Vikipediya Bilirsinizmi 26 Hefte 2016 - Wikipedia
Vikipediya Bilirsinizmi 26 Hefte 2016 - Wikipedia - Haqqında Məlumat
- 1962-ci il Karib böhranı ABŞ-ın Türkiyədəki və SSRİ-nin Kubadakı nüvə silahlarını çıxarmağa razılıq verməsi ilə başa çatmışdı.
- İngilis yazıçısı Yan Fleminq 1953-cü ildə yaratdığı Ceyms Bond obrazının adını eyniadlı ingilis ornitoloqunun (şəkildə) adından götürmüşdür.
- Dünyanın ən böyük 10 şirkətinin ümumi bazar dəyəri 3,5 trilyon ABŞ dollarından artıqdır və hamısı ABŞ şirkətləridir.
- Altamira mağarasındakı bəzi rəsmlərin neandertal insanı tərəfindən yaradılmış ola biləcəyi güman edilir.
- Napoleon Bonapartın sevimli atı Marenqo öz adını 1800-cü ildə Şimali İtaliyada baş vermiş Marenqo döyüşünün şərəfinə almışdır.