Vikipediya Bilirsinizmi 17 Hefte 2024 - Wikipedia
Vikipediya Bilirsinizmi 17 Hefte 2024 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən
- Azərbaycan polyaklarından olan mexanik və mesenat Vitold Zqlenitski xeyriyyəçilik fəaliyyətlərinə görə Bakıda Polşalı Nobel kimi tanınırdı.
- Behbud Mustafayev Roma-Katolik kilsəsi tarixində katolik din xadimi olan ilk azərbaycanlıdır.
- Hyu Qlass (şəkildə) qrizli ayısı tərəfindən hücuma məruz qalmasına baxmayaraq 200 mil (320 km) məsafə qət edərək, sağ qalmağı bacarmışdır.
- XX əsrdə Amerikada kommunistlərə qarşı Qırmızı təhlükə təbliğatı aparılmışdır.
- Edqar Allan Ponun Qələbəliklərin adamı hekayəsi əsas obrazın London küçələrində tanımadığı bir nəfəri təqib etməsindən bəhs edir.
- 1930-cu illərin əfsanəvi mafiya rəhbərlərindən olan Al Kapone bir müddət Kaliforniya ştatının, San Fransisko şəhərində yerləşən Alkatraz həbsxanasında saxlanılmışdır.
- Rus mistik Qriqori Yefimoviç Rasputinin ölümündən sonra evində tapılmış məktublarında sui-qəsd yolu ilə öldürüləcəyini yazmışdır.