Vikipediya Bilirsinizmi 35 Hefte 2023 - Wikipedia
Vikipediya Bilirsinizmi 35 Hefte 2023 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən Kamboca haqqında məlumatlar...
- Kambocada partizan müharibəsi ilə hakimiyyətə gələrək 1975–1979-cu illərdə ölkəni idarə edən radikal Qırmızı khmerlərin və onun rəhbəri Pol Potun hakimiyyəti zamanı 2 milyondan çox insan həlak olmuşdur.
- Kambocanın Vyetnam ilə həmsərhəd olan cənub-şərq hissələrində, ya da Tonlesap gölündə və Mekonq çayındakı qayıqxanalarda sayları yarım milyona yaxın olan Kamboca vyetnamlıları yaşamaqdadır.
- Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmiş, Siemreap şəhərindən 5 km məsafədə yerləşən Anqkor Vat məbədi tanrı Vişnaya həsr edilmiş nəhəng hinduizm kompleksidir. Məbəd hər il 3 milyona yaxın turist tərəfindən ziyarət edilir.
- Kamboca bayrağı üzərində bina təsviri olan yeganə ölkə bayrağıdır. 1948-ci ildən etibarən istifadə olunan bayrağın üzərində Anqkor Vat hinduizm kompleksi əks olunmuşdur.
- Dünyada ən çox partlamamış minaların Kambocada olduğu təxmin edilir. XX əsr boyunca ölkədə baş vermiş müxtəlif müharibələr, daxili toqquşmalar nəticəsində ən azı 8-10 milyon civarında mina basdırılıb və bunların bir çoxu aktiv vəziyyətdə qalmaqdadır. Kambocada minalanmış ərazilərə görə 40 mindən çox ölkə sakini həyatını itirib və ya ağır xəsarətlər alıblar.