhinə səs verib deyə 26 iyunda Talışdilli İstifadəçilər Qrupunun üzvlüyündən çıxması, 4 iyulda Ömər Əliyev məqaləsini SNS etməsi onu göstərir ki, istifadəçiyə qarşı qərəzçiliyi var. Bu heç doğru deyil. Kosmik Ozan utora! 13:32, 23 iyul 2024 (UTC)
- @Kholat Syakhl, istifadəçi sadəcə inzibatçılığa namizədlik verib. Bu qədər böyük mətn yazmağa və onun əleyhinə belə sərt mövqe bildirməyə ehtiyac var idimi həqiqətən? Turkmen müzakirə 13:18, 23 iyul 2024 (UTC)
- @Patriot Kor çox maraqlı və bir o qədərdə qəribə söhbət edirsiz. Yazmısız ki, alətlərdən sui-istifadə etməyəcəm çünkü bir zamanlar @Kholat Syakhl məni inzibatçı namizədi kimi təqdim edib. Yəni, bunun buna nə əlaqəsi var ? Kimsə sizi nə zamansa inzibatçı namizədi kimi təqdim edibsə, deməli siz alətlərdən sui-istifadə etməyəcəksiz ? Elə bu qədər ? Digər tərəfdən mən nə zaman sizi inzibatçı namizədi kimi təqdim etmişəm ? Hansı tarixdə, hansı gündə. Yadıma sala bilərsinizmi zəhmət olmasa ? Kholat Syakhl (müzakirə) 17:45, 23 iyul 2024 (UTC)
- Hörmətli həmkar @Gadir mənim hazırda əsas demək istədiyim budur ki, burada inzibatçılıq müzakirə edilməlidir. Mənim, babamın, hər hansı bir şəxsin ensiklopedikliyi yox. Yəqin ki, siz də razılaşarsınız. Mənim vikipediya fəaliyyətimlə bağlı statistikalar, ön planda tutulsa daha düzgün olmazmı sizin fikirinizcə? İstifadəçi az qala bütün müzakirələrdə mövzunu başqa istiqamətə yönəldir. Məsələn @White Demon fikiri. Çox məntiqli deyilmi sizcə? Düzdü @White Demon nədənsə tamamilə offline məsələsinə fikir bildirdi amma çox qəti fikir yazıb. Hesab edirəm hər bir istifadəçi burada belə fikir bildirməlidir. Hörmətlə, Patriot (müzakirə) 13:10, 23 iyul 2024 (UTC)
- @White Demon sizi fəaliyyətləri araşdıran bir istifadəçi kimi tanıyıram. Hesab edirsiniz ki, mənim sədacə offline fəaliyyətimə görə namizədliyim irəli sürülüb? Hörmətlə, Patriot (müzakirə) 12:39, 23 iyul 2024 (UTC)
- @Patriot Kor cavabınız üçün təşəkkür edirəm. Mənim fəaliyyətimə heç bir kölgə falan düşməyib. Çünkü mən heç vaxt Azvikini öz şəxsi məqsədlərim üçün istifadə etməmişəm. Həmin səsvermədə səhv etmirəmsə 13 qarşı səs vardı. 1 səs oldu və ya olmadı bu heç nəyi ifadə etmir. Olanları demək qərəz olur demək. Siz sizə sərf etməyən suallara cavab vermirsiz cənab. @Gadirin sizə özünüz haqqında yaratmış olduğunuz məqalə haqqında ünvanladığı sualdan möhtəşəm şəkildə yayınmısız. İcma bir şəxsi inzibatçı seçmək istəyirsiz və namizəd olan şəxs gəlib suallara cavab verməkdənsə birinə deyir ki, qərəzlisən, birinə deyir ki, onun bura nə dəxlisi var və sairə. Borclu çıxarmaq siyasəti ilə inzibatçı olmaq təəssüf ki, mümkün deyil. Ünvanlanmış suallara cavab vermək lazımdır. 2-də bir təşəkkür funskiyasından istifadə etməkdə hesab edirəm ki, nəzakət qaydasının pozulmasının bir ayrı formasıdır. Məsələn, mən burada sizin maraqlarınıza uyğun olmayan bir şərh yazmışam. Yazdığım bu şərh, həqiqət olsa da sizə xoş deyil. Buna görə niyə mənə təşəkkür edirsiz ki ? Siz hələ inzibatçı olmadan öz şəxsi maraqlarınız belə yüksək səviyyədə qoruyursunuzsa, inzibatçı olandan sonra necə olacaq bunu Allah bilir. Tərəfli və qərəzli olan sizsiz. Əgər belə olmasaydı Q/E məqaləni Azvikidə saxlamaq üçün bu qədər səy göstərməzdiniz. Kholat Syakhl (müzakirə) 17:34, 23 iyul 2024 (UTC)
- Hörmətli @Araz Yaquboglu mən sizə bir daha fəaliyyətimə verdiyiniz dəyərə görə təşəkkür edirəm. Təklifiniz gözlənilməz və gözəl idi lakin müzakirə öz məcrasından çıxır. Buna görə üzr istəyirəm. Hörmətli @Eldarado, @Vusalsuvarov1996, @Kholat Syakhl, @White Demon, @Turkmen və @Solavirum sizlərin də hər birinizə səsvermədə iştirakınız üçün təşəkkür edirəm. Hörmətli, @Turkmen, @Sortilegus, @Eldarado və ya @Toghrul R xahiş edirəm öz istəyimi nəzərə alaraq səsverməni dayandırasınız. Bu arada yoldaşlar mənim offline ciddi fəaliyyətim yoxdur axı. Nə varsa elə online-dır. Məsələn elə götürək patrul fəaliyyətini😀. Nəzərə alın ki, @Atakhanli və @Nemoralisə bu barədə çatmaq mümkün deyil. Hörmətlə, Patriot (müzakirə) 19:29, 23 iyul 2024 (UTC)
- Qaçamaq cavab verirsiniz. Bu, sizin fəaliyyətinizdir, əlbəttə ki, var, əlaqəsi odur ki, nə səbəblə yaratmısınız, bu alətlərdən sui-istifadə etməcəyinizə necə inanaq? Necə yəni ensiklopedik olum ya olmayım? Ensiklopedik olub yaratmış olsanız başqa məsələ. Hörmətlə, Gadirmüzakirə 12:27, 23 iyul 2024 (UTC)
- Hörmətli həmkarlar, hər zaman olduğu kimi, səbrlə müzakirənin sonunu gözləyəcəm. @Kholat Syakhl fikirlərinizə və əsl qərəzinizə hörmətlə yanaşıram. Bax indi elə bu müzakirədə sizin əsl qərəziniz tam olaraq icmaya bəlli oldu. Mənə məlum oldu ki, hər şey sizin yenidən inzibatçı olmaq istəyinizdə mənim istifadə etdiyim səsimdən sonra baş verirmiş. Ola bilər mən inzibatçılığa layiq olmayım. Amma əmin olun ki, siz artıq öz qərəzinizi tam nümayiş etdirirsiniz. Yenə müzakirənin istiqamətini eyni mövqeyə yönəldirsiniz. @Gadir ensiklopedikliklə bağlı məsələyə gəldikdə, mən özümü ensiklopedik sayıram və ya saymıram. Bunun mənim inzibatçı statusuma nə kimi təsiri ola bilər? Hər bir istifadəçi ensiklopedik ola bilər. Mən bir fərd kimi Azərbaycanda ilk özəl musiqi məktəbinin təməlini qoymuşam və kifayət qədər mənbə var. Hazırda isə mövzu bu deyil. Mən sadəcə vikipediyaya töhfə verirəm. Öz ensiklopedikliyimə yox. Hörmətli @Kholat Syakhl bəlkə gün gələcək mən ensiklopedik olacam. Amma siz öz fəaliyyətinizə belə müzakirələrlə kölgə salmısınız artıq. Vikipediyada özünü ensiklopedik hesab edib, yenə vikipediyada öz işi ilə məşğul olan istifadəçinin olması, sizin kimi qərəzli bir istifadəçi və ya admin olmaq istəyən istifadəçinin olmasından daha üstündür. Səsvermənin nəticəsi, mənim hazırki fəaliyyətimə kölgə salmır. İnzibatçı seçilmək kimi bir niyyətimin olmadığı bütün icmaya məlumdur. Hörmətli @Araz Yaquboglu da bunu bilir. Nəzərə alın ki, mən bildiyim qədər hörmətli həmkar @Araz Yaquboglu fəaliyyət göstərdiyi ildən bəri indiyədək heç kəsin inzibatçı olmasını təklif etməyib. Amma çox önəmli məsələ budur. Əsl qərəz ortaya çıxdı. Hər birinizə təşəkkür edirəm. Hörmətlə, Patriot (müzakirə) 12:17, 23 iyul 2024 (UTC)
- Yekun: istifadəçinin müraciəti əsasında səsvermə dayandırılır.--Turkmen müzakirə 19:55, 23 iyul 2024 (UTC)
İnzibatçı statusunun alınması ilə bağlı səsvermələr
Eldarado (müzakirə • töhfələr • statistikalar)-dan inzibatçı və bürokrat statusunun alınması ilə bağlı səsvermə
Səsvermə 17 fevral – 3 mart 2024-cü il tarixləri arasında keçirilir (Ümumdünya vaxtı vaxtı ilə 3 mart 2024-cü il saat 07:15-də səsvermə dayandırılır)
- İlk öncə qeyd etmək istərdim ki, inzibatçı hüququnun alınması və ya saxlanılması fəaliyyətimə və aktivliyimə təsir etməyəcək. Provakasiyaya çəkilməyim zamanı sadəcə bir neçə dəfə nəzakət qaydalarını pozsam da ümumi olaraq heç kəsə qarşı nəzakətsizliyim olmayıb. Ümid edirəm hər şey azvikinin inkişafı xeyrinə olacaq. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 07:15, 17 fevral 2024 (UTC)
- Lehinə: petisiya səsverməsi zamanı qeyd etmişdim. Təəssüflər olsun ki, inzibatçının neytrallığına ciddi şübhələrim var. --► Hörmətlə: SolaVirum 07:18, 17 fevral 2024 (UTC)
- Lehinə:— samral müzakirə 07:23, 17 fevral 2024 (UTC)
- Lehinə: Etimad səsverməsində mövqeyimi ifadə etmişəm. — Tarixi Nadir (müzakirə) 08:22, 17 fevral 2024 (UTC)
- Lehinə: Əvəllər çox əla işinin öhdəsindən gəlirdi. Amma son illərdə inzibatçı və bürokrat kimi fəaliyyəti yoxdur. — Araz Yaquboglu (müzakirə) 08:48, 17 fevral 2024 (UTC)
- Lehinə: digər səhifədəki qeydlərimə əsasən — Toghrul R (m) 08:49, 17 fevral 2024 (UTC)
- Lehinə: vaxtı ilə faydalı redaktələri olub vikidə. Ancaq son zamanlar aktivlik barədə, doğru yerdə yanlış qərar verməyi, axırıncı dəfə də icmanın fikrini öyrənməmiş müzakirəni sonlandırmağı mənim inzibatçıya "statusunun alınması"nda lehinə səs verməyimi təstiqlədi. Ümid edirəm həmkarım bu yazdıqlarıma görə həvəsdən düşməz. Moses :) 10:07, 17 fevral 2024 (UTC)
- Lehinə:— Turkmen müzakirə 10:25, 17 fevral 2024 (UTC)
- Lehinə: Tərəfli olduğu və sərf etməyəndə ikili standart tətbiq etdiyi üçün. Linkləri yerləşdirirəm, maraqlanan varsa oxuya bilər: [1], [2] Nemoralis (müzakirə) 12:47, 17 fevral 2024 (UTC)
- Lehinə: Aktiv fəaliyyətin çox az olması.✡ Redivy ✡ (müzakirə) 15:43, 17 fevral 2024 (UTC)
- Lehinə: 10 ildir davam edən fəaliyyətinə görə minnətdaram. İcma olaraq heç bir zaman həqiqi töhfəsi olan istifadəçilər unudulmur. Amma təəsüf inzibatçı adından zamanında imtina insanlara baş ucalığı gətirir. Ümid edirəm səsvermənin bitməsini gözləmədən özündə əzm tapıb, inzibatçı adından imtina edə bilər. Grenzsoldat 16:28, 17 fevral 2024 (UTC)
- Lehinə: Səbəblər hər kəsə bəllidir deyə tək-tək qeyd etməyə ehtiyac görmürəm. Hörmətlə, Gadirmüzakirə 16:43, 17 fevral 2024 (UTC)
- Lehinə: Eldaradonun inzibatçı kimi fəaliyyətinə nəzər salsaq tərəfli və ən çoxda hər hansısa istifadəçi ilə mübahisəli məqam olanda dərhal inzibatçı alətindən istifadə edərək blok tətbiq edir. Bu bir növ istifadəçini susdurmaq kimidir. Ümumi götürsək etdiyi blokların əksəriyyəti haqlı olaraq edilməyib. Bunlardan nümunə olaraq Sabin.K.M ilə olan müzakirəni göstərmək olar. İstifadəçini bu: (1, 2) məqalələri SNS göstərdiyi üçün istifadəçini tərəfli adlandırıb blok tədbiq edib + avtopatrul hüququnu əlindən alıb. Halbuki hüquqların alınması üçün bu səbəb deyildi. Eldaradonun səbəbsiz SNS müzakirəsini sonlandırdığına görə sifarişli məqalələr yaratması barədə mənim də şübhələrim var. Bundan başqa Gadir və məni müzakirə səhifəmizi silib arxivləşdirmədiyimiz üçün müzakirəsiz və haqsız blok etmişdi. Halbuki bununla bağlı konkret qərar yox idi. Başqa istifadəçilər də müzakirə səhifəsini sildiyini bildirdikdə məsuliyyəti üzərindən ataraq burada tək inzibati işləri görən mən deyiləm deyirdi. İnzibatçının bundan sonra da belə halları təkrarlamayacağına heç şübhə etmirəm. Digər inzibatçıda bildirdiyim kimi Azvikinin verdiyi ən doğru qərarlardan biridir. — Xeyal (müzakirə) 17:38, 17 fevral 2024 (UTC)
- Lehinə: yuxarıda yazılan bütün fikirlərə qatılıram. Tələskən, yeni qaydaları təqib etməyən, inzibatçı fəaliyyəti yetərli və tərəfsiz olmayan inzibatçıdır. - Dr.Wiki54 (müzakirə) 20:55, 18 fevral 2024 (UTC)
- Lehinə: — Rəcəb Yaxşı (müzakirə) 06:03, 19 fevral 2024 (UTC)
- Lehinə: Mənə yanlış blok qoyması səbəbindən. — NKO zi 06:58, 19 fevral 2024 (UTC) — Qeyd: İstifadəçilərdən biri və ya bir neçəsi bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür.
- Lehinə: — Texas Reznikoff (müzakirə) 20:07, 19 fevral 2024 (UTC) — Qeyd: İstifadəçilərdən biri və ya bir neçəsi bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür.
- Lehinə: Müzakirələrdə tərəfli olduğunu görmüşəm.— Bikar müzakirə 08:17, 2 mart 2024 (UTC)
- Lehinə: — Eminn (müzakirə) 05:18, 3 mart 2024 (UTC)
- Əleyhinə: Dəyərli inzibatçıdır. Fəaliyyəti zəifdir qeyd edilir, lakin qaydalarda qeyd olunan minimum tələblərdən dəfələrlə artıq fəaliyyəti var. Bunu da yoxlamaq çətin deyil.— Nuray95 (müzakirə) 09:19, 17 fevral 2024 (UTC) — Qeyd: İstifadəçilərdən biri və ya bir neçəsi bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür.
- Əleyhinə: Əziz vikipediyaçılar! Hər zaman, bir çox işi bir inzibatçıdan gözləmək olmaz. Könüllü şəkildə bir inzibatçı əlindən gəldiyi qədər az.vikiyə öz töhfələrini verir. İstər beynəlxalq tədbirlərdə iştirakı olsun, istərsə də vikipediyada fəaliyyəti uğurludur. Sanki vikipediyada son zamanlar "dönmə dolap" oyunlarının getdiyini hiss edirəm. Nəticəsinə isə təcrübəli istifadəçilər qatlanır. Uğurlar arzulayıram. Hər bir inzibatçı yetərincə əlindən artığını edib və edir. Amma bu gün bu etimadın başladılması belə bir növ sanki qruplaşma qoxusunu hiss etdirir. Hörmətlə, — A.Aida88 (müzakirə) 12:16, 17 fevral 2024 (UTC)
- Əleyhinə: İdarəçi kimi məncə önəmlidir. İnzibatçı statusunun alınması üçün önəmli bir səbəb görmürəm— namikilisu 12:27, 17 fevral 2024 (UTC) — Qeyd: İstifadəçilərdən biri və ya bir neçəsi bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür.
Əleyhinə: Az öncə digər inzibatçıya səsləndirdiyim fikirlərin tam əksini yazmaq istərdim. Dediyim kimi aktiv olduğum zamanlarda şəxsə dəfələrlə vikipediya haqqında suallarıma çox geniş və səbrlə cavab verib və əlindən gələn köməyi etməyə çalışıb. Məncə, ədalətli inzibatçıdır və azvikiyə olan töhfələri az deyil. Zənnimcə, qalmalıdır! — Sura Türksoy (müzakirə) 18:06, 17 fevral 2024 (UTC)(səsvermə hüququ yoxdur. Yoxladı: Gadir) — Qeyd: İstifadəçilərdən biri və ya bir neçəsi bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür.
