Vikipediya Bilirsinizmi 37 Hefte 2018 - Wikipedia
Vikipediya Bilirsinizmi 37 Hefte 2018 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən
- 712-ci ildə Nara dövründə O no Yasumaro tərəfindən yazılmış Kociki salnaməsini bəzən Yaponiyanın Bibliyası adlandırırlar.
- ABŞ-ın Nebraska ştatının Allayans şəhərində yerləşən Karhenc abidəsi Stounhencin boz spreylə rənglənmiş köhnə ABŞ avtomobillərindən hazırlanmış təqlididir.
- Bolqar xeyirxah Dobri Dobrev hər gün 20 kilometr məsafəni piyada qət edərək Sofiyada yerləşən Aleksandr Nevski kafedralının önündə xeyriyyə məqsədilə pul yığırdı.
- Yaponiyada şəkərdən müxtəlif formada heykəllər hazırlamaq sənəti amezayku adlanır.
- 1982-ci ildə İspaniyada oynanan və tarixə "Xixon rüsvayçılığı" adı ilə düşən AFR-Avstriya futbol matçından sonra dünya çempionatlarında hər qrupun son iki oyunu eyni saatda keçirilir.