Vikipediya Bilirsinizmi 27 Hefte 2024 - Wikipedia
Vikipediya Bilirsinizmi 27 Hefte 2024 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən:
- Laymen Frenk Baumun "Öz ölkəsindən olan sehrbaz" nağıllar kitabının mexaniki insan olan "Tik-Tok" (şəkildə) personajı ədəbiyyatda robotun ilk nümunələrindən hesab edilir.
- Azərbaycan kinosunda ilk dəfə Stalin və Mir Cəfər Bağırovun obrazı Bakı neftçiləri haqqında bəhs edən "Bakının işıqları" filmində yaradılmışdır.
- Sakit okeanın qərbində yerləşən Marian çökəkliyi dünyada məlum olan çökəkliklərdən ən dərinidir.
- Axtarış sistemi "Google"-a "What is the loneliest number?" (azərb. Ən tənha ədəd hansıdır?") yazdıqda nəticə kimi "1" ədədi çıxır.
- Hinduizm dinində olan sati ritualına görə qadın ölmüş əri ilə birlikdə yandırılırdı. İnanca əsasən qadının odun içində yanması onun bütün günahlardan təmizlənməsi ilə nəticələnirdi. Ritual 1920-ci ildə Nepalda, 1988-ci ildə isə Hindistanda qadağan edilmişdir.