Vikipediya Bilirsinizmi 45 Hefte 2021 - Wikipedia
Vikipediya Bilirsinizmi 45 Hefte 2021 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən
- Berinq boğazının mərkəzində yerləşən Diomid adalarının (şəkildə) arasında cəmi 4 km məsafə olsa da, müəyyən edilmiş vaxt zonalarına görə iki ada arasında 21 saat fərqi var. Buna görə bu iki adanı Sabah adası və Dünən adası da adlandırırlar.
- Rusiyada yerləşən Yəhudi Muxtar Vilayətində əhalinin ancaq 1%-i yəhudidir.
- İtaliyada il ərzində ümidləri doğrultmayan, biabırçı səviyyədə çıxış edən futbolçulara verilən Qızıl unitaz mükafatının ilk qalibi Rivaldo olub.
- Adam Rayner tarixdə qeydə alınan yeganə şəxs olub ki, həm karlik, həm də qiqant olub. 19 yaşında boyu 111,5 santimetr olsa da, 51 yaşında boyu 235 santimetr olmuşdur.
- 1992-ci ildən Finlandiyanın Sonkayarvi şəhərində keçirilən Arvad daşıma üzrə Dünya çempionatında qalibə qadının çəkisi qədər pivə verilir.