- Əleyhinə: etimad göstərirəm. Atakhanli (müzakirə) 14:12, 17 fevral 2024 (UTC)
- Əleyhinə: İnzibatçı kimi minumum şərtləri ödəyir. — Baskervill ☼ - De Gəlsin ! 14:29, 17 fevral 2024 (UTC)
- Əleyhinə: Azvikipediya üçün lazımlı inzibatçıdır --☞QRAF☜ (✉ → ♕) 19:42, 17 fevral 2024 (UTC)— Qeyd: İstifadəçilərdən biri və ya bir neçəsi bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür.
Əleyhinə: Vikipediyaya töhfələri çox olub. Hər zaman yeni vikiçilərə dəstəyini də görmüşəm. Düşərgələrdə hər mənada aktiv olub. Düşünürəm şəxsi işləri ilə bağlı son vaxtlar fəal deyil( Shafa Movsumov(səsvermə hüququ yoxdur. Yoxladı: Turkmen) — Qeyd: İstifadəçilərdən biri və ya bir neçəsi bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür.
- Əleyhinə: nə inzibatçı, nə də bürokrat kimi fəaliyyətində çatışmazlıq görmürəm. Mübahisəli məsələlərin iştirakında ən aktiv qərar verən inzibatçılardan biri olduğu üçün, düşünürəm ki, fəaliyyətindən narazı qalanların olması normaldır. Amma verdiyi qərarlarda da ciddi qanun pozuntularına rast gəlməmişəm.— Sortilegus (müzakirə) 06:24, 18 fevral 2024 (UTC)
- Əleyhinə: Etimad səsverməsindəki fikrimə əsasən.— Nicat49 ⋠müzakirə⋡ 01:42, 19 fevral 2024 (UTC)
Əleyhinə: Eldaroda ölkədə vikipediyanın inkişafında xidmətləri olan inzibatçılardandır. Onun fəaliyyətindən çox razıyam— Cavadxan1804 (müzakirə) 05:31, 19 fevral 2024 (UTC)(səsvermə hüququ yoxdur. Yoxladı: Turkmen) — Qeyd: İstifadəçilərdən biri və ya bir neçəsi bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür.
- Əleyhinə: Həm onlayn, həm də oflayn fəaliyyətlərində daim Vikipediyanın inkişafı üçün çalışan istifadəçi kimi tanımışam və əgər az-vikidə kənardan anlaşılmaz kimi görünən hansısa hərəkətləri olubsa da, bunu əksər hallarda icmaya və az-vikiyə daha çox zərər vurulmasının qarşısını almaq üçün etdiyini bilirəm. Bəzən verdiyi və ya vermədiyi qərarların bəzi istifadəçilərin narazılığına səbəb olduğunu şərhlərdən aydın görmək olur, amma hesab edirəm ki, az-viki çox da böyük olmayan bir icmadır, bizdə mövcud olan əksər problemləri həll etmək çox da böyük əziyyət tələb etmir və bunun üçün səsvermələri gözləməyə ehtiyac yoxdur. Düşünürəm ki, inzibatçı kimi fəaliyyəti qənaətbəxşdir və digər vikilərdə aktiv fəaliyyəti olmayan istifadəçilər orada inzibatçıların bəzən nə cür ağlasığmaz qərarlar qəbul etdiklərinin şahidi olmayıblar. Amma ümid edirəm ki, bu səsvermənin başlanması ilə bağlı bildirilən iradları öz gələcək inzibatçı fəaliyyətində nəzərə alacaq.--Wertuose (müzakirə) 11:31, 19 fevral 2024 (UTC)
Əleyhinə: Eldarado bəy AzVikinin aktif inzibatçılarındadır. Düşünürəm ki, belə bir ayrılıq azviki üçün müsbət olmaz. — Khidirzada (müzakirə) 19:52, 20 fevral 2024 (UTC)(səsvermə hüququ yoxdur. Yoxladı: Eldarado) — Qeyd: İstifadəçilərdən biri və ya bir neçəsi bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür.
- Əleyhinə: --Babək Akifoğlu (müzakirə) 18:12, 27 fevral 2024 (UTC)
- Bitərəf: Eldarado yaxşı istifadəçidir, amma son 2 il ərzində bəzi haqlı olmayan qərarlarına şahidlik etmişəm. Xüsusilə, Gadiri 1 il əvvəl etdiyi redaktəyə görə bloklamaq mənə görə heç doğru olmayan addım idi. Bundan əlavə, Baskervillin haqlı olmadığı müzakirələrində bu barədə fikir bildirməməsi mənə görə problemli haldır.— Şiroi Akuma 15:29, 18 fevral 2024 (UTC)
- Bitərəf: Fortius-94 (Müzakirə) 06:55, 22 fevral 2024 (UTC)
Şərhlər
Samral açıq şəkildə hiss olunur ki, inzibatçıların statuslarının alınmasında çox maraqlısınız. Statusunun alınmasına lehinə səs olan da heç nə etmirsiz, əleyhinə səs olan kimi isə gəlib səs ovu şablonu əlavə edirsiz. Azvikidə illərlə fəaliyyəti olan şəxslərə qarşı belə bunu etməyə çəkinmirsiz. Maraqlıdır ki, 5 ildən sonra 6 redaktə ilə peyda olan istifadəçilərə qarşı niyə bunu etmirdiz ? Hiss edirəm ki, sizə çox pis təsir həmin əleyhinə səslər. — Baskervill ☼ - De Gəlsin ! 22:28, 17 fevral 2024 (UTC)
- @Baskervill, 1 istifadəçi 3 ildə cəmi cəmi 2 səsvermədə iştirak edibsə, son 3-5 ayda nə bir SNS-də, nə bir BNS-də, ümumiyyətlə heç bir səsvermədə nəinki fəal iştirak etmək, ümumiyyətlə iştirak etməyibsə, etimad sorğusundan da heç xəbəri olmayıbsa (iştirak etməyib orda da nə rəylə, nə səslə), birdən birə gəlib bu səsvermədə peyda olubsa, bu səs ovçuluğu və dəvət deyilsə, bəs nədir? Lehinə səslərdə də dediyim hal varsa, buyurun siz də "səs ovu" şablonu yerləşdirin. Mən əlbəttə ki, passiv, nalayiq (layiq olmayan yəni), ədalətsiz və s. inzibatçı kriteriyaları daşımayanların bu addan məhrum edilməsinin tərəfdarıyam. Mən yoxe hər halda səslərdən görürsüz ki, əksəriyyət bu fikirdədir. İndi də hər halda həmişə etdiyiniz ən asan şeyi edib bu boyda icmanı qruplaşma olmaqda ittiham etməyəcəksiz də hər halda))). Nəysə. Siz bəs noldu deyirdiz, kim sübut etsə ki, onun şəxsi məlumatlarını açıqlamışam könüllü imtina edəcəm. Nə bilim imtina etməsəm filanam, filankəsəm? Aşağıda sizin etimad səsvermənizin şərhlər bölməsinin sonuncu şərhində linkini yerləşdirdim. Səsiniz çıxmadı. Heç cavab yazmadız. Sərf etmədi? Könüllü imtinadansa digər variantı seçdiz? samral müzakirə 22:40, 17 fevral 2024 (UTC)
- Salam @Samral maraqlıdır sadaladığın o göstəricilərdə mənə aid olan hansıdır? mənim fikrimə də səs ovu əlavə etmisən. Əsaslı səbəb gətirsən əla olar -- ☞QRAF☜ (✉ → ♕) 08:07, 19 fevral 2024 (UTC)
- @Qraf, sən də bilirsən səni bu səsverməyə kim dəvət edib, kim məlumatlandırıb, mən də, əksər aktiv istifadəçilər də bilir. "Səs ovu" şablonunu da əsaslandıracam. 1-2 gün səbr elə. samral müzakirə 12:44, 21 fevral 2024 (UTC)
- @Samral 😅 Buyur dəyərli istifadəçi böyük səbirsizliklə əsaslandırmağını gözləyirəm -- ☞QRAF☜ (✉ → ♕) 15:48, 21 fevral 2024 (UTC)
- @Qraf, sən də bilirsən səni bu səsverməyə kim dəvət edib, kim məlumatlandırıb, mən də, əksər aktiv istifadəçilər də bilir. "Səs ovu" şablonunu da əsaslandıracam. 1-2 gün səbr elə. samral müzakirə 12:44, 21 fevral 2024 (UTC)
- Salam @Samral maraqlıdır sadaladığın o göstəricilərdə mənə aid olan hansıdır? mənim fikrimə də səs ovu əlavə etmisən. Əsaslı səbəb gətirsən əla olar -- ☞QRAF☜ (✉ → ♕) 08:07, 19 fevral 2024 (UTC)
Şərh: Burada verdiyim səs mənə aiddir. Heç bir təsir altında verilməmişdir. Səsverməyə görə heç bir dəvət almamışam. Verdiyim səs üçün izahım hər kəsin yoxlaya biləcəyi səviyyədədir. Zatən bundan əvvəlki müzakirə səhifəsində də iştirak etmişəm. — NKO zi 05:17, 21 fevral 2024 (UTC)
- Salam Eminn, mövqeyinizi sorğulamaq kimi fikrim yoxdur. Sadəcə çox çox maraqlı gəldiyi üçün soruşuram. Bir neçə gün öncə burada fəaliyyətimdə heç bir nöqsanın olmadığını deyib əleyhinə səs vermişdiniz. İndi isə lehinə. Səbəbini də qeyd etsəniz fəaliyyətimdə qeyd olunan iradlara uyğun olaraq düzəlişlər edərdim. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:42, 3 mart 2024 (UTC)
Yekunlaşdırma
- Səs verənlər — 34
- Etibarsız səs sayı — 4
- Etibarlı səs sayı — 30
- Lehinə — 18
- Əleyhinə — 10
- Bitərəf — 2
Yekun nəticə:
- Səsvermənin nəticələri Vikipediya:İnzibatçıların və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq Eldarado (müzakirə • töhfələr • statistikalar)-dan latın əlifbalı Azərbaycan dilində olan vikipediyanın inzibatçısı statusunun alınmasından imtina edilmişdir.— Turkmen müzakirə 07:40, 3 mart 2024 (UTC)
Sortilegus (müzakirə • töhfələr • statistikalar)-dan inzibatçı və bürokrat statusunun alınması ilə bağlı səsvermə
Səsvermə 17 fevral – 3 mart 2024-cü il tarixləri arasında keçirilir (Ümumdünya vaxtı ilə 3 mart 2024-cü il saat 19:59-da səsvermə dayandırılır)
- Lehinə: Vikipediyada nə heç kim "dembil" deyil, nə də kimsə "maladoy". Bura əsgərlik heç deyil.— samral müzakirə 19:59, 17 fevral 2024 (UTC)
- Lehinə: digər səhifədəki qeydlərimə əsasən. Hörmətlə, Gadirmüzakirə 20:05, 17 fevral 2024 (UTC)
- Lehinə: alınacağını düşünmürəm, əslində o tərəfdə marağım da yoxdur. Şəxsi və irqçi xarakter daşıyan hücumuna görədir mövqeyim. Barışılmaz bir hərəkətdir və hələ də qəbul etməməkdə israrlıdır. --► Hörmətlə: SolaVirum 22:07, 17 fevral 2024 (UTC)
- Lehinə: fikrimi Etimad səsverməsində qeyd etmişəm — Tarixi Nadir (müzakirə) 04:44, 18 fevral 2024 (UTC)
- Lehinə: fikrimi Etimad səsverməsində ifadə etmişəm. İnzibatçının inzibatçı fəaliyyəti və ritorikası qənaətbəxş deyil. 16 illik inzibatçılıq üçün təşəkkür. - Dr.Wiki54 (müzakirə) 21:00, 18 fevral 2024 (UTC)
- Lehinə: — Xeyal (müzakirə) 17:09, 19 fevral 2024 (UTC)
- Lehinə: — Texas Reznikoff (müzakirə) 20:49, 19 fevral 2024 (UTC) — Qeyd: İstifadəçilərdən biri və ya bir neçəsi bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür.
- Lehinə: inanmıram ki gedə. istifadəçi nə bürokrat, nə də inzibatçı kimi heç bir müzakirədə demək olar ki iştirak etmir. müxtəlif məsələlərdə öz mövqeyin ortaya qoymur. bununla belə, dəfələrlə istifadəçilərə qarşı şəxsi hücumu, onları alçaltması, xoş olmayan ifadələr işlətməsi nə ilkdir, nə də belə baxıram son olacaq. kolların, yarpaqların adların dəyişdirir deyə, bir də lazımlı şablon, kateqoriya, istifadə oluna-oluna müxtəlif səhifələri silir deyə inzibatçı alətindən istifadəsi çoxdur amma. açığı çox vaxt da nə etdiyin başa düşmürəm. bir səhifəyə 20-30 yönləndirmə verir, sonra bir də baxırsan hamısın silib. sonra nələrsə yaradır, silir, bərpa edir. belə də yəni. istifadəçi ilə qərəzliyim yoxdur. dediyim kimi, gedəcəyin də düşünmürəm. ümid edirəm heç olmaya nəzərə alıb müsbətə dəyişiklik görərik. uğurlar. Atakhanli (müzakirə) 13:55, 1 mart 2024 (UTC)
- Lehinə: Sortilegus onsuz inzibatçı və bürokrat kimi qalacaq, amma bəzi fikirlərimi bildirmək istəyirəm. İcmadan Baskervillə göstərdiyi həssaslığı burada da göstərməsini gözləyirdim. Baskervillə tutulan iradların əksəriyyəti Sortilegusda da vardı. Hətta bəzi hallarda daha qatısı. Bu hallar Baskervill-in etimad səsverməsində lehinə olacaq qədər ciddi səbəb idisə, Sortilugusun səsverməsində eyni hallara göz yumulması, yenə də güzəştə gedilməsi üst-üstə düşmür təəssüfki. Əgər güzəştə gedilə bilinməsi mümkün idisə, deməli Baskervill üçün də bu keçərli ola bilərdi. Demək istədiyim odur ki, icma eyni münasibəti göstərmədi. Baskervill ən azından vikipediya sevdalısı və inzibatçı kimi aktiv işlər görən biri idi. Sortilegusun inzibatçı alətindən istifadə sayını necə topladığını da hamımız yaxşı bilirik. Həmçinin Sortilugus vikidəki çox müzakirədən uzaq durur, bəzən ortaya çıxan bir neçə xüsusi əhəmiyyətli situasiya (misal bu etimad səsvermələri) xaricində demək olar heç bir mühim məsələdə, müzakirədə nə inzibatçı, nə də bürokrat kimi ortaya mövqe qoymur və bəlkə də bu, icmada formalaşdırmaq istədiyi (və ya artıq formalaşdırdığı) müəyyən imicdən qaynaqlanır. Mövqe sərgilədiyi, fikir bildirdiyi "təsadüfi" müzakirələrdə də iştirakının təsadüf olduğunu düşünmürəm, fəaliyyətinin neytral olduğuna dair ciddi şübhələrim var. Bir müddət öncə öz şəxsi mənafeyi, maraqları üçün fəaliyyət göstərdiyinə aid də əsaslı şübhələrim vardı. Nəysə... İcma mənim üçün çox dəyərlidir, amma bu dəfə bu iradlardan sonra Sortilegusdan daha çox bu səsvermədə əleyhinə olanlar bu mövzularda daha çox düşünməlidir. — Sura Shukurlu (müzakirə) 20:24, 1 mart 2024 (UTC)
- Əleyhinə: Sortilegusun fəaliyyəti Vikipediya üçün dəyərlidir. Mövqelər fərqlidir, hamı eyni cür işləmir. Onun da fəaliyyəti kimdəsə narazılıq doğura bilər. Bu, təbii haldır. Amma mən statusunun itirməsinin faydalı olacağını düşünmürəm.— Eminn (müzakirə) 19:59, 17 fevral 2024 (UTC)
- Əleyhinə: Daha öncəki səsvermədə də qeyd etdiyim kimi etimad edilməsinin doğru qərar olduğunu düşünürəm. Çox fəal və təcrübəli inzibatçılarımızdandır. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 20:05, 17 fevral 2024 (UTC)
Əleyhinə: Təcrübəlidir. Bilikləri yeni vikiçilər üçün hər zaman paylaşır.Dəstək verməyə hazırdır. Azviki üçün böyük töhfələri vardır— Shafa Movsumov(səsvermə hüququ yoxdur. Yoxladı: Turkmen) — Qeyd: İstifadəçilərdən biri və ya bir neçəsi bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür.
- Əleyhinə: Sortilegusun statusunun alınması Azviki üçün müsbət heç nə vəd etmir. Daimi olaraq aktiv fəaliyyətini davam etdirir. Yuxarıda dembil kimi düzgün olmayan ifadələr işlədilib. Sortilegusun nə zamansa dembillik etdiyini görən olub ? Məqsəd sanki onu məqsədli şəkildə gözdən salmaqdır. — Baskervill ☼ - De Gəlsin ! 22:23, 17 fevral 2024 (UTC)
- Əleyhinə: — Nuray95 (müzakirə) 23:15, 17 fevral 2024 (UTC)— Qeyd: İstifadəçilərdən biri və ya bir neçəsi bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür.
