Vikipediya Bilirsinizmi 15 Hefte 2017 - Wikipedia
Vikipediya Bilirsinizmi 15 Hefte 2017 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən
- Qədim Yunanıstanda vətəndaşların kirəmit parçaları ilə səsvermə vasitəsilə ölkədən qovulması Ostrakizm adlanırdı.
- Daniel Defonun məşhur Robinzon Kruzo əsərini şotland dənizçi Aleksandr Selkirkin başına gəlmiş hadisəni eşitdikdən sonra yazmışdır. Selkirik 1704-cü ildən etibarən tək Robinzon Kruzo adasında 4 il 4 ay yaşamışdır.
- Antik dövrün məşhur yunan alimi, riyaziyyatçısı Arximed Roma əsgərləri ilə aralarında düşən mübahisədən sonra öldürülmüşdür.
- 1066-cı ildə baş vermiş Qranada qətliamı nəticəsindən 4 mindən çox yəhudi öldürülmüşdür. Hadisələr kral sarayında vəzir kimi çalışan Yozef ibn Nagrelanın öldürülməsindən sonra başlamışdır.
- 1318-1765-ci illər aralığında mövcud olmuş Naxçıvan arxiyepiskopluğunun Baş kafedral kilsəsi Baş Aparan kəndində yerləşmişdir. 26 rahibin fəaliyyət göstərdiyi arxiyepiskopluğ özündə 360 katolik ailəsini birləşdirirdi. 1682-ci ildə artıq 7000 katolik əhaliyə sahib idi.