Vikipediya Bilirsinizmi 50 Hefte 2022 - Wikipedia
Vikipediya Bilirsinizmi 50 Hefte 2022 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən
- Aktyor Conni Depp "Karib dənizinin quldurları" seriyasında Cek Sərçə obrazını canlandırarkən 1740-cı illərə aid orijinal qılınclardan və 1760-cı illərə aid orijinal tapançalardan istifadə etmişdi.
- 1932-ci ildə qadınların 100 metrə qaçış yarışında Olimpiya çempionu olan Polşa atleti Stanislava Valaseviç 1980-ci ildə öləndə hermafrodit olduğu, kişi və qadın xromosomları daşıdığı məlum olmuşdur.
- Şahmat üzrə dünya çempionu Xose Raul Kapablanka 1922-ci ildə Klivlend şəhərində eyni anda 103 rəqibə qarşı oynamış, 102-nə qalib gəlmiş və 1-i ilə heç heçə oynamışdı.
- Kanadanın Manitoba əyalətinin Çörçill qəsəbəsində təhlükəli ağ ayıları saxlamaq üçün dustaqxana fəaliyyət göstərir.
- Bolqarıstanda yerləşən Proxodna mağarası "Tanrının gözləri" (şəkildə) adlı bərabərölçülü iki dəliyi ilə məşhurdur.