- Əleyhinə: inzibatçının fəaliyyətində problem görmürəm. Moses :) 23:38, 17 fevral 2024 (UTC)
- Əleyhinə: demək olar ki, hər gün vikipediyadadır, mütəmadi olaraq vikipediyaya töhvələrini verir və inzibatçı alətlərindən istifadə edir. — Araz Yaquboglu (müzakirə) 04:49, 18 fevral 2024 (UTC)
- Əleyhinə: Vikipediyada aktivdir, təcrübəli istifadəçidir. SNS-də yalnız məlumatlı olduğu mövzularda fikir bildirməsini təqdir edirəm. İnzibatçı alətlərindən də mütəmadi istifadə edir. Tək narazılığım etimadla bağlı təklif səsverməyə çıxarılarkən hadisəni məncə bir qədər dramatikləşdirməsi oldu. Bunu da anlayışla qarşılayıram, çünki inzibatçının da müəyyən mənada immuniteti olmalıdır. Yaxın gələcəkdə yəqin ki bununla bağlı qaydalara dəyişiklik olar. — Firuza (müzakirə) 08:02, 18 fevral 2024 (UTC)
- Əleyhinə: Belə bir inzibatçıdan hansı əsasla inzibatçılıq alına bilər ki? Və nəyə əsasən bunun lehinə səs vermək olar? Düşünürəm ki, fəaliyyəti yetərincə qənaətbəxşdir.— namikilisu 09:25, 18 fevral 2024 (UTC) — Qeyd: İstifadəçilərdən biri və ya bir neçəsi bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür.
- Əleyhinə: Sortilegusla bağlı ən böyük narazıçılıq həmişə kateqoriyaları və şablonları müzakirəsiz silməsi olub, amma bunla bağlı edilən etirazlardan sonra bu halları dayandırıb. Ara-sıra bəzi lazımlı şablonların sildiyinə şahidlik etdiyim olur, ümid edirəm ki, bu halların da qarşısını alar. Ətrafımda bir çox istifadəçinin etirazı bununla bağlı olur ki, Sortilegus arada lazımlı şablonları silir. İkincisi də, Solavirumun yuxarıda bildirdiyi məsələ təbii ki, xoş hal deyil. Qarabağ müharibəsi ilə bağlı ən aktiv məqalə işləyən istifadəçilərdən birini "düşmən" adlandırmaq heç bir məntiqə sığmır. Amma sırf bir dənə bu məsələyə görə inzibatçı statusunu almağı təklif etmək mənə doğru gəlmir. Belə hallarda bloklama funksiyası tətbiq oluna bilər.— Şiroi Akuma 15:40, 18 fevral 2024 (UTC)
- Əleyhinə: Fortius-94 (Müzakirə) 18:19, 18 fevral 2024 (UTC) — Qeyd: İstifadəçilərdən biri və ya bir neçəsi bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür.
- Əleyhinə: Etimad səsverməsindəki fikrimə əsasən.— Nicat49 ⋠müzakirə⋡ 01:44, 19 fevral 2024 (UTC)
- Əleyhinə: Firuzanın dediklərinə qatılıram. — NKO zi 06:36, 19 fevral 2024 (UTC) — Qeyd: İstifadəçilərdən biri və ya bir neçəsi bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür.
- Əleyhinə: Fəaliyyəti ilə fərqlənən inzibatçıdır -- ☞QRAF☜ (✉ → ♕) 08:11, 19 fevral 2024 (UTC)
- Əleyhinə: Az-vikinin tarixində dərin izi olan istifadəçi və inzibatçıdır və hesab edirəm ki, gələcəkdə də həm istifadəçi, həm də inzibatçı kimi böyük töhfələr verəcəkdir. Bu səsvermənin başlanması ilə bağlı bildirilən rəyləri də öz fəaliyyətində nəzərə alacağına inanıram.--Wertuose (müzakirə) 11:12, 19 fevral 2024 (UTC)
Əleyhinə: Sortilegus bəyin namizəd edilməsi qərəzin və bi tərəf inzibatçılara qarşı hərəkatın sübutudur. Bəy AzVikinin ən aktif istufadəçilərindədir və qərəzsiz olması ilə etibar qazanmışdır. İnzibatçılıqdan getməsi AzVikinin gələcəyini təhlükəyə atır. — Khidirzada (müzakirə) 20:08, 20 fevral 2024 (UTC)(səsvermə hüququ yoxdur. Yoxladı: Eldarado) — Qeyd: İstifadəçilərdən biri və ya bir neçəsi bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür.
- Əleyhinə: Çox təcrübəli istfadəçidir. Getməsi az.viki üçün heç xoş olmaz. Uğurlar. Ümid edirəm qeyd edilənləri nəzərə alacaq — A.Aida88 (müzakirə) 13:24, 21 fevral 2024 (UTC)
- Əleyhinə: --Babək Akifoğlu (müzakirə) 18:08, 27 fevral 2024 (UTC)
- Əleyhinə: Etimad səsverməsinin başlanması ilə bağlı müzakirədə fikrimi bildirmişdim, bir daha təkrar edirəm. İstifadəçinin inzibatçı kimi görüləcək işləri var. Səsvermədən qabaq da məqalələrin normal vəziyyətə gətirilməsi ilə məşğul olurdu. Təcrübəli olduğuna görə və inzibatçı alətlərindən öz mənafeyinə görə istifadə etmədiyi üçün (mübahisə etdiyi istifadəçini bloklamaq) inzibatçı qalmağında problem görmürəm. Bürokrat kimi fəaliyyətində problem olduğunu mən də qəbul edirəm. Bürokratlıqdan inzibatçılığa endirilmə ilə bağlı səsvermə olsaydı lehinə səs verərdim. Solavirum ilə aralarında qarşılıqlı blok tətbiq etmək olar. Amma istifadəçi özü həmin müzakirələrdən uzaq qaçır. İnzibatçı alətlərindən istifadə edərək məqalələrə düzəliş edən birindən hüququn alınması yalnız "палки в колеса" olar. — Bikar müzakirə 08:33, 2 mart 2024 (UTC)
Şərhlər
Mənim səs ovçuluğumdan narahat olmağınıza,narahat oluram )) — Shafa Movsumov (müzakirə) 09:17, 21 fevral 2024 (UTC)
- @Shafa Movsumov, müəllim, bəyəm 1-ci dəfədir ki, sizi hansısa səsverməyə dəvət edirlər? ))) samral müzakirə 15:16, 22 fevral 2024 (UTC)
- Həm "lehinə", həm "əleyhinə" səs verənlər arasında səs ovçuluğu şübhəsi doğuran bütün istifadəçilər içində sözün düzü tək bircə Namikilisu ilə sosial şəbəkələr vasitəsilə əlaqə saxlayıram. Yaxın vaxtlarda da yazışmamız olub, amma bu müzakirələr başlamazdan əvvəl və tamam başqa məsələyə görə. Digər istifadəçilərlə nəinki sosial şəbəkələrdə, heç deyəsən, azvikidə belə doğru-dürüst ünsiyyətimiz olmayıb və tanışlığımız yoxdur.— Sortilegus (müzakirə) 00:09, 23 fevral 2024 (UTC)
- @Sortilegus, qətiyyən sizin kimisə bu və ya başqa bir səsverməyə dəvət etdiyinizi iddia etməmişəm. Çünki illərdir sizi tanıyıram. Əksəriyyət bilir bu işlərin ənənəvi təşəbbüskarı kimdir. Zatən sizin səsverməyə dəvətə də ehtiyac yoxdur. samral müzakirə 03:12, 23 fevral 2024 (UTC)
- @Samral ,maraqlıdır necə qərara gəldiniz ki,səsvermədə iştirakım səs ovçuluğudur ? Fortius-94 (Müzakirə) 06:16, 23 fevral 2024 (UTC)
- @Fortius-94, son 1 ayda KM, SNS, İM, VP:S, BNS başda olmaqla neçə müzakirə və ya səsvermədə rəy bildirib və ya səs vermisiz? samral müzakirə 17:02, 23 fevral 2024 (UTC)
- @Samral, demək olar heç readaktəm də olmayıb. Fəaliyyətlərimə baxanda görmək olur səsvermələrdə iştirakım, redaktəm və s. Bunu yenidən sual kimi vermək əhəmiyyətsizdir. etməsəm belə həftəlik olaraq, vikipediyanı izləyirəm. Bu səsvermə vikipediya üçün əhəmiyyətli olduğu üçün səs vermişəm. Şübhə edib o şablonu yerləşdirəndə digər səs verdiyim yerə də yerləşdirmək lazımdır. Yalnız sizin fikrinizlə ziddiyyət təşkil edən səsvermələrə yox. Fortius-94 (Müzakirə) 04:17, 24 fevral 2024 (UTC)
- @Fortius-94, diqqətimdən yayınıb hansınasa yerləşdirməmişəmsə ora da siz özünüz yerləşdirə bilərsiniz. samral müzakirə 04:19, 24 fevral 2024 (UTC)
- @ Zəhmət olmasa, növbəti dəfə daha diqqətli olun. Məndə şübhə yaratmır səsvermədə iştirakım.Şübhə yaradırsa, özünüz yerləşdirərsiniz. Fortius-94 (Müzakirə) 04:23, 24 fevral 2024 (UTC)
- @Sortilegus, @Atakhanlinın iradları çox mühümdür. Bütün sözləri də düzdür. Mən də, hamı da sizin illərdir bu cür destruktiv fəaliyyətinizi izləyirik. samral müzakirə 19:12, 1 mart 2024 (UTC)
- Atakhanlinın dediyi şablon, kateqoriya və s. ilə bağlı mən də həmin fikirdəyəm. Boş kateqoriyadır və ya istifadəsiz şablondur deyə onları silmək doğru deyil. Bəzən baxmaq lazım gəlir ki, bu kateqoriya niyə boşalıb. Bəlkə elə hansısa bir dəyişiklikdən qaynaqlanır. Onu tapıb düzəltmək daha doğru yoldur. Açığı deyim ki, inzibatçılardan ən çox bərpa etmə məndədir, niyə? Həmkarımız Sortilegus boşdur deyə sildiyi kateqoriyalara görə. Çünki yeni kateqoriyalar yaradıldıqca silinənlərə ehtiyac olur və işimiz bir az artır, beləki onları bərpa etməliyik. İnanıram ki, Sortilegus bunları nəzərə alacaq. — Araz Yaquboglu (müzakirə) 04:58, 2 mart 2024 (UTC)
- @Sortilegus, @Atakhanlinın iradları çox mühümdür. Bütün sözləri də düzdür. Mən də, hamı da sizin illərdir bu cür destruktiv fəaliyyətinizi izləyirik. samral müzakirə 19:12, 1 mart 2024 (UTC)
- @Samral, demək olar heç readaktəm də olmayıb. Fəaliyyətlərimə baxanda görmək olur səsvermələrdə iştirakım, redaktəm və s. Bunu yenidən sual kimi vermək əhəmiyyətsizdir. etməsəm belə həftəlik olaraq, vikipediyanı izləyirəm. Bu səsvermə vikipediya üçün əhəmiyyətli olduğu üçün səs vermişəm. Şübhə edib o şablonu yerləşdirəndə digər səs verdiyim yerə də yerləşdirmək lazımdır. Yalnız sizin fikrinizlə ziddiyyət təşkil edən səsvermələrə yox. Fortius-94 (Müzakirə) 04:17, 24 fevral 2024 (UTC)
- @Fortius-94, son 1 ayda KM, SNS, İM, VP:S, BNS başda olmaqla neçə müzakirə və ya səsvermədə rəy bildirib və ya səs vermisiz? samral müzakirə 17:02, 23 fevral 2024 (UTC)
- @Samral ,maraqlıdır necə qərara gəldiniz ki,səsvermədə iştirakım səs ovçuluğudur ? Fortius-94 (Müzakirə) 06:16, 23 fevral 2024 (UTC)
- @Sortilegus, qətiyyən sizin kimisə bu və ya başqa bir səsverməyə dəvət etdiyinizi iddia etməmişəm. Çünki illərdir sizi tanıyıram. Əksəriyyət bilir bu işlərin ənənəvi təşəbbüskarı kimdir. Zatən sizin səsverməyə dəvətə də ehtiyac yoxdur. samral müzakirə 03:12, 23 fevral 2024 (UTC)
- Həm "lehinə", həm "əleyhinə" səs verənlər arasında səs ovçuluğu şübhəsi doğuran bütün istifadəçilər içində sözün düzü tək bircə Namikilisu ilə sosial şəbəkələr vasitəsilə əlaqə saxlayıram. Yaxın vaxtlarda da yazışmamız olub, amma bu müzakirələr başlamazdan əvvəl və tamam başqa məsələyə görə. Digər istifadəçilərlə nəinki sosial şəbəkələrdə, heç deyəsən, azvikidə belə doğru-dürüst ünsiyyətimiz olmayıb və tanışlığımız yoxdur.— Sortilegus (müzakirə) 00:09, 23 fevral 2024 (UTC)
- Mən də yuxarıda sual ünvanlamışam və cavab həqiqətən də maraqlıdır. Turkmen müzakirə 10:06, 2 mart 2024 (UTC)
- Atakhanli, Samral, Turkmen, Araz Yaquboglu - əsas etirazın mənim istifadəsiz şablon və istifadəsiz kateqoriyaları silməyimlə bağlı olduğunu görürəm. Bu istifadəsiz şablon və istifadəsiz kateqoriyaların silinməsi normal bir şeydir. Bu tək mənim yox, bütün inzibatçıların görməli olduğu bir fəaliyyətdir. Əslində, texniki təmizlik işidir. Texniki səhifələr içində 3 bölümdə bu cür silmə əməliyyatı həyata keçirilməlidir: → 1. İstifadəsiz fayllar, → 2. İstifadəsiz kateqoriyalar və → 3. İstifadəsiz şablonlar. Əslində, bu, silinən istifadəsiz şablonların, kateqoriyaların, faylların nə vaxtsa bərpa olunmayacağı anlamına gəlmir. Bəlkə hansılarsa bərpa olunacaq, gələcəkdə onlardan istifadə olunacaq. Sadəcə onlar silinməsə o bölümlərdə minlərlə, 10 minlərlə gərəkli-gərəksiz fayl, şablon, kateqoriya toplanar. Məsələn, Araz Yaquboglu, əsasən sizin silmə əməliyyatlarınız sayəsində bu gün → İstifadəsiz fayllar bölməsi demək olar ki, həftəlik sıfırlanır, orada 1 dənə də olsun istifadəsiz fayl qalmır. Bu heç kimdə etiraz doğurmur. Onda mən də sizə deyə bilərəm ki, niyə silirsiniz o faylları? Bəlkə nə vaxtsa onlar istifadə olunacaq? Amma əgər nə vaxtsa 50 fayldan 5-i istifadə olunacaqsa, bu o demək deyil ki, silinməsi gərəkən 45 faylı da azvikidə saxlayaq, silməyək. Elə olsaydı indi o bölmədə 50 000 fayl olardı. Gələcəkdə 5-i bərpa olunacaqsa, olunsun, heç kim ona etiraz etməz, əgər lazımi lisenziyaları varsa. Eyni şeyi də kateqoriyalar və şablonlar haqqında demək olar. Məsələn, bu gün → İstifadəsiz kateqoriyalar bölməsində 642 kateqoriya, → İstifadəsiz şablonlar bölməsində isə 470 şablon var. Əgər bu gün azvikidə içinə əlavə olunacaq məqalə yoxdursa, o kateqoriya silinməlidir, əgər bu gün azvkidə hansısa səhifəyə əlavə edilə bilmirsə, o şablon silinməlidir. Yoxsa, elə istifadəçi olar ki, 10 000 istifadəsiz şablon və kateqoriya yaradar və deyər ki, qalsın hamısı, gələcəkdə bunlar lazım ola bilər. İstifadəsiz kateqoriya və şablonların silinməsi kimi texniki əməliyyatın bəzi təcrübəli istifadəçilər tərəfindən bu cür anlaşılmayacağını heç düşünməzdim. Yəni siz o 642 kateqoriyanın və 470 şablonun silinməsini istəmirsinizsə - 1 məqalə yarada və ya tapa, ona həmin 642 kateqoriyadan və ya həmin 470 şablondan 1-ni əlavə edə və beləcə onları silinmədən qurtara bilərsiniz. Şəxsən mən elə ucdantutma silmirəm kateqoriya və şablonları, onların əlavə oluna biləcəkləri məqalə varsa əlavə edirəm. Problemin həlli bu qədər sadədir. Heç son 1-2 ildə də səhv etmirəmsə maraqlanmıram həmin istifadəsiz şablon və kateqoriyalarla. Ona görə gəlib sayları 642-yə və 470-ə çatıb :) — Sortilegus (müzakirə) 13:07, 2 mart 2024 (UTC)
- @Sortilegus mənim sualım başqadır. Yuxarıda Baskervill-in səsverməsinin şərh bölməsində adınızı qeyd etmişəm. Buradan da cavab verərsiz problem yoxdur. Sadəcə cavabınız maraqlıdır. Turkmen müzakirə 13:12, 2 mart 2024 (UTC)
- @Turkmen, "görünən kəndə nə bələdçi?". Son illərdə həmişə tərəfini saxlayıb. Bir bürokrat kimi onun mənim şəxsi məlumatlarımı manipulyativ şəkildə açıqlamasına, Fondun xəbərdarlığına filan hər şeyə göz yumub. Çünki özlərini sanki hansısa xəyali bir qruplaşma tərəfindən təklənmiş hiss ediblər güya. Bu səsvermələrə bax. Etimad səsverməsi keçirilən bütün inzibatçılar bir-birinə dəstək olub. Hər halda biz buna Ziqmund Freydin dili ilə "kollektiv şüursuzluq" deyə bilmərik axı. Hamısının məqsədi, niyyəti bəllidir və aşkardır. samral müzakirə 13:28, 2 mart 2024 (UTC)
