Vikipediya Bilirsinizmi 21 Hefte 2023 - Wikipedia
Vikipediya Bilirsinizmi 21 Hefte 2023 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən Çili haqqında məlumatlar...
- Çilinin 3.600 km qərbində yerləşən və ölkəyə məxsus olan Pasxa adasındakı Moai daş heykəllərinin hündürlüyü 20 metrəyə çatır. Heykəllərin kim tərəfindən, nə zaman və hansı məqsədlərlə hazırlandığı hələ də naməlum olaraq qalmaqdadır.
- Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri olan Abbas Atamalıbəyov 1948-ci ildə Santyaqo şəhərinə köçmüş, 1966-cı ilə qədər Türkiyə səfirliyində katib vəzifəsində çalışmışdır.
- Çilidə yer kürəsinin ən yüksək dağ göllərindən biri olan Çunqara gölü yerləşir. Dəniz səviyyəsindən onun hamar səthinə qədər olan məsafə — 4570 metr təşkil etməkdədir. Gölün özündə və sahillərində 130-dan çox heyvan və bitki növü yaşamaqdadır.
- Dünyada seçkilər vasitəsi ilə hakimiyyətə qəlmiş ilk marksist prezident olan Salvador Alyende 1974-cü ildə hərbçi Auqusto Pinoçet tərəfindən hərbi çevrilişlə hakimiyyətdən kənarlaşdırılmışdır. Hərbi çevriliş nəticəsində 4 min nəfər edam edilmiş, minlərlə şəxs işgəncələrə məruz qalmış və bir milyona yaxın ölkə vətəndaşı ölkəni tərk etmək məcburiyyətində qalmışdır.
- Çilidə 105.000 km² ərazini əhatə edən Atakama səhrası yer kürəsinin ən quraq yerlərindən biridir. Burada 400 il ərzində əhəmiyyətli yağıntılar düşməyib. Alimlər müəyyən ediblər ki, təxminən 120.000 il əvvəl Atakamadan çaylar keçib, lakin sonralar quruyub və bu da ərazinin səhralaşmasına gətirib çıxarıb. Məşhur inancın əksinə olaraq, səhra tamamilə Çiliyə aid deyil. Onun bir hissəsi Perudadır.