Vikipediya Bilirsinizmi 46 Hefte 2015 - Wikipedia
Vikipediya Bilirsinizmi 46 Hefte 2015 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən
- Azərbaycan memarlığının ən böyük nümayəndələrindən biri olan Əcəmi Naxçıvaninin memarı olduğu Yusif ibn Küseyir türbəsinin bütün səkkiz səthi müxtəlif şəkilli həndəsi ornamentlərlə bəzədilmişdir.
- Gifu və Toyama prefekturalarının sərhədindəki Söqava vadisində yerləşən və 1995-ci ildə UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmiş Şirakava-qo və Qokayama tarixi kəndlərinin (şəkildə) sakinləri XVII əsrdən başlayaraq və sonrakı 250 il ərzində əsasən barıt istehsalı və evlərin damında barama yetişdirilməsi ilə məşğul olub.
- Kəllənin beyin şöbəsinə aid cüt sümüklərdən olan gicgah sümüyü xarici qulaq dəliyini əhatə edən üç hissədən ibarətdir.
- Türkiyənin cənub-şərqində, Örəncik kəndindən 2,5 km, Şanlıurfa şəhərindən 15 km şimal şərqdə yerləşən Göbəklitəpə məbəd kompleksi bu günə qədər mezolit dövrünə aid ən qədim mədəni istehkam sayılır.
- Almaniyanın Bavariya vilayətinin Münhen şəhərində hər il ənənəvi formada keçirilən Oktoberfest pivə festivalında iştirak edən şəxslər üçün dirndl və qamsbart kimi xüsusi geyim formaları mövcuddur.
- Dünyanın 125 ölkəsindən böyük olan, Filippin arxipelağının cənubunda yerləşən Mindanao adasında ən çox sebuan, taqal, kreol və ingilis dili istifadə olunur.