Vikipediya Bilirsinizmi Aprel 2016 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 14. Həftə
Vikipediya məqalələrindən
- Ankarada yerləşən Anıtqəbir mavzoleyi 1941-ci ildə Türkiyə Hökümətinin keçirdiyi layihə müsabiqəsi nəticəsində 48 digər layihə arasından seçilmiş memarlar Emin Onat və Əhməd Orxan Ardanın birgə layihəsi əsasında inşa edilmişdir.
- 743-744 illərdə inşa edilmiş Şamaxı Cümə məscidi Cənubi Qafqazda Dərbənd cümə məscidindən sonra ən qədim məsciddir.
- Mexaniki reduktor fırlanma momentini bir və ya bir neçə mexaniki ötürmənin köməyi ilə ötürən və çevirən mexanizmdir.
- Qadınlar arasında şahmat üzrə ilk dünya çempionu Vera Mençik ikinci dünya müharibəsi zamanı 1944-cü il iyunun 27-də Londonun bombardımanı zamanı həlak olmuşdur.
- Şimal Torpağı arxipelağının mərkəzi hissəsində yerləşən Oktyabr İnqilabı adası Bolşevik adasından Şokalski boğazı, Komsomoles adası və Pioner adasından Qırmızı Ordu boğazı vastəsi ilə ayrılır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 15. Həftə
Vikipediya məqalələrindən
- Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun (şəkildə) şərəfinə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "İstiqlal" snayper tüfəngləri ailəsindən 12.7 mm çaplı ikinci tüfəng "Mübariz" adlandırılıb.
- Yazıçı Rüstəm İbrahimbəyovun "Ad günü" və "Ezamiyyət" hekayələri üzrə ekranlaşdırılmış Ad günü filminə 1980-ci ildə Azərbaycan Dövlət Mükafatı verilmişdir.
- Cakomo Puççininin Karlo Qotsinin eyniadlı pyesi əsasında yazdığı Turandot opera əsərinin orijinal süjeti Azərbaycanın XII əsrdə yaşamış klassik şairi Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindəki slavyan gözəlinin hekayəsindən götürülmüşdür.
- Latın sözlərindən əmələ gələn Citius, Altius, Fortius Olimpiya şüarı 1894-ci ildə Beynəlxalq Olimpiya Komitəsi yaradılanda Pyer de Kuberten tərəfindən təklif olunub.
- Praqa qəsrinin ərazisində yerləşən Qızıl küçəyə daxil olan ziyarətçilər həyatın inkişafını əks etdirən unikal ekspozisiya yaradılmış 16 evdən 9-nu tədqiq və ziyarət edə bilərlər.
bax – müzakirə et – redaktə et – tarixçə
- 16. Həftə
Vikipediya məqalələrindən
- 2014-cü il martın 21-də təqdim olunan Özbəkistan müğənnisi Şahzadənin ifa etdiyi "Qaynona" mahnısının klipində "Qayınana" filmindən fraqmentlər yer alıb.
- Azərbaycan memarlığının ən gözəl incilərindən biri olan Şuşa qalası Arran memarlıq məktəbi üslubunda inşa edilib.
- "Bürünc altı heykəli"nin (şəkildə) pyedastalı kimi istifadə olunmuş "Şimşək daş" adıyla tanınan nəhəng qaya parçası 1768-ci ildə Fin körfəzindən 6 km (3.7 mil) aralıda yerləşən tarixi Laxta rayonu ərazisində aşkarlanmışdır.
- Fransız Sənətçilər Dərnəyinin təşkil etdiyi Salon sərgisi üçün Osman Hamdi Beyin çəkdiyi "Tısbağa tərbiyəçisi" adlı rəsm əsəri 2004-cü ildə 3,5 milyon dollara satılmışdır.
- İkinci dünya müharibəsindən sonra Bakıya səfər edən Şarl de Qoll burada olduğu müddətdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Koroğlu" operasına da tamaşa etmişdir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 17. Həftə
Vikipediya məqalələrindən
- Yuri Slyozkinin "Tunc Ay" romanının mövzusu əsasında çəkilmiş Gilan qızı filmində 1920-ci illərdə İranda gedən milli-azadlıq hərəkatından, qüvvəcə üstün olan şah və ingilis qoşunlarının güclü təzyiqi altında Gilanın faciəli süqutundan bəhs olunur.
- Sankt-Peterburqda yerləşən Mixaylov qəsrinin (şəkildə) önündə yerləşən meydanda 1800-cü ildə "Ulubabaya nəvəsindən" yazısı altında I Pyotrun heykəli ucaldılıb.
- Özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərinin illik qeyri-formal yığıncağı olan Bilderberq konfransının ilk toplantısı Amerika xüsusi xidmət orqanlarının himayəsi altında Niderlandın Osterbek şəhərindəki "Bilderberq" otelində olub.
- Məskulaşma olmayan Staff adasında yerləşən Fingal mağarası dəniz dalğalarının abraziyası nəticəsində meydana gəlmişdir.
- Rusiyanın əməkdar idman ustası, bədii gimnastı və teleaparıcısı Yana Batırşina Olimpiya Oyunlarının gümüş mükafatçısı olmaqla yanaşı, yeddiqat dünya və beşqat Avropa çempionudur.
bax – müzakirə et – redaktə et – tarixçə