- Turkmen Baskervill inzibatçı statusundan imtina etdiyi üçün sualınıza burada cavab yazıram. O müzakirələr yenidir və mən sadəcə buna görə fikir bildirməmişəm. Dünən səhər vikiyə girmişəm, ondan sonrakı müzakirələrdən xəbərim olmayıb. Əslində o məsələnin mənim statusumun müzakirəsinə də heç bir aidiyyəti yoxdu, amma bürokrat kimi fikrimi soruşduğunuz üçün yazıram. Zohrab javad deyir ki, ona səsvermə haqqında məlumat verilib və o bundan sonra gəlib səsvermədə iştirak edib. Bu səs ovçuluğudur və istifadəçi özü etiraf etdiyi üçün onun səsi sayılmamalı idi. Hətta istifadəçiyə blok da tətbiq edilə bilərdi. Onu dəvət edənin kim olduğu bilinmədiyi üçün o istifadəçiyə blok tətbiq edə bilmərik, adı açıqlansaydı o da bloklanmalı və səsi varsa, ləğv olunmalıydı. Buracan məsələnin Baskervill-ə dəxli yoxdur. Baskervill o istifadəçidən hansısa sosial şəbəkədə niyə belə səs verdiyinin səbəbini soruşubsa burada da problem yoxdur. Zohrab javad da əvvəlcə heç iddia etmirdi ki, Baskervill ona səsini dəyişməsi üçün təzyiq edib. Yazırdı ki, bir asılılığı olmadığı üçün ona təzyiq də göstərilə bilməz. Yox əgər Baskervill o istifadəçiyə səsini dəyişməyi təklif edibsə - bu artıq səs ovçuluğudur. İstifadəçi bunu iddia etsə, bununla bağlı inzibatçılara şikayət yazsa, inzibatçılar Baskervill-in müəyyən müddətə bloklanmasını müzakirəyə çıxara bilər.— Sortilegus (müzakirə) 14:39, 2 mart 2024 (UTC)
- @Turkmen, "görünən kəndə nə bələdçi?". Son illərdə həmişə tərəfini saxlayıb. Bir bürokrat kimi onun mənim şəxsi məlumatlarımı manipulyativ şəkildə açıqlamasına, Fondun xəbərdarlığına filan hər şeyə göz yumub. Çünki özlərini sanki hansısa xəyali bir qruplaşma tərəfindən təklənmiş hiss ediblər güya. Bu səsvermələrə bax. Etimad səsverməsi keçirilən bütün inzibatçılar bir-birinə dəstək olub. Hər halda biz buna Ziqmund Freydin dili ilə "kollektiv şüursuzluq" deyə bilmərik axı. Hamısının məqsədi, niyyəti bəllidir və aşkardır. samral müzakirə 13:28, 2 mart 2024 (UTC)
- @Sortilegus, mühüm bir məsələyə cavab vermədiz. Məsələn götürürsüz neçə-neçə adda (bəzən hətta onlarla) məqalə yaradıb 1 bitki məqaləsinə istiqamətlənmə verirsiz, sonra onları silirsiz. Sonra bu prosesi başqa bitki məqaləsi üçün edirsiz. Sonra yenə. Təkrar-təkrar. Mətnsiz, məzmunsuz bitki məqalələri yaradırsız. Argentina filan, Argentina nə bilim nə, Argentina x. Niyə? Məqsəd nədir? Süni şəkildə redaktə sayı artırırsız? samral müzakirə 13:18, 2 mart 2024 (UTC)
- Samral, onun da cavabını hazırlayırdım, Atakhanli-nın iradı idi. İzahını yazıram. Azvikidə biologiyaya aid təxminən 30 000-ə yaxın məqalə var. Onların demək olar ki, hamısı Kateqoriya:Takson şablonu istifadə olunan məqalələr kateqoriyasında toplanıb. Mən biologiya məqalələrini redaktə etməyə başlayandan onların sayı demək olar ki, artmayıb. Çünki mən qarşıma o məqalələri zənginləşdirməyi məqsəd qoymuşam və orada cəmi 5-6 min məqalədə məzmun var, qalanları hamısı şablon və 1-2 cümlədən ibarətdir. Yəni mən biologiyaya aid demək olar ki, məqalə yaratmıram (redaktə edəndə arada 5-10 önəmli bitki növü ola bilər ki, onlar haqqında yarada bilərəm, sayları çox deyil). Əsas etiraz belə görürəm ki, mənim yönləmdirmələrimlə bağlıdır. Biologiya məqalələrində yönləndirmələr çox önəmlidir. Məndən əvvəl əsasən Vago yaradıb bu cür yönləndirmələri. Bəziləri yanlış olduğu üçün mən sildiyim yönləndirmələr içində əsasən onun yönləndirmələridir. Amma yaratdığım yönləndirmələr azvikidə çox sayda dublikat bitki məqalələrinin yaradılmasının qarşısının alınması üçündür. Yönləndirmələr hamısı bitki adlarının latınca sinonimləridir. Misal ilə fikrimi izah edim. Anemonoides ranunculoides adlı bitki var. Onun 4 yönləndirməsini vermişəm (4 sinonimi). Yönləndirmələrindən biri → Anemone ranunculoides (→Qaymaqçiçəyinəbənzər əsmə) sinonimidir. Bu yönləndirmə olmasa kimsə gələcəkdə götürüb azvikidə "Qaymaqçiçəyinəbənzər əsmə" məqaləsi yaradacaq və eyni bitki haqqında azvikidə 2 dublikat məqalə olacaq - 1-i bitkinin özü (Anemonoides ranunculoides) haqqında, 1-i onun sinonimi (Anemone ranunculoides) haqqında. Azvikidə yüzlərlə belə dublikat məqalə düzəltmişəm, hələ redaktə etdikcə yenə qarşıma çıxır. Amma yönləndirmə olanda bu hal mümkün deyil, çünki bitkinin latınca adı yazılmalıdır və bu ad dublikatdırsa, yəni bitkinin sinoniminin adıdırsa (bu halda → Anemone ranunculoides sinonimdir), o əsas bitki (Anemonoides ranunculoides) haqqında məqaləyə yönlənmiş olacaq. Yönləndirmələrdən (sinonimlərdən) başqa bitkilərin yayılma arealı haqqında da məlumatları məqalələrə əlavə edəcəm (sonrakı mərhələdə) və beləcə azvikidə təxminən 30 min biologiya məqaləsində ilkin məlumat (vidataya bağladığım "takson" şablonu sayəsində təsnifat məlumatları, arealı (yayılması) və sinonimləri haqqında) olacaq. Bir də qeyd edim ki, inkişaf etmiş vikilərin çoxunda bitki sinonimlərinin bu cür yönləndirmələri mövcuddur.— Sortilegus (müzakirə) 13:51, 2 mart 2024 (UTC)
- Mən əksər yönləndirmələri bir neçə dəfə digər vikilər ilə yoxlamışam, yoxdur. + Mən açığı sizin zənginləşdirdiyiniz məqalələri demək olar ki, görməmişəm. 1-2 cümləlik kopya məqalələr Vago dönəmində də var idi. Sura Shukurlu (müzakirə) 14:29, 2 mart 2024 (UTC)
- Sura Shukurlu, məncə haqsız irad bildirirsiniz. Əgər bitki haqqında məqalədə onun giriş cümləsi daha məzmunlu şəkilə gətirilirsə, sinonimlərinin adı hamısı qeyd olunursa, yarımnövləri yazılırsa, şablonu düzəldilib vikidataya bağlanırsa, bunun nəyi pisdir? Məsələn, minlərlə məqalədə olduğu kimi Astragalus pulsiferae məqaləsində bu dediyim redaktələri etmişəm. Əvvəlki versiyası ilə müqayisə edə bilərsiniz. Yayılma arealı haqqında da məlumatlar əlavə olunandan sonra məqalədə artıq ilkin texniki məlumatlar olacaq. Botaniki xarakteristikası ilə bağlı məlumatları isə artıq sahə mütəxəssisləri, məsələn, Dendrologiya İnstitutunun əməkdaşları əlavə edə bilərlər. Necə ki, təxminən 5 min məqaləyə belə əlavələr ediblər. Baxın, eyni cinsə mənsub olan Astragalus hyrcanus məqaləsində onların və mənim əlavələrimdən sonra normal məzmunlu məqalə ortaya çıxıb. Mən biologiya ilə bağlı 30 min məqalənin bu səviyyədə zənginləşməsi üçün çalışıram. Bu əslində elə 200 min məqaləsi olan azvikinin 15% məqaləsinin zənginləşməsi deməkdir. — Sortilegus (müzakirə) 15:29, 2 mart 2024 (UTC)
- Dendrologiya İnstitutu hansı məqalə üzərində işləyib? keçən dəfə də 5 min məqalə dediniz facebookda. amma sonda 2018-2019-un redaktələrin göstərdiniz sübut kimi. genişləndirmək dediyiniz də yəqin ki, sinonimlərdir. nümunələrə də baxanda dediyiniz bir-birin təkzib edir. nəysə. uğurlar. Atakhanli (müzakirə) 15:59, 2 mart 2024 (UTC)
- Atakhanli o institutun əməkdaşı həmin rəqəmi sosial şəbəkələrdən birində səsləndirmişdi. Mən təxmini dedim ki, rəqəm doğrudur. Bəlkə 5200-dür və ya 4350-dir - onun dəqiq statistikasını çıxarmaq üçün 30 000 məqaləni bir-bir təftiş etmək lazımdır. Amma xeyli məqalə var. Əsasən də 2017-2018-ci illərdə burada məqalələrə əlavələr edirdilər. Ən azı 15-20 istifadəçi adını xatırlayıram ki, bəziləri nadirən, bəziləri çox fəal şəkildə məqalələri redaktə edirdi. 2018-dən sonra əgər yenə əlavələr ediblərsə, düşünürəm ki, bunu artıq fərdi təşəbbüs şəklində ediblər.— Sortilegus (müzakirə) 16:12, 2 mart 2024 (UTC)
- Dendrologiya İnstitutu hansı məqalə üzərində işləyib? keçən dəfə də 5 min məqalə dediniz facebookda. amma sonda 2018-2019-un redaktələrin göstərdiniz sübut kimi. genişləndirmək dediyiniz də yəqin ki, sinonimlərdir. nümunələrə də baxanda dediyiniz bir-birin təkzib edir. nəysə. uğurlar. Atakhanli (müzakirə) 15:59, 2 mart 2024 (UTC)
- Sura Shukurlu, məncə haqsız irad bildirirsiniz. Əgər bitki haqqında məqalədə onun giriş cümləsi daha məzmunlu şəkilə gətirilirsə, sinonimlərinin adı hamısı qeyd olunursa, yarımnövləri yazılırsa, şablonu düzəldilib vikidataya bağlanırsa, bunun nəyi pisdir? Məsələn, minlərlə məqalədə olduğu kimi Astragalus pulsiferae məqaləsində bu dediyim redaktələri etmişəm. Əvvəlki versiyası ilə müqayisə edə bilərsiniz. Yayılma arealı haqqında da məlumatlar əlavə olunandan sonra məqalədə artıq ilkin texniki məlumatlar olacaq. Botaniki xarakteristikası ilə bağlı məlumatları isə artıq sahə mütəxəssisləri, məsələn, Dendrologiya İnstitutunun əməkdaşları əlavə edə bilərlər. Necə ki, təxminən 5 min məqaləyə belə əlavələr ediblər. Baxın, eyni cinsə mənsub olan Astragalus hyrcanus məqaləsində onların və mənim əlavələrimdən sonra normal məzmunlu məqalə ortaya çıxıb. Mən biologiya ilə bağlı 30 min məqalənin bu səviyyədə zənginləşməsi üçün çalışıram. Bu əslində elə 200 min məqaləsi olan azvikinin 15% məqaləsinin zənginləşməsi deməkdir. — Sortilegus (müzakirə) 15:29, 2 mart 2024 (UTC)
- Mən əksər yönləndirmələri bir neçə dəfə digər vikilər ilə yoxlamışam, yoxdur. + Mən açığı sizin zənginləşdirdiyiniz məqalələri demək olar ki, görməmişəm. 1-2 cümləlik kopya məqalələr Vago dönəmində də var idi. Sura Shukurlu (müzakirə) 14:29, 2 mart 2024 (UTC)
- Samral, onun da cavabını hazırlayırdım, Atakhanli-nın iradı idi. İzahını yazıram. Azvikidə biologiyaya aid təxminən 30 000-ə yaxın məqalə var. Onların demək olar ki, hamısı Kateqoriya:Takson şablonu istifadə olunan məqalələr kateqoriyasında toplanıb. Mən biologiya məqalələrini redaktə etməyə başlayandan onların sayı demək olar ki, artmayıb. Çünki mən qarşıma o məqalələri zənginləşdirməyi məqsəd qoymuşam və orada cəmi 5-6 min məqalədə məzmun var, qalanları hamısı şablon və 1-2 cümlədən ibarətdir. Yəni mən biologiyaya aid demək olar ki, məqalə yaratmıram (redaktə edəndə arada 5-10 önəmli bitki növü ola bilər ki, onlar haqqında yarada bilərəm, sayları çox deyil). Əsas etiraz belə görürəm ki, mənim yönləmdirmələrimlə bağlıdır. Biologiya məqalələrində yönləndirmələr çox önəmlidir. Məndən əvvəl əsasən Vago yaradıb bu cür yönləndirmələri. Bəziləri yanlış olduğu üçün mən sildiyim yönləndirmələr içində əsasən onun yönləndirmələridir. Amma yaratdığım yönləndirmələr azvikidə çox sayda dublikat bitki məqalələrinin yaradılmasının qarşısının alınması üçündür. Yönləndirmələr hamısı bitki adlarının latınca sinonimləridir. Misal ilə fikrimi izah edim. Anemonoides ranunculoides adlı bitki var. Onun 4 yönləndirməsini vermişəm (4 sinonimi). Yönləndirmələrindən biri → Anemone ranunculoides (→Qaymaqçiçəyinəbənzər əsmə) sinonimidir. Bu yönləndirmə olmasa kimsə gələcəkdə götürüb azvikidə "Qaymaqçiçəyinəbənzər əsmə" məqaləsi yaradacaq və eyni bitki haqqında azvikidə 2 dublikat məqalə olacaq - 1-i bitkinin özü (Anemonoides ranunculoides) haqqında, 1-i onun sinonimi (Anemone ranunculoides) haqqında. Azvikidə yüzlərlə belə dublikat məqalə düzəltmişəm, hələ redaktə etdikcə yenə qarşıma çıxır. Amma yönləndirmə olanda bu hal mümkün deyil, çünki bitkinin latınca adı yazılmalıdır və bu ad dublikatdırsa, yəni bitkinin sinoniminin adıdırsa (bu halda → Anemone ranunculoides sinonimdir), o əsas bitki (Anemonoides ranunculoides) haqqında məqaləyə yönlənmiş olacaq. Yönləndirmələrdən (sinonimlərdən) başqa bitkilərin yayılma arealı haqqında da məlumatları məqalələrə əlavə edəcəm (sonrakı mərhələdə) və beləcə azvikidə təxminən 30 min biologiya məqaləsində ilkin məlumat (vidataya bağladığım "takson" şablonu sayəsində təsnifat məlumatları, arealı (yayılması) və sinonimləri haqqında) olacaq. Bir də qeyd edim ki, inkişaf etmiş vikilərin çoxunda bitki sinonimlərinin bu cür yönləndirmələri mövcuddur.— Sortilegus (müzakirə) 13:51, 2 mart 2024 (UTC)
- Samral siz zamanınız olanda Baskervill-in iştirak etdiyi bütün seçkilərdə mənim mövqeyimi araşdıra bilərsiniz. İndi inzibatçı statusundan öz istəyi ilə imtina etdiyi üçün bu məsələni artıq burada yaza bilərəm. Özü də istəsə şahidlik edə bilər. Baskervill treyninqlər keçib ətrafna istifadəçilər yığanda, burada qruplaşma yaradanda, seçkilərdə 50 nəfər lehinə səslər alanda mən ona deyirdim ki, bunu etmək düzgün deyil, nə vaxtsa bu sənin özünə qarşı çevriləcək. Necə ki, bu günlərdə bunun şahidi oluruq. Onun əsas tənqidçisi də azvikidə mən idim və o vaxtkı müzakirələrdə bizim yazışmalarımıza baxa bilərsiniz. Artıq treyninqlər yoxdur, hansısa vikiqruplar təşkil olunmur, səsverən də yoxdur. Amma bəllidir ki, indi Baskervill treyninqlər keçirməsə də, vikiqruplar təşkil etməsə də (çünki Vətəndən uzaqdı və buna imkanı yoxdur) Azərbaycanda bu işləri görənlər yenə də var. Onlar kimlərdir, özləri yaxşı bilirlər. İndi də onlara deyirəm ki, azvikidə qruplaşma liderləri əvvəl-axır Baskervill-in üzləşdiyi aqibətlə üzləşirlər. Hətta Baskervill-dən əvvəl də bu dəfələrlə belə olub. Baskervill son 2-3 ildə, xüsusilə bürokratlıqdan imtina etdikrən sonra azvkidə normal fəaliyyət göstərirdi. İndi qruplaşma yaradanlar da nə vaxtsa bu aqibətlə üzləşəndə, mən onları da müdafiə edəcəm. Çünki o vaxt qruplaşmaları olmayacaq, sadəcə bu günkü fəaliyyətlərinin nəticəsi olaraq cəzalandırılacaqlar. Qaldı ki, şəxsən sizin ikinizin aranızdakı mübahisələrə - bunu mən şəxsi nifaq kimi dəyərləndirirəm. Bir dəfə də bununla bağlı fikrimi bildirmişəm. Baskervill-in fond tərəfindən xəbərdarlıq almasına - bu məsələni mən bilmirəm. Fond azvikidən 2 istifadəçinin fəaliyyətini məhdudlaşdırıb və onların adlarını qeyri-müəyyən müddətə bloklanan istifadəçi siyahısında rəsmən və açıq-aydın qeyd edib. Yoxsa ki, fond 2 il bundan qabaq kiməsə email yazıb ki, mən filankəsə xəbərdarlıq etmişəm, o xəbərdarlıq olunan adamın bundan heç xəbəri yoxdur, 2 ildən sonra o email üzə çıxıb - bunlar hamısı dəqiqləşdirilməsi mümkün olmayan məsələlərdir. Mən heç kimin şəxsi email adresini girib yoxlaya bilmərəm. Fondun xəbərdarlıq mexanizmini bilmirəm, amma bloklama mexanizmi kifayət qədər şəffafdır. İnanıram ki, bu məsələyə burada nöqtə qoya biləcəyik. — Sortilegus (müzakirə) 15:53, 2 mart 2024 (UTC)
- İstəmsizcə bir əhvalat yadıma düşdü. İcazənizlə danışım:
- Nağıl edirlər ki, bir gün bir döyüşçü, sakit bir dərvişin başına daş vurur. Dərviş intiqam ala bilmədiyi üçün daşı götürüb saxlayır. Bir gün hökmdar həmin döyüşçüyə qəzəblənərək onu quyuya salır. Dərviş quyunun başına gəlib saxladığı daşı onun başına çırpır.
