Vikipediya Bilirsinizmi 11 Hefte 2023 - Wikipedia
Vikipediya Bilirsinizmi 11 Hefte 2023 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən
- Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.
- Yuan sülaləsinin əsasını qoymuş Xubilay xan 1260-cı ilin avqustunda "çao" adlanan ilk vahid kağız pulu yaradıb.
- İslandca danışmaq mənasını verən "seqja" sözündən törəyən saqa sözünün lüğəvi mənası deyilən, söylənmiş deməkdir.
- Sankt-Peterburqun mərkəzində yerləşən Rostral sütun (şəkildə) XIX əsrdə Rusiyanın şimal paytaxtının liman mayakı kimi istifadə olunmuşdur.
- Vatikandakı Müqəddəs Pyotr bazilikasında saxlanılan məşhur "Pyeta" heykəli Romada təmsilçi olan Fransız kardinal Jan Bilyer de Laqraulasın himayəsi ilə Mikelancelo Buonarotti tərəfindən hazırlanmışdır.
- Cənubi Amerika ərazisində yerləşən Uruqvay çayının adı Quarani dilindən tərcümədə "rəngli quşların çayı" mənasını verir.