Vikipediya Bilirsinizmi Aprel 2017 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 14. Həftə
Vikipediya məqalələrindən
- Əslən Krım tatarı olan Əhməd Xan Sultan (şəkildə) İkinci dünya müharibəsi zamanı 150-dən çox hava hücumunda iştirak edərək fərdi şəkildə 30, qrup uçuşlarında isə 19 düşmən təyyarəsini məhv etmişdir. Əhməd Xan eyni zamanda İkiqat Sovet İttifaqı Qəhrəmanı adını almış yeganə Krım tatarıdır.
- Jan Batist de Lamaz 1688-1709-cu illərdə Şamaxı Yezuit missiyasının rəhbəri kimi fəaliyyət göstərmişdir. Din xadimi 1709-cu ilin 4 mart tarixində Şamaxı şəhərində vəfat edib.
- Bəhai dininin əsas idarəedici mərkəzi olan Ümumdünya Ədalət Evində Ali Orqanın üzvü kimi fəaliyyət göstərmiş Əli Naxçıvani əslən azərbaycanlıdır.
- Azərbaycan Respublikasında etnik pont yunanların kompakt yaşadığı yeganə kənd Kəlbəcər rayonunun inzibati ərazisində yerləşən Mehmana kəndi olmuşdur.
- 3 minə yaxın insan tərəfindən danışılan Xınalıq dili üçün əlifba, xınalıqlı şair, aşıq, publisist Rəhim Alxas tərəfindən tərtib olunmuşdur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 15. Həftə
Vikipediya məqalələrindən
- Qədim Yunanıstanda vətəndaşların kirəmit parçaları ilə səsvermə vasitəsilə ölkədən qovulması Ostrakizm adlanırdı.
- Daniel Defonun məşhur Robinzon Kruzo əsərini şotland dənizçi Aleksandr Selkirkin başına gəlmiş hadisəni eşitdikdən sonra yazmışdır. Selkirik 1704-cü ildən etibarən tək Robinzon Kruzo adasında 4 il 4 ay yaşamışdır.
- Antik dövrün məşhur yunan alimi, riyaziyyatçısı Arximed Roma əsgərləri ilə aralarında düşən mübahisədən sonra öldürülmüşdür.
- 1066-cı ildə baş vermiş Qranada qətliamı nəticəsindən 4 mindən çox yəhudi öldürülmüşdür. Hadisələr kral sarayında vəzir kimi çalışan Yozef ibn Nagrelanın öldürülməsindən sonra başlamışdır.
- 1318-1765-ci illər aralığında mövcud olmuş Naxçıvan arxiyepiskopluğunun Baş kafedral kilsəsi Baş Aparan kəndində yerləşmişdir. 26 rahibin fəaliyyət göstərdiyi arxiyepiskopluğ özündə 360 katolik ailəsini birləşdirirdi. 1682-ci ildə artıq 7000 katolik əhaliyə sahib idi.
bax – müzakirə et – redaktə et – tarixçə
- 16. Həftə
Vikipediya məqalələrindən
- İkinci dünya müharibəsinin ilk bombası Almaniya və Polşa arasında yaranmış Dansiq koridoru problemindən sonra 1938-ci ildə Dansiq şəhərinə atılmışdır.
- Üçüncü Reyx tərəfindən təklif edilən Madaqaskar planına əsasən Avropada yaşayan yəhudi əhalisinin Madaqaskara köçürülməsi nəzərdə tutulurdu.
- Fransada aviasiya sahəsi üzrə təhsil almış ilk azərbaycanlı mühəndis-pilot Əli bəy Verdiyev olmuşdur.
- Hazırda 24 ədəd alüminium konstruksiyalı blokdan ibarət olan Sumqayıtdakı "Qağayı" abidəsi hazırlandığı zaman 15 ədəd daş blokdan ibarət olmuşdur.
- Məşhur Sovet və Rusiya şairi Yevgeni Yevtuşenko, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı Xuraman Abbasovaya Örpək adlı şeir həsr etmişdir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 17. Həftə
Vikipediya məqalələrindən
- İlk sovet medalı - "Böyük Oktyabr sosialist inqilabının 3 illiyi" SSRİ-nin yaranmasından 2 il əvvəl təsis edilmişdir.
- Azərbaycanda ilk aptek 1850-ci ildə indiki Neftçala ərazində Bankə balıq vətəgəsi xəstəxanasının nəzdində təşkil olunub.
- Azərbaycanda adaların sahəsinə görə sıralamasında ilk sırada olan Kür Dili adası hər il 100-150 metr su altında qalır.
- Türkiyə aviasiya tarixinin ən önəmli şəxslərindən biri olan Vecihi Hürquş müharibədə əsir düşərək Nargin adasına göndərilib. Adadan qaçmaq üçün üzərək sahilə çıxıb və İran üzərindən Türkiyəyə qayıdıb.
- Qızılağac Dövlət Təbiət Qoruğu 1976-cı ildə YUNESKO-nun (SSRİ dövründə) YUNESKO-nun siyahısına Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında Konvensiyanın su bataqlıq regionunun biri kimi daxil edilmişdir.
bax – müzakirə et – redaktə et – tarixçə