Vikipediya Bilirsinizmi 37 Hefte 2014 - Wikipedia
Vikipediya Bilirsinizmi 37 Hefte 2014 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən
- Kraliça Annanın Əsasnaməsi (şəkildə) nəşr edilən əsərin qorunmasına şəxsi hüquq verən intellektual mülkiyyət haqqında dünyada ilk aktdır.
- 1896-cı ildə keçirilmiş ilk müasir Olimpiya oyunlarında qələbə qazanan idmançılara verilən medallar qızıldan yox, gümüşdən idi.
- Dünyada ilk kalkulyator olan arifmometrdən 90 il ərzində istifadə edilmişdir.
- "Vağzalı" rəqsinin özü "vağzal" sözündən daha əvvəl yaranıb.
- Toyuq korluğunun əsas müalicəsi çoxlu sayda A vitamini qəbul etməkdir.
- Norveç kralı olmuş V Olaf maşını özü sürür, xalq arasına tərəddüdsüz çıxırdı. Ona bu barədə sual verildikdə isə "Mənim 4 milyon qoruyucum var" demişdi.
- Futbolda birinci qayda oyun meydançası barəsindədir.
- Dünyanın ən böyük mağarası Vyetnamda yerləşən Şondonq mağarasıdır.