Vikipediya Bilirsinizmi 21 Hefte 2024 - Wikipedia
Vikipediya Bilirsinizmi 21 Hefte 2024 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən
- Nərimanov rayonunda Fətəlixan Xoyski küçəsinə və Heydər Əliyev prospektinə paralel olan Təbriz küçəsinin keçmiş adı Çapayev olmuşdur.
- Ölü dilə çevrilmək üzrə olan Yurakare dilində 2004-cü ilin məlumatına görə təxminən 2700 nəfər danışır.
- Alban yazıçısı olan Musine Kokalari (şəkildə) Albaniyada kitabı çap edilən ilk qadın yazardır.
- Tempera rəssamlıq texnikası ənənəvi olaraq, yumurta, yapışqan, su, bal və müxtəlif bitki yapışqanları kimi vasitələr və ya boyalara əllə narın hala salınmış tozvari piqmentlərlərin əlavə olunması ilə yaradılır.
- Aleksandr sütununu bəzən Aleksandr Puşkinin “Abidə” şeirinə əsasən "İsgəndəriyyə sütunu" adlandırırlar.
- Praqa qəsrində yerləşən barokko üslublu Lobkovitz sarayı şəxsi mülkiyyətdə olan Praqa qəsrinin yeganə binasıdır.