- Döyüşçü soruşur:
- –Sən kimsən, məni niyə daşla vurursan?
- Dərviş deyir:
- –Mən həmin adamam ki, bu daşı sən filan tarixdə mənim başıma vurmuşdun.
- –İndiyə qədər bəs haradaydın?
- –Xidmətdə olduğun zaman hiddətindən qorxurdum. İndi isə səni quyuda görüb, acığımı çıxmağa fürsət tapdım. Sura Shukurlu (müzakirə) 16:11, 2 mart 2024 (UTC)
- @Sura Shukurlu, indi bu söhbətdə dərviş kimdir, döyüşçü kimdir? samral müzakirə 16:17, 2 mart 2024 (UTC)
- Sura Shukurlu, siz əgər bunu mənim Baskervill-in fəaliyyəti ilə bağlı şərhimə görə yazmısınızsa, məncə nəyisə səhv salmısınız. Mən Baskervill-in son illərdəki fəaliyyətini müsbət dəyərləndirirəm və bəlkə də bu etimad səsverməsi yeganə səsvermə idi ki, onu müdafiə eləmişəm, statusunun alınmamasına səs vermişəm. Yox əgər bunu statusun alınmasını istəyən hansısa istifadəçilərə ünvanlamısınızsa, mən o məsələyə qarışmayım. Amma inzibatçı səsvermənizin gedişini nəzərə alaraq deyə bilərəm ki, azvikinin bu cür rəvayətlərlə, nağıllarla danışmaq qabiliyyəti olan bir inzibatçı qazanması buradakı gələcək müzakirələrin ədəbi-bədii keyfiyyətini xeyli yüksəldəcək.— Sortilegus (müzakirə) 16:19, 2 mart 2024 (UTC)
- @Sortilegus, səbəblər qalıb bir kənarda siz hansısa nəticələri müzakirə edirsiz. Fond kiməsə xəbərdarlıq veribsə (xəbərdarlıq demək mütləq qlobal blok demək deyil, xəbərdarlığın növləri olur, bunu siz də çox gözəl bilirsiz) deməli bunun səbəbi var. Nəticəni (Fond həqiqətən xəbərdarlıq veribmi? Veribsə kimlərə mail göndərib? Və s.) mübahisələndirmək əvəzinə, səbəblərdən danışmaq lazımdır ki, əgər həqiqətən veribsə, niyə verib? Sizcə də Fondun xəbərdarlıq etmə ehtimalı üçün kifayət qədər səbəb yox idi? Qruplaşma ilə seçilmə özü zatən xəbərdarlıq üçün əsas deyilmi? Ya məlum istifadəçinin bu səsvermə başda olmaqla bütün səsvermələrdə səs ovçuluqlarını, dəvətlərini də görmədiz ki? Yazmısız ki, bu səsverməyə qədər həmişə ədalətli olmuşam. Bəs indi noldu? Niyə bu səsvermələrdə ədalətli davranmadız? Öz də təkcə sözügedən istifadəçinin yox, hal-hazırda keçirilən bütün etimad səsvermələrində əleyhinə olduz. Nə təsadüfdürsə, onlar da həmçinin. Xülasə etimad səsverməsi keçirilən bütün inzibatçılar bir-birinizə dəstək olduz. Düz etdiz? Düzgün hərəkətdi bu? Xülasə yarımçıq ədalət ədalət deyil. Sortilegus siz 10 ildən artıqdır bürokrat (təəssüf ki, sözün həqiqi mənasında bürokrat) və inzibatçı olan qocaman bir istifadəçi kimi bu səsvermədə də, bu səsverməyə qədərki son bir neçə aydakı proseslərdə də ədalətsizlik, qeyri-obyektivlik, qeyri-neytrallıq nümayiş etdirdiz təəssüf ki. Və bunu da hər kəs gördü. Məncə özünüz də çox gözəl fərqindəsiz. samral müzakirə 16:32, 2 mart 2024 (UTC)
- Samral məncə siz Vikimedia Fondunun fəaliyyəti haqqında düzgün məlumata malik deyilsiniz. Vikipediyadakı fəaliyyətinə görə kimsə ölümlə, həbs olunmaqla hədələnilirsə, fiziki təzyiqə məruz qalırsa və bunun əyani sübutları varsa, fond o zaman işə qarışır. Amma kimsə haradasa treyninq keçirsə, treyninq keçdiyi adamlara vatsapda yazırsa ki, gəlin mənə səs verin, ya facebook-da birinə yazırsa ki, gəl filankəsin əleyhinə səs ver - bu işlərə fond qarışmaz. Bu iş üçün fond gərək ştat açıb 500 adam işə götürə ki, səsverməyə dəvətlər araşdırıla və kiməsə xəbərdarlıq edilə. Çünki bunlar sadəcə azvikidə baş vermir. Bunlar lokal vikipediyaların daxili işləridir. Bir də düşünün ki, mən məsələn, sizdən şikayətçiyəm, fonda məktub yazdım ki, Samral kobud danışır müzakirələrdə, linkləri də atdım, oradan da Maykl mənə yazdı ki, "Hə, düz deyirsən, baxdım, Samral kobud danışır. Ona xəbərdarlıq elədim" - belə xəbərdarlıq olar? Xəbərdarlıq olanda bax bu əfəndi → WMFOffice gəlir Samralın ya müzakirə səhifəsinə, ya istifadəçi səhifəsinə bir xəbərdarlıq yapışdırır, hamı bilir ki, Samrala xəbərdarlıq olundu. Yoxsa ki, Mayklın Sortilegusun şəxsi emeylinə yazdığı email ilə xəbərdarlıq olmur. Etimad səsvermələrində inzibatçıların bir-birinə səs verməsi məsələsinə gəlincə - mənim digər 3 inzibatçının fəaliyyətindən narazılığım yoxdursa, mən necə kiminsə statusunun alınmasının "lehinə" səs verə bilərəm ki? İndiki inzibatçılardan 1-nin tam, 2-nin də müəyyən qədər fəaliyyətlərindən razı deyiləm. Məsələn, onlar namizəd olsaydılar, statuslarının alınmasına səs verərdim. O şəxslərin hətta inzibatçılar arasında qruplaşma yaratdıqlarını da düşünürəm. Amma siz ümid edirəm ki, bizim dördümüzü qruplaşma yaratmaqda ittiham etməzsiniz.— Sortilegus (müzakirə) 17:49, 2 mart 2024 (UTC)
- @Sortilegus, məncə, təəssüf ki, heç siz özünüz də Fondun fəaliyyəti ilə o qədər də məlumatlı deyilsiz. Cavabları da naqis verirsiz. Güya siz bilmirsiz ki, nə sözügedən istifadəçinin yeganə və əsas günahı dəvətdir, nə də Fond məhz bu şeyə görə xəbərdarlıq edib. Mən çox gözəl xatırlayıram məlum istifadəçi və Cekli bir-birilərini blok edib iksi də inzibatçılıqdan azad edilənə qədər siz deyirdiz ki, fond/meta lokal vikilərə, onların inzibatçılarının statuslarına qarışa bilməz filan. Nəysə. samral müzakirə 18:18, 2 mart 2024 (UTC)
- Maraqlıdır ki, Atakhanli da, siz də mənimlə müəyyən qədər müzakirə aparandan sonra "Nəysə" deyib müzakirəyə nöqtə qoyursunuz. Eyni adam olduğunuzu iddia etdiyimi demirəm, sadəcə, sanki hər ikiniz özünüzün haqq bildiyinizi yazıb, qarşı arqumentləri dinləmək istəmədən tez də müzakirədən çəkilmək istəyirsiniz. Yenə deyirəm ki, fond lokal vikilərin inzibatçılarının işinə qarışmır. Sadəcə yuxarıda yazdığım səbəblər (ölüm hədəsi və s.) olduğunda müdaxilə edir. Bir daha yazıram ki, sizin Baskervill ilə aranızda olan məsələni mən daha çox şəxsi nifaq kimi dəyərləndirirəm və çalışıram ki, konkret ikinizin aranızdakı mübahisələr müzakirə olunan şərhlərə münasibət bildirməyim. Onu da düşünürəm ki, Baskervill statusundan imtina edəndən sonra bu mübahisələrinizin sayı xeyli azalacaq. Nəysə :) Məncə bu məsələ ilə bağlı siz də, mən də deyə biləcəyimiz bütün fikirlərimizi dedik.— Sortilegus (müzakirə) 18:31, 2 mart 2024 (UTC)
- @Sortilegus, məncə, təəssüf ki, heç siz özünüz də Fondun fəaliyyəti ilə o qədər də məlumatlı deyilsiz. Cavabları da naqis verirsiz. Güya siz bilmirsiz ki, nə sözügedən istifadəçinin yeganə və əsas günahı dəvətdir, nə də Fond məhz bu şeyə görə xəbərdarlıq edib. Mən çox gözəl xatırlayıram məlum istifadəçi və Cekli bir-birilərini blok edib iksi də inzibatçılıqdan azad edilənə qədər siz deyirdiz ki, fond/meta lokal vikilərə, onların inzibatçılarının statuslarına qarışa bilməz filan. Nəysə. samral müzakirə 18:18, 2 mart 2024 (UTC)
- Samral məncə siz Vikimedia Fondunun fəaliyyəti haqqında düzgün məlumata malik deyilsiniz. Vikipediyadakı fəaliyyətinə görə kimsə ölümlə, həbs olunmaqla hədələnilirsə, fiziki təzyiqə məruz qalırsa və bunun əyani sübutları varsa, fond o zaman işə qarışır. Amma kimsə haradasa treyninq keçirsə, treyninq keçdiyi adamlara vatsapda yazırsa ki, gəlin mənə səs verin, ya facebook-da birinə yazırsa ki, gəl filankəsin əleyhinə səs ver - bu işlərə fond qarışmaz. Bu iş üçün fond gərək ştat açıb 500 adam işə götürə ki, səsverməyə dəvətlər araşdırıla və kiməsə xəbərdarlıq edilə. Çünki bunlar sadəcə azvikidə baş vermir. Bunlar lokal vikipediyaların daxili işləridir. Bir də düşünün ki, mən məsələn, sizdən şikayətçiyəm, fonda məktub yazdım ki, Samral kobud danışır müzakirələrdə, linkləri də atdım, oradan da Maykl mənə yazdı ki, "Hə, düz deyirsən, baxdım, Samral kobud danışır. Ona xəbərdarlıq elədim" - belə xəbərdarlıq olar? Xəbərdarlıq olanda bax bu əfəndi → WMFOffice gəlir Samralın ya müzakirə səhifəsinə, ya istifadəçi səhifəsinə bir xəbərdarlıq yapışdırır, hamı bilir ki, Samrala xəbərdarlıq olundu. Yoxsa ki, Mayklın Sortilegusun şəxsi emeylinə yazdığı email ilə xəbərdarlıq olmur. Etimad səsvermələrində inzibatçıların bir-birinə səs verməsi məsələsinə gəlincə - mənim digər 3 inzibatçının fəaliyyətindən narazılığım yoxdursa, mən necə kiminsə statusunun alınmasının "lehinə" səs verə bilərəm ki? İndiki inzibatçılardan 1-nin tam, 2-nin də müəyyən qədər fəaliyyətlərindən razı deyiləm. Məsələn, onlar namizəd olsaydılar, statuslarının alınmasına səs verərdim. O şəxslərin hətta inzibatçılar arasında qruplaşma yaratdıqlarını da düşünürəm. Amma siz ümid edirəm ki, bizim dördümüzü qruplaşma yaratmaqda ittiham etməzsiniz.— Sortilegus (müzakirə) 17:49, 2 mart 2024 (UTC)
- @Sortilegus, səbəblər qalıb bir kənarda siz hansısa nəticələri müzakirə edirsiz. Fond kiməsə xəbərdarlıq veribsə (xəbərdarlıq demək mütləq qlobal blok demək deyil, xəbərdarlığın növləri olur, bunu siz də çox gözəl bilirsiz) deməli bunun səbəbi var. Nəticəni (Fond həqiqətən xəbərdarlıq veribmi? Veribsə kimlərə mail göndərib? Və s.) mübahisələndirmək əvəzinə, səbəblərdən danışmaq lazımdır ki, əgər həqiqətən veribsə, niyə verib? Sizcə də Fondun xəbərdarlıq etmə ehtimalı üçün kifayət qədər səbəb yox idi? Qruplaşma ilə seçilmə özü zatən xəbərdarlıq üçün əsas deyilmi? Ya məlum istifadəçinin bu səsvermə başda olmaqla bütün səsvermələrdə səs ovçuluqlarını, dəvətlərini də görmədiz ki? Yazmısız ki, bu səsverməyə qədər həmişə ədalətli olmuşam. Bəs indi noldu? Niyə bu səsvermələrdə ədalətli davranmadız? Öz də təkcə sözügedən istifadəçinin yox, hal-hazırda keçirilən bütün etimad səsvermələrində əleyhinə olduz. Nə təsadüfdürsə, onlar da həmçinin. Xülasə etimad səsverməsi keçirilən bütün inzibatçılar bir-birinizə dəstək olduz. Düz etdiz? Düzgün hərəkətdi bu? Xülasə yarımçıq ədalət ədalət deyil. Sortilegus siz 10 ildən artıqdır bürokrat (təəssüf ki, sözün həqiqi mənasında bürokrat) və inzibatçı olan qocaman bir istifadəçi kimi bu səsvermədə də, bu səsverməyə qədərki son bir neçə aydakı proseslərdə də ədalətsizlik, qeyri-obyektivlik, qeyri-neytrallıq nümayiş etdirdiz təəssüf ki. Və bunu da hər kəs gördü. Məncə özünüz də çox gözəl fərqindəsiz. samral müzakirə 16:32, 2 mart 2024 (UTC)
- Sura Shukurlu, siz əgər bunu mənim Baskervill-in fəaliyyəti ilə bağlı şərhimə görə yazmısınızsa, məncə nəyisə səhv salmısınız. Mən Baskervill-in son illərdəki fəaliyyətini müsbət dəyərləndirirəm və bəlkə də bu etimad səsverməsi yeganə səsvermə idi ki, onu müdafiə eləmişəm, statusunun alınmamasına səs vermişəm. Yox əgər bunu statusun alınmasını istəyən hansısa istifadəçilərə ünvanlamısınızsa, mən o məsələyə qarışmayım. Amma inzibatçı səsvermənizin gedişini nəzərə alaraq deyə bilərəm ki, azvikinin bu cür rəvayətlərlə, nağıllarla danışmaq qabiliyyəti olan bir inzibatçı qazanması buradakı gələcək müzakirələrin ədəbi-bədii keyfiyyətini xeyli yüksəldəcək.— Sortilegus (müzakirə) 16:19, 2 mart 2024 (UTC)
- @Sura Shukurlu, indi bu söhbətdə dərviş kimdir, döyüşçü kimdir? samral müzakirə 16:17, 2 mart 2024 (UTC)
- @Sortilegus mənim sualım başqadır. Yuxarıda Baskervill-in səsverməsinin şərh bölməsində adınızı qeyd etmişəm. Buradan da cavab verərsiz problem yoxdur. Sadəcə cavabınız maraqlıdır. Turkmen müzakirə 13:12, 2 mart 2024 (UTC)
