Vikipediya Bilirsinizmi 5 Hefte 2015 - Wikipedia
Vikipediya Bilirsinizmi 5 Hefte 2015 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən
- Şair Dəvdək yazdığı akrostix elegiyanı Qafqaz Albaniyası hökmdarı Cavanşir Mehraninin ölümünə həsr edib.
- Əntərmeymunlar fəsiləsindən olan kəkilli əntər öz selfisini (şəkildə) çəkmiş və meymun selfisi adlanan bu fotolar Wikimedia Commonsa yerləşdirildikdən sonra heyvanların müəllif hüququna malik olub-olmaması haqqında müzakirələrə səbəb olmuşdur.
- Osmanlı imperiyasında Fateh Sultan Mehmet tərəfindən tətbiq olunan qanunlar toplusu olan Fateh Qanunnaməsi hakimiyyətə gəlmək üçün qardaş qətlini mümkün edir; 1603-cü ildə qardaş qətli qanununun ləğvi şahzadələrin hərəmin Qəfəs deyilən yerində saxlanılması ənənəsini başlatmışdır.
- Rokki 4 filmində Dolf Lundqrenin həyat yoldaşı rolunda oynayan Brigitta Nilsen bu filmdən sonra Arnold Şvartseneggerdən ayrılaraq Silvestr Stallone ilə 13 dekabr 1985-ci ildə ailə həyatı qurmuş və 13 iyul 1987-ci ildə boşanmışdır.
- D-8 İqtisadi Kooperasiya Təşkilatı Türkiyənin baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 22 oktyabr 1996-cı ildə İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransı ilə qurulmuşdur.
- Bud-çanaq oynağı bud sümüyünün başı ilə çanaq sümüyünün sirkə kasası arasında yaranan kürəşəkilli, çoxoxlu oynaqdır.
- Anna Boleyn I Yelizavetaya hamilə qaldıqdan sonra İngiltərə kralı VIII Henri ilə evlənir və onun altı arvadından ikincisi olur.