Vikipediya Bilirsinizmi 36 Hefte 2014 - Wikipedia
Vikipediya Bilirsinizmi 36 Hefte 2014 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən
- Meksikanın 34-cü prezidenti olmuş Pedro Laskurain tarixdə ən qısa müddət - cəmi 45 dəqiqəlik prezident vəzifəsini tutaraq "Ginnesin Rekordlar Kitabı"na düşmüşdür.
- İrena Sendler Varşava gettosundan 2500-dən çox yəhudi uşağın həyatını xilas etmişdir.
- 2008-ci ildə Şotlandiyada həkimlərə ağ xalatdan istifadə etmək qadağan edilmişdir.
- Dünyada ən böyük Nyuton beşiyinə (şəkildə) Miçiqan ştatının Kalamazoo şəhərində rast gəlmək olar. O, hər biri 6,8 kq olan 16 boulinq şarından ibarətdir.
- Mu qitəsi barədə məlumatlar Atatürkün diqqətini çəkmiş və bu sahədə araşdırma aparmaq üçün xüsusi tarixçi alim qrupu müəyyənləşdirmişdi.
- Azərbaycanın ən hündür körpüsü Qrız körpüsüdür.
- Planetlərin paradı 179 ildən bir baş verir.
- Səthi qorxulu tikanlarla örtülü olan kivanonun dadı banan, kivi və limonun qarışığına bənzəsə də, meyvədən yemiş ətri gəlir.