- Atakhanli, Samral, Turkmen, Araz Yaquboglu - əsas etirazın mənim istifadəsiz şablon və istifadəsiz kateqoriyaları silməyimlə bağlı olduğunu görürəm. Bu istifadəsiz şablon və istifadəsiz kateqoriyaların silinməsi normal bir şeydir. Bu tək mənim yox, bütün inzibatçıların görməli olduğu bir fəaliyyətdir. Əslində, texniki təmizlik işidir. Texniki səhifələr içində 3 bölümdə bu cür silmə əməliyyatı həyata keçirilməlidir: → 1. İstifadəsiz fayllar, → 2. İstifadəsiz kateqoriyalar və → 3. İstifadəsiz şablonlar. Əslində, bu, silinən istifadəsiz şablonların, kateqoriyaların, faylların nə vaxtsa bərpa olunmayacağı anlamına gəlmir. Bəlkə hansılarsa bərpa olunacaq, gələcəkdə onlardan istifadə olunacaq. Sadəcə onlar silinməsə o bölümlərdə minlərlə, 10 minlərlə gərəkli-gərəksiz fayl, şablon, kateqoriya toplanar. Məsələn, Araz Yaquboglu, əsasən sizin silmə əməliyyatlarınız sayəsində bu gün → İstifadəsiz fayllar bölməsi demək olar ki, həftəlik sıfırlanır, orada 1 dənə də olsun istifadəsiz fayl qalmır. Bu heç kimdə etiraz doğurmur. Onda mən də sizə deyə bilərəm ki, niyə silirsiniz o faylları? Bəlkə nə vaxtsa onlar istifadə olunacaq? Amma əgər nə vaxtsa 50 fayldan 5-i istifadə olunacaqsa, bu o demək deyil ki, silinməsi gərəkən 45 faylı da azvikidə saxlayaq, silməyək. Elə olsaydı indi o bölmədə 50 000 fayl olardı. Gələcəkdə 5-i bərpa olunacaqsa, olunsun, heç kim ona etiraz etməz, əgər lazımi lisenziyaları varsa. Eyni şeyi də kateqoriyalar və şablonlar haqqında demək olar. Məsələn, bu gün → İstifadəsiz kateqoriyalar bölməsində 642 kateqoriya, → İstifadəsiz şablonlar bölməsində isə 470 şablon var. Əgər bu gün azvikidə içinə əlavə olunacaq məqalə yoxdursa, o kateqoriya silinməlidir, əgər bu gün azvkidə hansısa səhifəyə əlavə edilə bilmirsə, o şablon silinməlidir. Yoxsa, elə istifadəçi olar ki, 10 000 istifadəsiz şablon və kateqoriya yaradar və deyər ki, qalsın hamısı, gələcəkdə bunlar lazım ola bilər. İstifadəsiz kateqoriya və şablonların silinməsi kimi texniki əməliyyatın bəzi təcrübəli istifadəçilər tərəfindən bu cür anlaşılmayacağını heç düşünməzdim. Yəni siz o 642 kateqoriyanın və 470 şablonun silinməsini istəmirsinizsə - 1 məqalə yarada və ya tapa, ona həmin 642 kateqoriyadan və ya həmin 470 şablondan 1-ni əlavə edə və beləcə onları silinmədən qurtara bilərsiniz. Şəxsən mən elə ucdantutma silmirəm kateqoriya və şablonları, onların əlavə oluna biləcəkləri məqalə varsa əlavə edirəm. Problemin həlli bu qədər sadədir. Heç son 1-2 ildə də səhv etmirəmsə maraqlanmıram həmin istifadəsiz şablon və kateqoriyalarla. Ona görə gəlib sayları 642-yə və 470-ə çatıb :) — Sortilegus (müzakirə) 13:07, 2 mart 2024 (UTC)
Yekunlaşdırma
- Səs verənlər — 28
- Etibarsız səs sayı — 2
- Etibarlı səs sayı — 26
- Lehinə — 9
- Əleyhinə — 17
- Bitərəf — 0
Yekun nəticə: : Səsvermənin nəticələri Vikipediya:İnzibatçıların və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq Sortilegus (müzakirə • töhfələr • statistikalar)-dan latın əlifbalı Azərbaycan dilində olan vikipediyanın inzibatçısı statusunun alınmasından imtina edilmişdir.— Turkmen müzakirə 10:20, 3 mart 2024 (UTC)
Eldarado (müzakirə • töhfələr • statistikalar)-dan inzibatçı və bürokrat statusunun alınması ilə bağlı səsvermə
Səsvermə 31 dekabr 2024 – 15 yanvar 2025-ci il tarixləri arasında keçirilir (Ümumdünya vaxtı ilə 15 yanvar 2024-cü il saat 07:33-də səsvermə dayandırılır)
- Lehinə: təəssüf ki, inzibatçı kimi fəaliyyəti qənaətbəxş deyil. Hörmətlə, Qədir (müzakirə) 07:38, 31 dekabr 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: istifadəçi deaktivdir, qaydaları yaxşı bilmir və layihəyə ayaq uydura bilmir. Bunu deyən istifadəçiləri isə qruplaşma olmaqda günahlandırır. Həmçinin bir neçə ay əvvəl internetdə paylaşdığı posta baxsaq, istifadəçi elə düşünür ki, buranı idarə edir. Təklif etmişdim ki, biraz fəaliyyət göstərdikdən sonra yenidən namizəd olsun amma bunu da qəbul etmir. İllik fəaliyyəti haqqında isə burada geniş qeyd etmişəm.--Turkmen müzakirə 07:42, 31 dekabr 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: Sofia (müzakirə) 07:44, 31 dekabr 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: İnzibatçı kimi son dövrlərdə heç fəaliyyətinə rast gəlmirəm. Əslində mənim üçün bunun elə də önəmi yoxdu (şəxsi fikrimdi). Çünki könüllü layihədi. Amma qaydalar nəyi tələb edirsə elə də olmalıdır. Hətta digər fəaliyyəti olmayan statuslu istifadəçilərin də hüquqları alınmalıdır. --Araz Yaquboglu (müzakirə) 07:52, 31 dekabr 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: — Aktiv olmayan bəzi inzibatçılardan da alınsın bu hüquq. Hətta deyərdim bəzi aktiv olmayan istifadəçilərdən də alınsın hüquqlar. Hörmətlə, Vusalsuvarov1996 (müzakirə) 08:09, 31 dekabr 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: istifadəçinin etimad səsverməsi ilə bağlı müzakirədə səsləndirdiyi fikirlər bəs edir. --► Hörmətlə: SolaVirum 12:31, 31 dekabr 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: Aktiv olmaya-olmaya mən aktivəm deməyin mənası yoxdur. İcma hər şeyi görür. Nemoralis (müzakirə) 13:03, 31 dekabr 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: Aktivliyi azalıb. Redivy (müzakirə) 18:48, 31 dekabr 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: Fəaliyyəti uzun müddətdir ki, çox zəifdir. Hal-hazırki fəaliyyətinə görə inzibatçı olmağı şərt deyil. — Xeyal (müzakirə) 18:55, 31 dekabr 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: Kaş META-nın ilkin qərarı ilə razılaşıb urvatlı gedərdin. samral müzakirə 22:47, 31 dekabr 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: Eminn (müzakirə) 09:21, 4 yanvar 2025 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Gadir.)
- Lehinə: yuxarıda dostların sadaladığı xeyli arqumentlərlə razıyam. Freiheiten (müzakirə) 12:11, 7 yanvar 2025 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Gadir.)
- Lehinə: Eldarado Vikipediya üçün xeyli iş görüb və aktiv olduğu dövrlərdə onun bürokrat seçilməsinin, bir çox hallarda verdiyi qərarların lehinə olmuşam. Vikipediya ilə əlaqəli layihələrdə, Vikimedia İQ ilə bağlı ortaq işlərimiz olub. Təbii ki, ötən etimad səsverməsindən (baxmayaraq ki, ümumi kontekstdə idi) sonra aktivlikdə artım baş versəydi, bu müzakirə açılmazdı. Hansısa şəxslər arasında şəxsi münasibətlərdə problemlərin olmasını anlayıram. Amma onu da qeyd edim ki, burada iştirak edən şəxslər də uzunmüddətli fəaliyyətləri ilə tanınırlar. Beləcə, düşünürəm ki, qərəzdən, tərəflilikdən söz gedə bilməz. Bunlar səmimi fikirlərimdir, qərarımın heç bir şəxsi əsası yoxdur. — Toghrul R (m) 07:31, 9 yanvar 2025 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: Sabiq inzibatçımızın bloklanmasına qədər olan müzakirələrdə tərəfli idi, ondan sonra isə ortaya heç bir mövqe qoymuyub, müzakirələrdə bu bürotkrat ilə qarşılaşmamışam. — Bikar müzakirə 07:49, 11 yanvar 2025 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: İnzibatçı müzakirəsində yazdığım kimi əsas müzakirə mövzusu istifadəçinin fəaliyyəti olmalıdır. Bu səbəbdən istifadəçinin fəaliyyət statistikasını analiz etdikdə, onun tələbləri ödəmədiyi aydın görünür. --Tarixi Nadir (müzakirə) 05:11, 15 yanvar 2025 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Əleyhinə:. Düşünürəm ki, azvikidə aktiv olan inzibatçıdan qeyri-aktivliyə görə statusunun alınması çox pis bir presedent yaradacaq. Məsələnin, mənəvi tərəfini, haqsızlıq etmək və s. kimi şeyləri bir kənara qoyuram. Amma inzibatçı aktivliyi vikiprinsiplərlə tənzimlənir və 6 ayda 25 dəfə inzibatçı kimi əməliyyat həyata keçirən redaktor qeyri-aktiv sayılmır. Statistika da göstərir ki, Eldarado 6 ayda 149 əməliyyat həyata keçirib. Statistika ortada olandan sonra onu bir kənara qoyub subyektiv fikirləri necə əsas alıb səs vermək olar? Statusun alınmasına müzakirələrdə kobud şərh, rişxənd və s. başqa şeylər səbəb olsaydı, onu başa düşmək olardı. Lap inzibatçı kiməsə "Salam" yazıbsa, o istifadəçi deyə bilər ki, "salamı mənə birtəhər yazıb", ona görə statusu səsverməyə çıxarılsın. Onu da dəstəkləmək mümkün olmasa da haradasa başa düşmək olar. Amma Eldarado 6 ayda inzibatçı qarşısına qoyulan tələbləri yerinə yetirib, hətta bu sahədə göstəricisi ondan daha pis olan 5 inzibatçı var (ki, onların da 4-ü tələbləri yerinə yetirib), bütün bunlar rəsmi statistika kimi ortada ola-ola Eldaradonun qeyri-aktivliyə görə statusu səsverməyə çıxarılır. Bitərəf vikipediya redaktorlarının səs verməmişdən öncə bütün bunları nəzərə alacağına ümid edirəm.--Sortilegus (müzakirə) 08:31, 2 yanvar 2025 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Əleyhinə: Müzakirədə qeyd edilən fikirləri tam oxumaq imkanım olmadı, amma oxuduqlarım tərəflərin mövqeyini aydınlaşdırmaq üçün kifayət etdi deyə düşünürəm. Son günlər burada aktiv olmasam da, şərhlərdə mənim və bir neçə digər istifadəçinin adını təq edərək işlətdiyi ifadə ilə etika qaydalarını heçə sayan (sonradan üzərindən xətt çəkməsi bu düşüncədə olmasını inkar etmir) və azad ensiklopediya yaratmaq məqsədilə fəaliyyət göstərən könüllü bir layihənin istifadəçilərinə qarşı aqressiyaya yol verən, habelə bundan əvvəl də bir sıra hallarda digər istifadəçilərə qarşı işlətdiyi qeyri-etik, nəzakət qaydalarından kənar ifadələrlə tanınan istifadəçinin sayəsində burdayam. Əminəm ki, qeyd etdiyim hallar burada aktiv olan heç kəsə sirr deyil və hamının gözü qarşısında baş verib. Səsverməyə qayıtsaq, Eldaradonun bir müddət qeyri-aktiv olması onun inzibatçı statusunun alınması üçün əsas ola bilər, amma yazılan bəzi şərhlərdən həmin qaydanın məhz qisas aləti kimi istifadə edildiyi aydın olur. Vikipediya döyüş meydanı deyil. Lakin bəzi istifadəçilərin oflayndakı məsələlərə, yaxud burada keçmiş müzakirələrdən qaynaqlanan şeylərə görə əks mövqedə olan inzibatçıdan statusunun alınması yolu ilə onu cəzalandırdıqlarını düşünmələri fikrimcə yetkin düşüncə deyil. Bu cür düşüncələri az-viki üçün toksik hesab edirəm və az-vikiyə oflayndakı hansısa statusun vura biləcəyindən daha çox zərər vurduğunu düşünürəm. Hazırda gedən müzakirədə bildirilən bəzi fikirlərdən də bunu qeyri-aktivlik məsələsi deyil, məhz cəzalandırma aktı kimi gördüyüm üçün Eldaradonun statusunun bu əsasla alınmasının əleyhinəyəm. Mənimlə bir şərhdə adları təq olunmuş digər istifadəçilərin də münasibət bildirmələrini xahiş edirəm. (Atakhanli, Nicat49, Qraf, Babək Akifoğlu, Sura Shukurlu, Rəcəb Yaxşı)--Wertuose (müzakirə) 01:55, 15 yanvar 2025 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Əleyhinə: Səsvermənin bitməsinə çox az qalıb və əslində bəzi qeydlərim var.
- İnzibatçıya qarşı tənqidlərdə müəyyən həqiqətlər ola bilər, amma bir qrupun qisas məqsədi ilə bu tənqidləri manipulyasiya etməsi və vəziyyəti şəxsi hücuma çevirməsi Vikipediyanın ruhuna tamamilə ziddir.
- Xüsusilə, müzakirəyə qatılmayanlara qarşı "utanın" kimi ifadələrin işlədilməsi həm etik qaydaların, həm də icma prinsiplərinin kobud şəkildə pozulmasıdır. Mən bu ifadəni yalnız ədəbsizlik kimi deyil, həm də icma üzvlərinə qarşı bir növ təhdid və psixoloji təzyiq kimi görürəm. Bu cür ritorika həm səsvermənin obyektivliyinə kölgə salır, həm də icma daxilində nifrət mühitini körükləyir. Hər kəsin müstəqil mövqe bildirmək və ya heç iştirak etməmək hüququ var. Vikipediya şəxsi ambisiyalar meydanı deyil!
- Unutmayaq ki, keçmişdə bir istifadəçi "utanmalıdır" dediyinə görə bloklanmışdı. O zaman belə bir ifadə bloklama səbəbi sayılırdısa, indi niyə bu cür açıq-aşkar etik qaydalara zidd hərəkətlərə göz yumuruq? Biz ikili standartlarla fəaliyyət göstərən bir icma yaratmaq istəyirik, yoxsa prinsiplərə sadiq bir platforma? Bu səsvermə icmanı sağlamlaşdırmaq üçün keçirilir?
- Hər kəsi həm səsvermədə, həm də dilimizdə məsuliyyətli olmağa çağırıram! --Sura Shukurlu (müzakirə) 06:43, 15 yanvar 2025 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Bitərəf: razıyam ki, Eldaradonun aktivliyi son vaxtlar xeyli aşağıdır, inzibatçılıq hüquqlarından nadir istifadə edir. Amma belə olanda halda bu standart inzibatçı alətlərindən nadir hallarda istifadə edən hər kəsə aid edilməlidir. Birinə hə, birinə yox olmamalıdır.--Unkillable Demon King 16:15, 7 yanvar 2025 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Gadir.)
