Vikipediya Bilirsinizmi 10 Hefte 2022 - Wikipedia
Vikipediya Bilirsinizmi 10 Hefte 2022 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən
- İddiaya görə, Filadelfiya təcrübəsi zamanı ABŞ donanmasına aid mühafizəçi mina gəmisi olan 1240 tonluq "USS Eldridge" (şəkildə) bir neçə dəqiqə içərisində 600 km-dən uzaq məsafəyə gedib-qayıtmışdır.
- Varşava gettosunda saxlanılan yəhudilərin 254 000 min nəfərə yaxını 1942-ci ilin yay aylarında Treblinka ölüm düşərgəsinə göndərilərək öldürülmüşdür.
- Nobel mükafatı laureatı Robert Mandell tərəfindən yaradılmış Mandell-Fleminq modeli açıq iqtisadiyyatda monetar və fiskal siyasətin həyata keçirilməsi zamanı istinad edilən hakim paradiqmadır.
- Baş barmaq bilək-əldarağı oynağı—trapesiyaşəkilli sümüyün I daraq sümüyü ilə birləşməsindən əmələ gəlir.
- Sakit okeanın qərbində yerləşən Marian çökəkliyi dünyada məlum olan çökəkliklərdən ən dərinidir.
- Odlu Torpaq arxipelaqı ilə Cənubi Amerika materikini bir-birindən ayıran Magellan boğazını keçən ilk avropalı Fernan Magellandır.
- 1864-1870-ci illərdə baş vermiş Paraqvay müharibəsi zamanı Paraqvayın bütün infrastrukturu dağılır və o Latın Amerikasının ən geridə qalmış ölkəsinə çevrilir.