Vikipediya Arbitraj Komitesine Muraciet - Wikipedia
Vikipediya Arbitraj Komitesine Muraciet - Wikipedia - Haqqında Məlumat
Bu səhifədə Azərbaycan dilində olan Vikipediyanın istifadəçiləri tərəfindən xüsusi olaraq seçilmiş və müvafiq səlahiyyəti olan Arbitraj Komitəsinin son qərar verməsi üçün ərizələr qəbul edilir. Komitəyə müraciət digər yollarla həlli mümkün olmayan hallarda edilməlidir.
Arbitraj Komitəsi viki-cəmiyyətdə münaqişələrin həlli üçün son və qəti qərar verən instansiyadır. Onun Azərbaycan dilində olan Vikipediyanın inkişaf xəttini müəyyənləşdirmək və qaydalar qəbul etmək səlahiyyəti yoxdur. Ancaq o həmin qaydaların izahını vermək hüququna malikdir.
Arbitraj Komitəsinin qərarları aşağıdakı səhifələrdən birində yerləşdirilir:
- Arbitraj Komitəsinin qərarları — müraciətlər əsasında qəbul edilmiş qərarlar. Burada konkret istifadəçilər haqqında qəbul edilmiş qərarlar da yerləşdirilir.
- Vikipediya:Arbitraj Komitəsi tərəfindən baxılması məqbul sayılmayan müraciətlər — Arbitraj Komitəsi hər hansı ərizənin baxılmasını məqbil saymırsa (müzakirə və ya səsvermə ilə), ərizə "Arbitraj Komitəsində dayandırılmış ərizələr" siyahısına daxil edilir.
Ərizənin müzakirəsində yalnız Arbitraj Komitəsi üzvləri iştirak edə bilər.
Müraciətlərin qəbulu
redaktəVikipediya:Arbitraj Komitəsinə müraciət forması