Şərhlər
Hər kəsə salam. Bəli keçmiş fəaliyyətimə baxıldığı zaman aktivliyim xeyli azalıb. Bu dəqiqdir və kifayət qədər təbii haldır. Zaman zaman hər bir istifadəçi bəzən daha çox bəzən isə daha az zaman ayıra bilir vikipediyaya. Bu ərəfələr də mənim çox zaman ayıra bilmədiyim dönəm oldu. Lakin bu o demək deyil ki, mən qeyri-aktivəm. Mən 3 ay yarım bircə redaktə belə etməyən və son altı ayda cəmi 2 dəfə inzibatçı alətindən istifadə edən inzibatçı deyiləm, bəli bu cür fəaliyyəti olan inzibatçımız var lakin onun müzakirəsi deyil mənim müzakirəm baş tutub və heç bir qaydaya əsaslanmayaraq. Qaydalardakı şərtlərə uyğun sayda inzibatçı alətlərindən istifadə sayını sayt üzərindən göstərirəm. Lakin inzibatçımızın özünün hesabladığı bəzi redaktələrimi öz qərarı ilə vurub, çıxıb, böldükdən sonra ortaya bir rəqəm yazıb və buna əsasən hər kəs dəstək olub. Sizcə bu nə dərəcədə doğrudur? Mənim 3 aydan çoxdur fəaliyyəti olmayan inzibatçı ilə bir işim yoxdur, yuxarıda qeyd etdiyim kimi hər kəs zaman ayıra bilmir bəzən. Bunu sadəcə müqayisə üçün dedim. Bu cür hallarda istifadəçidən inzibatçı kimi fəaliyyətinə davam edib etməyəcəyi soruşurlur, məndən heç o da soruşulmayıb :) Buradan iddianın irəli sürüldüyü tarixdən 6 ay ərzində inzibatçıların alətlərindən istifadə statistikası ilə tanış ola bilərsiniz. Məndən daha az fəaliyyət göstərən 5 inzibatçı var. Bununla da bu səsvermənin qaydalara uyğun olmadığı gün kimi aydırdır. Səsverməyə çıxarılma müzakirəmin və bu səsvermənin qaydalara zidd olduğunu anlamaq üçün qaydalardakı bir neçə bənd ilə və yuxarıdakı statistika ilə tanış olmaq kifayətdir. Ortaya bir neçə sual çıxır. Nə üçün daha qeyri-aktiv inzibatçıların olduğu halda Eldaradonun hüquqlarının alınması müzakirə olunub? Nə üçün qaydalardakı şərtlərə əməl olunmur? Turkmen filmlə bağlı şəkilləri kütləvi formada sildiyim üçün həmin redaktələri öz fikrinə əsasən qeydə almayıb. Halbuki, həmin kütləvi silinmələr son altı ayda baş verməyib, 9 ay öncə baş tutub. Yəni son 6 ayda etdiyim 146 inzibatçı alətindən istifadə hallarının heç biri kütləvi silinmə olmayıb. Bir bir yoxlaya bilərsiniz. Belə olan halda hörmətli Turkmen yuxarıdakı sualları sizə ünvanlamışam. Nə üçün qaydalara zidd fəaliyyət göstərirsiniz? Viki icmaya isə sözüm budur, son dönəmlər boş zamanım az olduğu üçün çox zaman ayıra bilmirdim vikipediyaya, lakin tez-tez izləyir və kiçik işlər görürdüm. Bundan sonra isə daha aktiv ola biləcəyimi güman edirəm. Əminəm ki, kifayət qədər tərəfsiz, dürüst fəaliyyət göstərən istifadəçilərimiz var, onlardan bu qeyri-qanuni səsvermədə iştirak etmələrini istəmirəm, sadəcə fikirlərini bildirmələri, kimin haqlı olduğunu qeyd etmələri kifayətdir. Hörmətlə --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 02:58, 3 yanvar 2025 (UTC)
- Hörmətli Araz Yaquboglu, zəhmət olmasa qeyd edə bilərsiz dediyiniz hansı qaydalar bunu tələb edir? Hörmətlə --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 03:00, 3 yanvar 2025 (UTC)
- @Eldarado, sizin dediyiniz inzibatçı hələ yeni seçilib və 6 ayı indilərdə tamam olub. İM-də olarkən sizi mövzudan yayınmamağa dəvət edirdim. Təəssüf ki, orada sizi başa sala bilmədim. Siz isə mənim aktivliyimdən, qruplaşmadan, buranın kimlərsə tərəfindən idarə edilməsindən və yalnız xətri əziz insanın istəyi ilə hüquqlardan imtina edə biləcəyinizdən bəhs edirdiniz. Sizin hüquqlarınız alınanda da mən stüardın müzakirə səhifəsində sizi mövzunu icma ilə müzakirə etməyə dəvət etmişdim, amma siz bundan boyun qaçıraraq oradakı qarışıqlıqdan yararlandınız və hüquqları qaydalara əks şəkildə geri aldınız. İndiyədək nə SNS, nə də BNS-də fəaliyyətinizi görməmişəm. Nə də bu təyinatlı digər səhifələrdə. İl boyu sadəcə 15 inzibatçı əməliyyatı etmisiniz və bir bürokratın bütün il boyu cəmi 1 patrullama etməsi və hələ də "mən aktivəm" deməsi yuxarıda yazdıqlarınızın duyğusal manipulyasiya olduğunu göstərir. Fəaliyyətinizin əsas hissəsi silmələrdir, hansı ki, bunlar tvinkl vasitəsilə küt-silmələr sayılır. Bu əməliyyatları da tələsik etdiyinizə görə çoxu bərpa olunub və xəbərdarlıq almısınız. Fəaliyyətinizin ikinci 6 ayında isə yenə də kütləvi şəkildə fayl silinmələri təşkil edir. Bu faylların təyinatına baxsaq və sosial şəbəkədə şəhidlər mövzusunda silinmələrin əleyhinə olduğunuzu nəzərə alsaq, heç özünüz də nəyi sildiyinizi bilməmisiniz. Ümumi olaraq illik fəaliyyətiniz haqqında burada geniş izah verilib. Zəhmət olmasa icmanın tərtib etdiyi qaydalara və qərarlarına hörmət edin. O hüquqları qaydalara əks şəkildə saxlayırsınız. Ümumiyyətlə sosial şəbəkə mövzusuna gəldikdə isə, mən şəxsən orada Vikipediya haqqında özünüzü buranı idarə edən şəxs kimi göstərən statusunuzu dəstəkləmirəm. Bura ilə bağlı müzakirələr yalnız az-vikidə olmalıdır. Həmçinin Fərid Pərdəşünas kimi şəxslərin sizin statuslarınızı paylaşması və sizi təqdir etməsi, düşünmürəm ki, sizə böyüklük gətirir. Bu daha da çox çətin vəziyyətdə qalan, ağır linç altında qalan həmkarlarınıza qarşı elə özünüzün vurduğunuz zərbə idi. Hansı ki, indi onlardan nəysə umursunuz. Uğurlar! Turkmen müzakirə 04:09, 3 yanvar 2025 (UTC)
- Turkmen, sizin bu yazınız icmanın fikirlərini yayındırmaqdan başqa bir şey deyil, dediyiniz heç bir fikrin əsası və sübutu yoxdur. Daha öncəki müzakirədə özünüz mövzunu yayındırdınız Talış vikipediyası ilə, lakin məni mövzunu yayındırmaqda ittiham edirsiniz. İndi də həmçinin, qeyri-aktivliyim qalıb kənarda elədiyiniz söhbətə bax. Yuxarıdakı suallarımın da heç birinə cavab vermədiniz. Heç dəxli var inzibatçının 6 ayı yenicə tamam olub, bənzər bənd var qaydalarda? SNS və BNS də fəaliyyətimi görməmisiniz. Görməmisiniz? Yoxsa olmayıb orada fəaliyyətim? Zəhmət olmasa daha dəqiq qeydlər aparın. Görməmisinizsə göstərə bilərəm. Son altı ayda 149 inzibatçı əməliyyatı etmişəm siz hələ də 15 deyirsiz. Mən yuxarıda göstərdim axı. Patrullamnanın inzibatçılar üçün şərt olduğu hansı qaydada yazılıb? Bu partullar üçün şərt ola bilər. Silinən şəkillərə gəldikdə isə istifadəsiz fayllar olduğu üçün qaydalara uyğun olaraq silinib və son altı ayda tvinkl ilə kütləvi formada nəisə silməmişəm. Sosial şəbəkə mövzusu daxil olmaqla yuxarıda cavabını açıqladığım bütün mövzularda yanıldığınız da açıq şəkildə aydındır. Bu yazıları necə qəzəbli və nifrət hissi ilə yazdığınız da görünür. Açığı səbəbini anlamasam da öz şəxsi işinizdir. Suallarımı cavablasanız sevinərəm, həm də icma qaydalara bələd olduğunuzu və bürokrat kimi onlara necə əməl etdiyinizi anlayar. Hörmətlə --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 04:29, 3 yanvar 2025 (UTC)
- @Eldarado, sizin dediyiniz inzibatçı hələ yeni seçilib və 6 ayı indilərdə tamam olub. İM-də olarkən sizi mövzudan yayınmamağa dəvət edirdim. Təəssüf ki, orada sizi başa sala bilmədim. Siz isə mənim aktivliyimdən, qruplaşmadan, buranın kimlərsə tərəfindən idarə edilməsindən və yalnız xətri əziz insanın istəyi ilə hüquqlardan imtina edə biləcəyinizdən bəhs edirdiniz. Sizin hüquqlarınız alınanda da mən stüardın müzakirə səhifəsində sizi mövzunu icma ilə müzakirə etməyə dəvət etmişdim, amma siz bundan boyun qaçıraraq oradakı qarışıqlıqdan yararlandınız və hüquqları qaydalara əks şəkildə geri aldınız. İndiyədək nə SNS, nə də BNS-də fəaliyyətinizi görməmişəm. Nə də bu təyinatlı digər səhifələrdə. İl boyu sadəcə 15 inzibatçı əməliyyatı etmisiniz və bir bürokratın bütün il boyu cəmi 1 patrullama etməsi və hələ də "mən aktivəm" deməsi yuxarıda yazdıqlarınızın duyğusal manipulyasiya olduğunu göstərir. Fəaliyyətinizin əsas hissəsi silmələrdir, hansı ki, bunlar tvinkl vasitəsilə küt-silmələr sayılır. Bu əməliyyatları da tələsik etdiyinizə görə çoxu bərpa olunub və xəbərdarlıq almısınız. Fəaliyyətinizin ikinci 6 ayında isə yenə də kütləvi şəkildə fayl silinmələri təşkil edir. Bu faylların təyinatına baxsaq və sosial şəbəkədə şəhidlər mövzusunda silinmələrin əleyhinə olduğunuzu nəzərə alsaq, heç özünüz də nəyi sildiyinizi bilməmisiniz. Ümumi olaraq illik fəaliyyətiniz haqqında burada geniş izah verilib. Zəhmət olmasa icmanın tərtib etdiyi qaydalara və qərarlarına hörmət edin. O hüquqları qaydalara əks şəkildə saxlayırsınız. Ümumiyyətlə sosial şəbəkə mövzusuna gəldikdə isə, mən şəxsən orada Vikipediya haqqında özünüzü buranı idarə edən şəxs kimi göstərən statusunuzu dəstəkləmirəm. Bura ilə bağlı müzakirələr yalnız az-vikidə olmalıdır. Həmçinin Fərid Pərdəşünas kimi şəxslərin sizin statuslarınızı paylaşması və sizi təqdir etməsi, düşünmürəm ki, sizə böyüklük gətirir. Bu daha da çox çətin vəziyyətdə qalan, ağır linç altında qalan həmkarlarınıza qarşı elə özünüzün vurduğunuz zərbə idi. Hansı ki, indi onlardan nəysə umursunuz. Uğurlar! Turkmen müzakirə 04:09, 3 yanvar 2025 (UTC)
- Hörmətli Araz Yaquboglu, zəhmət olmasa qeyd edə bilərsiz dediyiniz hansı qaydalar bunu tələb edir? Hörmətlə --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 03:00, 3 yanvar 2025 (UTC)
- Eldarado, sözügedən inzibatçı kimdir? Müzakirə başlada bilərsiniz haqqında. --► Hörmətlə: SolaVirum 01:45, 6 yanvar 2025 (UTC)
- Salam White Demon, sizin fikrinizcə bu səsvermə qaydalara uyğun təşkil olunub? --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 03:21, 8 yanvar 2025 (UTC)
- Qaydalara uyğunluq deyəndə ki, əgər vikiicmanın böyük hissəsi bir inzibatçıdan narazıdırsa, istənilən halda səsvermənin başladılmasında bir problem görmürəm. Unkillable Demon King 19:48, 9 yanvar 2025 (UTC)
- Səs verəcək olan şəxslərin diqqətinə! vikipediyaçıları aylar əvvəl və elə indi də hədəfə alan, onların həyatını təhlükə altına salan, şəxsi məlumatlarını yayan şəxs öz sosial şəbəkə hesabında Eldaradonu "vətən xainlərinin ona qarşı birləşdiyi vətənpərvər inzibatçı" adlandırıb bu gün. Görün ki, kimlər Vikipediyada inzibatçı olub, təkcə o yox, Vikimedia Fondunda işə düzəlib. Mən onsuz da əmin idim ki, Vikipediyanın daxilində onlarla əməkdaşlıq edənlər var, sağolsunlar, özlərini ifşa edirlər. Qoy biz xain olaq, sizin kimilər də vətənpərvər, onda da görək vətən nə gündə qalacaq. --► Hörmətlə: SolaVirum 22:36, 10 yanvar 2025 (UTC)
- Qaydalara uyğunluq deyəndə ki, əgər vikiicmanın böyük hissəsi bir inzibatçıdan narazıdırsa, istənilən halda səsvermənin başladılmasında bir problem görmürəm. Unkillable Demon King 19:48, 9 yanvar 2025 (UTC)
- Salam White Demon, sizin fikrinizcə bu səsvermə qaydalara uyğun təşkil olunub? --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 03:21, 8 yanvar 2025 (UTC)
- Çox gülməlidir. Vikipediyaçılar hədəf göstərilən vaxt post paylaşıb (indi silib o postu) "məqalələr konsensussuz, haqsız olaraq silinib" deyib onsuz da qaynar olan mübahisələri daha da qızışdıran adamı Sortilegus hələ də dəstəkləyir. Utanmaz utanmaz da deyir ki, admin tələblərini ödəyir. Əslində utanmamasının səbəbi bəllidir, çünki Sortilegus da həmin status paylaşanlardan biri idi. Nə Eldar, nə də Sortilegus həmin müzakirədə iştirak etməmişdilər, amma utanmadan deyirlər ki, konsensus yox idi. Ümumiyyətlə Eldar vikidə bu müzakirəyə heç etiraz belə etməyib. Amma post paylaşıb "mən bürokratam, haqsız yerə siliblər" deyə bilir. Belə baxıram bürokratlıq Eldara sadəcə "mən bürokratam" demək üçün lazımdır.Əvvəlki səsvermədə iştirak edən bəzi istifadəçilər: "etimad göstərən" @Atakhanli, @Qraf, @Nicat49, @Wertuose, @Babək Akifoğlu, qarayaxma vaxtı səsiniz çıxmadı, indi niyə gəlib fikir bildirmirsiniz? Yenə nədənsə qorxursunuz ya Eldarla olan şəxsi münasibətinizin zədələnəcəyindən ehtiyat edirsiniz?
Utanın, 3 ay əvvəl Vikipediyaçıları asıb-öldürməyi təklif edirdilər, indi yenə susacaqsız? @Sura Shukurlu, @Bikar, @Rəcəb Yaxşı, siz də fikir bildirin zəhmət olmasa. Nemoralis (müzakirə) 01:22, 11 yanvar 2025 (UTC)- Mənim mövqeyim əvvəlki səsvermədən bəllidi, uzun-uzadı, mövzudan yayınan müzakirələrdən uzaq olmaq üçün səsvermənin axırlarını gözlüyürdüm, yenə gəldim çıxdım, yenə başqa istiqamətdə olan müzakirəyə.. Digər teq olunmuş istifadəçilər də yazacaq, olacaq ümumiyyətlə başqa istiqamət. 4 gün ərzində səsvermənin baş-ayaq olacağını düşünmürəm. İstər 11 səslə getsin, istər 20 nə fərqi var?
Başa düşürəm, məqalələrə təzyiqə məruz qalmısız, bular da emosiyalardı. Mən məqalələr o cür silindikdə nə cür reaksiya olacağını, silinmə ilə əlaqəsi olmayan inzibatçılara təzyiqə qədər (yaxşı ki, sonra dayandı) ön görmüşdüm. Nəzərə almadan, heç bir zəmin hazırlamadan məqalələri silib, etirazla qarşılaşanda məndən nə cür reaksiya gözlədiyinizi başa düşə bilmirəm.
