Vikipediya Bilirsinizmi 50 Hefte 2014 - Wikipedia
Vikipediya Bilirsinizmi 50 Hefte 2014 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən
- III Böyük Mənuçöhrün Tamaradan olan oğullarından birinə IV David tərəfindən Suxumi ətrafındakı torpaqların idarəsi verilmiş və beləliklə, Şervaşidze knyaz sülaləsinin əsası qoyulmuşdur. Sülalənin hazırki rəhbəri Andrey Nikitiç Şervaşidzedir.
- İbrahim ağa Vəkilov ilk azərbaycanlı topoqrafdır.
- Teymuri hökmdarı Əmir Teymur 1401-ci ildə 40 gün davam edən mühasirədən sonra Bağdadı ələ keçirə bilmişdi.
- Əlcəzairli heykəltəraş 2012-ci ildə Adel Abdessəməd futbol tarixində ən dramatik anlarından birini - Zinəddin Zidanın 2006-cı il dünya çempionatının finalında italiyalı müdafiəçi Marko Materatsiyə kəllə atdığı epizodun heykəlini hazırlayıb.
- İngiltərədə dizaynerlər tərəfindən hazırlanan Ağdamın "Qarabağ" futbol klubunun loqotipində "Qarabağ"ın simvolu olan Qarabağ atları təsvir olunub.
- Firdovsinin "Şahnamə"sində kiçik hekayələrdən birində adı hallanan İran kraliçası Şirin sonradan Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının əsas qəhrəmanlarından birinə çevrilmişdir.