Vikipediya Bilirsinizmi 24 Hefte 2015 - Wikipedia
Vikipediya Bilirsinizmi 24 Hefte 2015 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən
- Şirvan xalçaçılıq məktəbinin ən məşhur kompozisiyalarından olan Bico xalçaları (şəkildə) hazırda Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndinin adını daşıyır.
- 4 qat olimpiya çempionu Cessi Ouens 1936 yay Olimpiya oyunlarında irqçiliyə qarşı mübarizəsinə görə 1976-cı ildə Olimpiya ordeni ilə təltif edilib.
- Cənubi Amerika ərazisində yerləşən Uruqvay çayının adı Quarani dilindən tərcümədə "rəngli quşların çayı" mənasını verir.
- Dəmir adam komiks personajı komiks ustası Sten Li, ssenarist Lari Liber, rəssam Don Hek və dizayner Cek Kirbi tərəfindən 1963-cü ildə yaradılmış və ilk dəfə "Qorxulu hekayələr"in 39-cu sayında çıxmışdır.
- Alman katolik keşişi Yohan Martin Şleyer tərəfindən 1879-cu ildə yaradılan süni beynəlxalq Volapük danışıq dilinin əlifbası 27 hərfdən ibarətdir.
- İngilis dilində çıxan The Daily Talk divar qəzeti Liberiyanın paytaxtı Monroviya şəhərində Tamben bulvarında qara lövhə üzərində təbaşirlə yazılır.