Məndən sonra şərh yazan istifadəçiləri də inzibatçı seçkisi mövzusundan kənara çıxmamağa çağırıram. — Bikar müzakirə 07:47, 11 yanvar 2025 (UTC)- @Nemoralis, emosiyalarınıza sahib çıxın və ittihamlarınızda diqqətli olun. Kiminsə hər hansı səsvermədə iştirak edib-etməyəcəyi onun öz qərarıdır. Siz düşünürsüz ki, istifadəçilər sosial şəbəkələri bütün günü davamlı "check" etməlidi, kim harda nə yazır, nə edir deyə ? Xəbəriniz var ki, məlum səbəblərdən şəxsən mənə nə qədər təhdid dolu mesajlar gəlib ? Halbuki, mən heç həmin müzakirədə iştirak belə etməmişəm.--Nicat49 ⋠müzakirə⋡ 09:09, 11 yanvar 2025 (UTC)
- @Nicat49, burda heç bir emosional davranış yoxdur. "Məlum səbəblər" dediyiniz səbəblərdən biri də Eldaradonun (və digərlərinin) postu idi. Sosial şəbəkələri yoxlamaq məsələsində haqlısınız, ancaq nəzərə alın ki, bunu qarayaxma kampaniyasının 1 nömrəli şəxsi paylaşmışdı, hansısa təsadüfi şəxs yox. Hər halda sizə də xoş gəlmir əlaqəniz olmayan, iştirak etmədiyiniz şeyə görə təhdid mesajları almaq, düzdür? Mənim sizi və digərlərini teq etmə səbəbim fikir bildirməyiniz üçün sizi bu səsvermədən xəbərdar etməkdir. Bütün icmanı hədəfə almış kampaniyaya bəzi istifadəçilərin səssiz qalması adama xoş gəlmir.@Bikar, mən burda səs sayından danışmıram, əksər inzibatçıların və təcrübəli istifadəçilərin səssizliyindən danışıram. Burdakı səssizliyi heç cürə "könüllülük" ilə əlaqələndirmək olmaz. Qarayaxma ediləndə könüllülük ilə əsaslandırmırdılar. Kimin adını, şəklini tapırdılarsa paylaşırdılar. Vikiicmanın bütövlüyünü pozmağa yönəlmiş kampaniyaya səssiz qalmağı qəbul edə bilmirəm. Axı bu insanlar sənin, mənim fəaliyyətimi pis göstərməyə çalışır? Məxfilik mənim üçün ən önəmli şeydir deyə bilərəm, amma bəzilərinə görə çoxumuzun bu hüququnu tapdalamış oldular. Nemoralis (müzakirə) 14:24, 11 yanvar 2025 (UTC)
- Sadəcə "utanmaq" feili uyğunsuz idi, nə etmiş olsalar da, qayda pozuntusuna qayda pozuntusu ilə cavab vermək doğru deyil. Digər qeydlərinizlə razıyam. Hörmətlə, Qədir (müzakirə) 14:37, 11 yanvar 2025 (UTC)
- @Nemoralis burada utanmalı nə var ki? Sizin də Namizə göstərilən inzibatçının da Vikipediyada böyük rolu olub. AzVikipediya xaricində gedən proseslərdə bu müzakirəyə çəkilib həmçinin hal hazırda qarışıq durumdadır müzakirə və sonluq məlumdur. Fikr bildirməyə gəldikdə isə Son zamanlar Vikipediyada elə çox olmuram (şəxsi işlərimlə əlaqədar) bu müzakirənin gedişatından xəbərsizəm. Qarşıma çıxsaydı müzakirədə çəkinmədən iştirak edərdim -- QRAF☠ (✉ → ♕) 14:51, 11 yanvar 2025 (UTC)
- Rolunun olmadığı inkar edilmir, olub çox əla, təşəkkürlər. Böyük rolunun olmağı belə açıqlamalar verə biləcəyi mənasını vermir. "AzVikipediya xaricində gedən proseslər" dediyiniz şeylər birbaşa Vikipediyanə əlaqələndirirdi. Vikipediyaçıları həbs etmək, yaralamaq, öldürmək filan təklif olunanda bu heç kimin xoşuna gəlmirdi hər-halda. Xəbərsiz idinizsə indi xəbəriniz oldu, zəhmət olmasa, baş verənlərə münasibət bildirin. Sizi teq etməyimin məqsədi xəbərdar etmək idi. Nemoralis (müzakirə) 14:55, 11 yanvar 2025 (UTC)
- P.S gələn fikirlərə əsasən "utanın" sözünü geri götürürəm. Nemoralis (müzakirə) 15:27, 11 yanvar 2025 (UTC)

- @Nemoralis, emosiyalarınıza sahib çıxın və ittihamlarınızda diqqətli olun. Kiminsə hər hansı səsvermədə iştirak edib-etməyəcəyi onun öz qərarıdır. Siz düşünürsüz ki, istifadəçilər sosial şəbəkələri bütün günü davamlı "check" etməlidi, kim harda nə yazır, nə edir deyə ? Xəbəriniz var ki, məlum səbəblərdən şəxsən mənə nə qədər təhdid dolu mesajlar gəlib ? Halbuki, mən heç həmin müzakirədə iştirak belə etməmişəm.--Nicat49 ⋠müzakirə⋡ 09:09, 11 yanvar 2025 (UTC)
- Mənim mövqeyim əvvəlki səsvermədən bəllidi, uzun-uzadı, mövzudan yayınan müzakirələrdən uzaq olmaq üçün səsvermənin axırlarını gözlüyürdüm, yenə gəldim çıxdım, yenə başqa istiqamətdə olan müzakirəyə.. Digər teq olunmuş istifadəçilər də yazacaq, olacaq ümumiyyətlə başqa istiqamət. 4 gün ərzində səsvermənin baş-ayaq olacağını düşünmürəm. İstər 11 səslə getsin, istər 20 nə fərqi var?
- Şərh: Fikrlərini bildirən hər kəsə təşəkkür edirəm. Burada əleyhimə yalan və absurd ifadələr yazmaqla nəisə dəyişən deyil, kimin nə cür insan olduğunu bütün icma tanıyır zatən. Son olaraq burada bu mövzu ilə bağlı fikirlərimi yazım daha sonra isə sonu bəlli olan müzakirənin sonuna kimi kimsə müzakirəni uzatmasa sevinərəm. Son 2-3 ilə kimi vikipediyada çalışmaqdan çox zövq alırdım. Heç vaxt heç bir maddi marağım olmadan fəaliyyət göstərmişəm. Həm istifadəçi həm də inzibatçı kimi həvəslə çalışmışam. Bundan sonra da vaxtım olduqca fəaliyyətimə davam edəcəyəm. İnzibatçı statusumun alınmasına belə qarşı çıxmağımın tək səbəbi var o da haqsızlıq, məqsədli və birlikdə mənə qarşı hərəkət edilməsidir, bundan əlavə isə qaydaların pozulması. Lakin artıq cəmiyyət bu qərarı istəyirsə buna qarşı nəisə demək doğru olmaz. ChanisCaucasi, iftira atmaq yaxşı şey deyil, necəki özün də yaşamısan bu hissləri. Kimsə deyə bilməz ki, mən kiməsə kiminsə şəxsi məlumatlarını ötürmüşəm. Bu hərəkəti heç vaxt eyni dam altında fəaliyyət göstərdiyim yoldaşlara qarşı etmərəm. Mən bəzi insanlar kimi bir masada çörək kəsib daha sonra ona qarşı yalan və iftiralar atacaq qədər xaraktersiz insan deyiləm. Tanıyanlar bilir. Mübarizəni də gərək qürurla və sağlam şəkildə aparasan. (Bu son cümləm ümumi fikir idi sizə aid deyil) Facebook statusumla bağlı isə bunu deyə bilərəm. Həmin aylar şəxsi həyatım və səhətimlə bağlı nəinki vikipediyadan çox şeydən uzaq qalmışdır. Bir neçə gündən bir daxil olub çıxa bilirdim. Nə vikipediyada nə də sosial şəbəkələrdəki müzakirələri izləyə bilmirdim. sadəcə xeyli zəng və mesajlardan sonra istədim ki, fikirlərimi yazım bəlkə ara bir qədər sakitləşər. Bunu son cümlələri oxusanız aydın şəkildə anlayarsınız. Ara sakitləşəndən sonra isə təbii ki, sildim. Lakin bu postu hərə bir tərəfə yozdu. Fərid Pərdəşünas ilə Yer kürəsində olan heç bir əlaqə vasitəsi ilə bircə kəlmə belə söhbətimiz olmayıb. Əksini iddia edən varsa şər atmasınlar sübut etsinlər. ChanisCaucasi, bir zamanlar hörmət etdiyim, viki həmkarlardan bu gün bəziləri mənə qarşı xoş olmayan və yalan ittihamlar irəli sürürlər. Onlar arasında bircə siz mənə qarşı çıxsaz da yalan və absurd ittihamlar irəli sürmürdüz, siz də etdiz. Fikirlərim bu qədər, statusumun alınması və ya qalması zərrə qədər məni narahat etmir. Alındıqdan sonra yığışıb qeyd edib, böyük bir iş görmüş kimi hər yerdə belə təmizlik aparırıq elə təmizlik aparırıq kimi ifadələrlə özünüzü nəsə önəmli bir işi aşırtmış kimi göstərməyin :) Hər kəsə vikipediyada və real həyatda uğurlar arzulayıram. Hörmətlə --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 03:50, 12 yanvar 2025 (UTC)
- Eldarado, mən ittiham irəli sürmürəm. Faktiki olaraq, kampaniyanın ilkin təşkilatçısı olan şəxs vaxtilə sizin sözlərizi paylaşıb əsas gətirib ki, niyə belə kampaniya sürdürülməli idi, biz niyə "xainik". Bu günlərdə də ikinci şəxs sizi bəh-bəhlə tərifləyib. Hər halda, olaylardan bitəndən sonra "mən heç nə etmədim" deməyə nə lüzum var? Etdiyiniz, sözügedən kampaniyaya "töhfəniz" ortadadır. Bunu inkar etmək nə qazandırır? Düzdür, "Nemoralis"in ritorikası ilə razı deyiləm, amma etmisiniz də belə şey. "Mübarizəni də gərək qürurla və sağlam şəkildə aparasan". Siz etdiyinizin mahiyyətinimi başa düşmürsünüz, yoxsa bilməzliyə qoymusunuz özünüzü? --► Hörmətlə: ChanisCaucasi 04:16, 12 yanvar 2025 (UTC)
- Eldarado, açıq deyim, keçdiyim viki yolunda ən çox sizinlə problem yaşamışam, məni dəfələrlə bloklamısınız, düz olanı da olub, səhvi də. Sizə qarşı qərəzim olmayıb, olsa idi, viki daxili məsələ barədə sizinlə əlaqə yaradıb kömək istəməzdim yəqin ki. Blokları da təcrübə kimi görmüşəm və sonra özümü təkmilləşdirirək etimad qazanıb inzibatçı seçilmişəm (siz də məni dəstəkləmisiniz). Amma mənim mövqeyim, əlbəttə, buna əsaslanmır. Toğrul qeyd etdiyi kimi, burada səs verənlər hamısı uzunmüddətli fəaliyyətləri ilə bilinirlər. Həmin postu paylaşmağınız və viki daxili fəaliyyətləriniz, əfsuslar olsun ki, düzgün olmadı. Vikidənkənar, amma viki ilə əlaqəli proseslər, təbii ki, bura birbaşa təsir edir və nəticələri olur. Sübut oluna bilməyən çox məsələ var onsuz (eləcə də iddia etdiyiniz qruplaşma kimlərdən ibarətdir bilmirəm, ya da varmı elə şey), amma heç kim dünən gəlməyib bura, hamı hər şeyi başa düşür. Məsələn, mən şübhələnirəm ki, siz vaxtilə mənim şəxsi məlumatımı bir istifadəçiyə vermisiniz və oda məni üstüörtülü şəkildə hədələyib. Bu hadisə illər əvvəl olub, o ara da sizinlə problem yaşayırdıq, siz də inzibatçı idiz və silinmiş məlumatı istifadəçiyə ötürdüyünüzü düşünürəm. İttiham deyil, onsuz sübutu mümkün deyil, sübutu olsa, qlobal bloklanardız. Etibar problemi ciddi məsələdir, ona görə də belə problem yaşanan istifadəçilər bu statusu daşımamalıdır deyə düşünürəm. Nəysə, bunlar səmimi fikirlərimdir, ümid edirəm ki, istifadəçi kimi töhfə verməyə davam edəcəksiniz. Xidmətləriniz üçün təşəkkürlər və bundan sonrakı fəaliyyətlərinizdə sizə uğurlar! Hörmətlə, Qədir (müzakirə) 04:33, 12 yanvar 2025 (UTC)
- @Gadir, @ChanisCaucasi, @Nemoralis, mən düşünmürəm ki, istifadəçinin şərhləri diqqətə alınasıdır. Çünki yetkin fikirlər deyil. Burada heçkəs o qədər önəmli deyil ki, o gedəndə dediyi kimi "bayram keçirilsin". Şəxsən sorğuda və bu səsvermədə mənimlə 2-3 kəlmə kəsəndən sonra buna əmin oldum ki, istifadəçi ciddi müzakirə aparılası vəziyyətdə deyil. O ki, qaldı özünü yazıq göstərməyinə (manipuliyasiya), belə şeylərə ehtiyac yoxdu. Biraz möhkəm olmaq lazımdır. Hər kəsə xoş vikilər! Turkmen müzakirə 09:18, 12 yanvar 2025 (UTC)
- Problem yoxdur. Mən sadəcə mövqeyimi əsaslandırmaq və obyektivlik üçün bu açıqlamanı vermək fikrində idim və indi yazmağa vaxt tapa bildim. Hörmətlə, Qədir (müzakirə) 09:43, 12 yanvar 2025 (UTC)
- @Gadir, @ChanisCaucasi, @Nemoralis, mən düşünmürəm ki, istifadəçinin şərhləri diqqətə alınasıdır. Çünki yetkin fikirlər deyil. Burada heçkəs o qədər önəmli deyil ki, o gedəndə dediyi kimi "bayram keçirilsin". Şəxsən sorğuda və bu səsvermədə mənimlə 2-3 kəlmə kəsəndən sonra buna əmin oldum ki, istifadəçi ciddi müzakirə aparılası vəziyyətdə deyil. O ki, qaldı özünü yazıq göstərməyinə (manipuliyasiya), belə şeylərə ehtiyac yoxdu. Biraz möhkəm olmaq lazımdır. Hər kəsə xoş vikilər! Turkmen müzakirə 09:18, 12 yanvar 2025 (UTC)
- ChanisCaucasi, yenə de deyirəm, həyatım boyu heç bir kontaktım olmadığı şəxslə iş birliyi etdiyimi deyirsiniz, yəni dedikləriniz açıq şəkildə bu mənaya gəlir. Yazdıqlarımı isə hərə istədiyi kimi şərh edə bilər. Reallıqda isə mövzunun sakitləşməsi yönündə idi. Hər kəs öz fikrini ifadə etməkdə azaddır və mən də öz mövqeyimi bildirmişəm. İstədiyiniz kimi şərh edib iradınızı dilə gətirə bilərsiniz ama ittiham yox. Gadir, qeyd etdiyim şəxslər arasında siz yoxsunuz. Onlar özləri çox gözəl bilirlər kimləri nəzərdə tuturam. Biz ümumiyyətlə şəxsən tanışıq? Mən sizi tanıdığımı sanmıram. Heç aramızda yaşanan mübahisəni belə xatırlamıram. Hər şey bir kənara tanımadığım şəxs haqqında necə kiməsə şəxsi məlumatlarını ötürüm. Yuxarıda da qeyd etdiyim kimi həyatım boyu kiminsə məlumatını kiməsə ötürməmişəm, istər viki mövzusunda istərsə də vikidən kənar. Turkmen, bu qədər tərbiyəsiz ifadələr işlətməyə nə ehtiyac var? Yazıq o insandır ki, şəxsi münasibətləri və söhbətləri vikiyə daşıyır. Bayram keçirən görməsəm o ifadəni işlətmərəm. Demək ki, keçirənlər var ki, yazmışam. --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 22:04, 12 yanvar 2025 (UTC)
- Əlbəttə, şəxsi münasibətləri olan dostunun istənilən hərəkətinə göz yumub, sona qədər müdafiə edib qorumaq tərbiyəsizlərə xas hərəkətdir. Həmçinin çiyin-çiyinə çalışdığı həmkarlarının linç edilməsinə dəstək vermək də bu qəbildəndir. Mənə gəldikdə isə indi bayram edirəm, Barselona FK superkubokda qalib gəlib. Sizinlə nəysə "şəxsi problemim" olsa, əlaqə saxlayacam birbaşa özünüzlə. Hələki mənə qarşı "şəxsi" səhviniz olmayıb. Yenə də deyirəm, möhkəm olun! 2 hüquq üçün özünüzü bu vəziyyətlərə salmayın. Adam istənilmədiyi yerdə durmaz. Turkmen müzakirə 22:13, 12 yanvar 2025 (UTC)
- "Mövzunun sakitləşməsi" yönündə olan yazıda "haqsız və konsensussuz siliblər" yazmırlar. Hər kəs öz fikrini ifadə etməkdə azaddır, bəli. Day siz və əlbir olduğunuz yoldaşlarınız kimi azad fikir bildirənləri hədəf göstərmək azad fikir sayılmır. Sizin və o yoldaşlarınızın adı Vikipediya tarixində "müstəqil redaktorları hədəf göstərənlər" adı ilə tanınacaq. Sizin isə mənlə heç bir şəxsi probleminiz ola da bilməz, olsa müvafiq yerlərdən cavabınızı alacaqsınız, heç narahat olmayın. Axırınızın dostunuz kimi olmasını istəmirsinizsə elə burdaca imtina edin hüquqlarınızdan, heç olmasa axırıncı dəfə barənizdə müsbət danışılsın. Hər halda köhnə inzibatçılar siyahısında inzibatçılıqdan çıxarılma səbəbi hissəsinə "istefa" yazılması "icmanın qərarı ilə" yazılmasından yaxşıdır. Mən sizi düşünürəm ha. Sizin məni düşünməyinizdən fərqli olaraq. Nemoralis (müzakirə) 22:46, 12 yanvar 2025 (UTC)
- İstifadəçinin "istefa" etməsinin tərəfdarı deyiləm, müzakirə heç sayılmış olur. --► Hörmətlə: ChanisCaucasi 23:56, 12 yanvar 2025 (UTC)
Yekunlaşdırma
- Səs verənlər — 19
- Etibarsız səs sayı — 0
- Etibarlı səs sayı — 19
- Lehinə — 15
- Əleyhinə — 3
- Bitərəf — 1
Yekun nəticə: Səsvermənin nəticələri Vikipediya:İnzibatçıların və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq Eldarado (müzakirə • töhfələr • statistikalar)-dan latın əlifbalı Azərbaycan dilində olan vikipediyanın inzibatçısı və bürokratı statusu alınmışdır. — Turkmen müzakirə 07:37, 15 yanvar 2025 (UTC)