Vikipediya Bilirsinizmi 39 Hefte 2022 - Wikipedia
Vikipediya Bilirsinizmi 39 Hefte 2022 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən
- Azərbaycan geoloqu Fərman Salmanov 1961-ci ildə Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etdiyi üçün 2019-cu ildə Rusiyanın Surqut hava limanına onun adı verilib.
- Böyük Britaniyanın Yaponiyadakı ilk nümayəndəsi olmuş Rezerford Alkok Fuci dağına dırmaşmış ilk qeyri-yapon şəxs olmuşdur.
- Daima donuşluq səbəbindən çürüməyən cəsədlər ağ ayıların diqqətini cəlb etdiyinə görə Norveçin Lonqyirbyuen şəhərində ölmək qadağan olunub.
- Kanadada yerləşən Yatkayed gölüdəki adanın gölündəki adanın gölündəki adanın gölündə ada var və bu xüsusiyyətə malik dünyadakı yeganə yerdir.
- Alyaska bayrağının yaradıcısı Benni Benson (şəkildə) 1927-ci ildə Alyaska ərazisi üçün keçirilən bayraq müsabiqəsində qalib gələrkən cəmi 13 yaşında idi və işi 700-dən çox nümunənin arasından seçilmişdi.