Vikipediya Bilirsinizmi 23 Hefte 2024 - Wikipedia
Vikipediya Bilirsinizmi 23 Hefte 2024 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən:
- Frenk Morris (şəkildə) və Con və Klarens Anqlin qardaşları 1962-ci ilin iyununda Alkatraz həbsxanasından qaçdılar. 4 nəfərlik qrupa Alen Vest də daxil idi, lakin yavaş hərəkət etdiyinə görə o, uğursuz olmuşdur. Onların boğulduqlarına inanılsa da, illər boyunca bu istiqamətdə heç bir sübut tapıla bilmədi. Federal Təhqiqatlar Bürosu onların axtarışına dair istinaq işinə 2030-cu ildə, qaçanların yaşının 100-ü keçəcəyi vaxt xitam veriləcəyini bildirmişdir. Qrupun lideri olan Morrisin ölçülən IQ testinə görə 133 IQ ilə ümumi əhalinin ilk 2%-də yer aldığı bildirilmişdir.
- Albert Eynşteyn öldükdən sonra müqəddəsləşdirilməməsi üçün cəsədinin yandırılmasını istəsə də, onun beyni meyityarma zamanı xəstananın o gecə növbətçisi patalojist Tomas Harvey tərəfindən oğurlandı. Harvey beyni elmi araşdırmalar üçün istifadə edəcəyinə söz verdi, beləcə Eynşteynin ailəsi buna razılıq verdi. O, beyini yalnız 53 il sonra geri verdi və 3 il sonra da öldü.
- Çin dili 1 milyarddan artıq insanın ana dili olması ilə danışanların sayına görə, hətta ingilis dilini də qabaqlayaraq dünyada birinciliyini qoruyur.