Vikipediya Bilirsinizmi Aprel 2019 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 14. Həftə
Vikipediya məqalələrindən
- Londonda keçirilən Nottinq Hil karnavalı (şəkildə) Braziliyada keçirilən Rio karnavalından sonra dünyada ən böyük küçə şənliyidir.
- Fransız rəssamı Edqar Deqa Normandiyada ilk dəfə olaraq öz əsərlərində başlıca yer tutan atların rəsmini çəkirdi.
- Poker oyunun masadakı istiqaməti saat istiqamətindədir.
- Fransız yazıçı Emil Zolyanın Fransa siyasi həyatındakı iştirakının ən yüksək nöqtəsi IX əsrin sonu XX əsrin birinci yarısı Dreyfus işi ilə bağlı tutduğu mövqe olmuşdur.
- @ işarəsinin məlum olan ilk istifadəsinə 4 may 1536-cı ilə Francesco Lapi adlı florensiyalı bir tacirin yazdığı bir məktubda rast gəlinmişdir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 15. Həftə
Vikipediya məqalələrindən
- Sion müdriklərinin protokolları kitabının III Napoleonun əleyhinə yazılan və həmin il qadağan edilən "Cəhənnəmdə Monteskyö və Makiavelli arasındakı dialoq və ya Makiavellinin XIX əsrdəki siyasəti" pamfletinin əsasında tərtib edildiyi güman edilir.
- Planetlərin günəş ətrafında hərəkət etməsi nəzəriyyəsi ilk dəfə qədim yunan alimi Samoslu Aristarxus və hindli alimlər tərəfindən ortaya atılmışdır.
- Sintszyan-Uyğur Muxtar Rayonu 1876-ci ildə Çin-Mançu dövləti tərəfindən yenidən işğal edilmiş və 1884-cü ildə Sintszyan "Yeni Torpaq" adı ilə Çin imperiyasına birləşdirilmişdir.
- Misir mifologiyasına görə Horus (şəkildə) Göy tanrısı hesab edilir. Günəş və Ay allah cismi kimi təsəvvür edilən göyün gözləri hesab edilir.
- Varşava gettosunda saxlanılan 400 mindən çox yəhudi Varşava şəhər əhalisinin 38%-ini təşkil edirdi.
bax – müzakirə et – redaktə et – tarixçə
- 16. Həftə
Vikipediya məqalələrindən
- Finlandiyalı Formula-1 pilotu Kimi Raykkönenə (şəkildə) "İce Man" (azərb. Buz adam) ləqəbi yarışlardakı soyuqqanlılığına görə verilib.
- Müğənni Tünzalə Ağayeva Tovuzda musiqi məktəbinin piano sinfini bitirdikdən sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi texnikumu fortepiano sinfində davam etdirmişdir.
- German-skandinav mifologiyasında Odin Valhallanın sahibidir.
- Osmanlılar ilə Məmlüklər arasında, Fateh Sultan Mehmed dövründən bəri davam edən anlaşılmazlıqlar olsa da, I Səlimin İran səfəri Məmlüklər və Səfəvilərin ittifaq bağlamalarına səbəb olmuşdur.
- Udilər IV əsrin əvvəllərində xristianlığı qəbul etmiş və bu günə kimi dinlərini saxlamışlar.
bax – müzakirə et – redaktə et – tarixçə
- 17. Həftə
Vikipediya məqalələrindən
- ABŞ müğənnisi Areta Franklin (şəkildə) Detroytda keşiş ailəsində anadan olmuşdur.
- Ernest Heminquey orta təhsilini başa vurduqdan sonra cəbhəyə getmək istəsə də, gözlərində problem yarandığından arzusuna çatmamışdı.
- Aktrisa Zərnigar Ağakişiyeva Quba rayonunun Rustov kəndində doğulub.
- "Güllələnmə təxirə salınır!..." filmində hadisələr real faktlara əsaslanır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 18. Həftə
Vikipediya məqalələrindən
- Kiborq termini ilk dəfə 1960-cı ildə Manfred Klaynes və Natan Klin tərəfindən səsləndirilib.
- Ümumilikdə 126 milyon Nokia 3310 telefonu satılmışdır.
- Araqon kralı II Ferdinand (şəkildə) 1502-ci ildə ölkədəki müsəlmanların din azadlığını açıqca ləğv edərək 1492 Əlhambra fərmanının şərtlərini pozdu.
- Kriştiano Ronaldo adını atası Ronald Reyqanın şərəfinə ABŞ-ın keçmiş prezidentinin adına uyğunlaşdırıb.
- XVI əsrdə Portuqaliya və Almaniyadan yəhudilər, Fransadan isə hugenotlar Amsterdama mühacirət etmişlər.
bax – müzakirə et – redaktə et – tarixçə