Vikipediya Bilirsinizmi 40 Hefte 2022 - Wikipedia
Vikipediya Bilirsinizmi 40 Hefte 2022 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən
- Dağıstan Respublikasının Çaroda rayonunun Arçin kəndində məişət dili kimi istifadə olunan arçin dilində hər bir feilin təqribən 1.5 milyon fərqli təsnifi var. Arçin dilində 970 nəfər danışır.
- Uelsdən başqa vall dilində danışılan yeganə ölkə Argentinadır. Bunun səbəbi təqribən 200 il öncə uelsli miqrantların Pataqoniyaya köçməsidir.
- Əkiz uşaqların öz aralarında yaratdıqları və sadəcə onların başa düşdükləri gizli dilə kriptofaziya deyilir.
- Çin dilində (Mandarin/Kanton) 50 min işarə mövcuddur. Bir qəzeti oxumaq üçün bu işarələrdən təqribən 2 minini bilmək lazımdır.
- İspaniya ilə Fransa arasındakı Basklar ölkəsində danışılan bask dili, bizə məlum olan hər hansı bir dil qrupu ilə əlaqəsi olmayan yeganə Avropa dilidir.