Vikipediya Bilirsinizmi 49 Hefte 2023 - Wikipedia
Vikipediya Bilirsinizmi 49 Hefte 2023 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən Palau haqqında məlumatlar...
- Yapon dili Yaponiyadan sonra təkcə Palauda rəsmi dövlət kimi istifadə olunur. İkinci Dünya müharibəsi zamanı yapon işğalı altında olmuş ölkənin bir çox adasında hələ də müxtəlif yapon miraslarına rast gəlmək mümkündür.
- Palau bayrağının mərkəzindəki ay təsviri ölkə mədəniyyəti üçün xüsusi məna kəsb edir. Tam ay ənənəvi olaraq balıq ovu, əkin və digər fəaliyyətlər üçün ən yaxşı vaxt hesab olunur.
- Dünyadakı ən nadir meduza növləri Palaunun Eyl Malk adasının cənubunda yerləşən Meduza gölündə yaşayır. Gölün uzunluğu 460 m, eni 160 m təşkil edir. Göl Sakit okeandan eni 200 metr olan ensiz quru xəttlə ayrılır. Dərinliyi 50 metrdir. Göl 12 min il öncə yer səthinin hərəkəti nəticəsində formalaşmışdır.
- Palau dünyada ordusu olmayan ölkələrdən biridir. Əvvəllər ABŞ-nin ərazilərindən biri olan ölkə 1979-cu ildə müstəqilliyini elan etdikdən sonra öz təhlükəsizliyini ABŞ Silahlı Qüvvələrinə etibar etmişdir. 18 min əhalisi olan ölkənin min nəfərə yaxın vətəndaşı ABŞ ordusunda xidmət edərək təqaüdə çıxmışdır. 2023-cü ilin məlumatlarına əsasən 500 palaulu ABŞ Silahlı Qüvvələrində könüllü kimi xidmət edir.