Vikipediya Bilirsinizmi Avqust 2023 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 32. Həftə
Vikipediya məqalələrindən Tanzaniya haqqında məlumatlar...
- Tanzaniyada yerləşən Qombe Çayı Milli Parkındakı iki şimpanze icması arasında 1974-1978-ci illərdə Qombe şimpanze müharibəsi adlı toqquşmalar baş verib. Hadisələr nəticəsində 11 şimpanze həlak olub.
- 1896-cı ilin 27 avqust tarixində Böyük Britaniya və Zənzibar arasında başvermiş İngilis-Zənzibar müharibəsi dünya tarixinin ən qısa müddətli müharibəsi hesab olunur. Belə ki, tərəflər arasındakı toqquşmalar cəmisi 38 dəqiqə davam etmiş və nəticədə Böyük Britaniya qələbə qazanmışdır.
- Queen qrupunun solisti Freddi Merkyuri 1946-cı ilin 5 sentyabr tarixində Tanzaniyaya bağlı muxtar bölgə olan Zənzibarda anadan olmuşdur.
- Tanzaniya yerləşən Kilimancaro dağı 5,895 metr (19,341 ft) hündürlüklə Afrikanın ən hündür nöqtəsidir. Dağa ilk dəfə 1899-cu ildə alman qeoloq Hans Meyer qalxmışdır.
- 1905-1907-ci illərdə ölkədə fəaliyyət göstərən alman müstəmləkəçilərinə qarşı Maji Maji üsyanı baş vermişdir. Üsyana bir ilanın ruhuna sahib olduğunu iddia edən Kinjikitile Ngwale adlı falçı rəhbərlik edib.
bax – müzakirə et – redaktə et – tarixçə
- 33. Həftə
Vikipediya məqalələrindən Yeni Zelandiya haqqında məlumatlar...
- Dünyada qadınlara səsvermə hüququ ilk dəfə Yeni Zelandiyada verilmişdir. 1893-cü ildə qəbul edilmiş qanuna görə qadınların səsvermə hüququ və gender məsələlərində bərabərlik siyasəti rəsmən tanınmışdır.
- 2017-ci ildə Yeni Zelandiyada keçirilən parlament seçkilərində, Leyboristlər partiyasından azərbaycanlı namizəd olub. Oklend şəhərinin Botani seçki dairəsindən namizədliyini irəli sürən Tofiq Məmmədov eyni dairədən namizəd olmuş, hakim Milliyət Partiyasından namizəd Ceymi Li Rossa uduzub.
- Yeni Zelandiya 1642-ci ildə hollandiyalı dənizçi Abel Tasman tərəfindən kəşf edilib. O komandasının bir neçə üzvünün ölkənin yerli əhalisi olan maorilər tərəfindən qətlə yetirilməsindən sonra adanı tərk edib.
- Uca bilməyən Kivi quşu Yeni Zelandiyanın əsas simvolarından biri olaraq qəbul edilib. Kivi sözü eyni zamanda 18-35 yaş arası gənc yeni zelandiyalılarıda ifadə etmək üçün də istifadə edilir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 34. Həftə
Vikipediya məqalələrindən Vyetnam haqqında məlumatlar...
- 1968-ci ildə Vyetnam müharibəsi zamanı Şimali Vyetnam Ordusu və Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi üzvləri tərəfindən Hyue şəhərinin sakinlərinə qarşı törədilmiş qətliam nəticəsində 6.000-dən çox şəxs həlak olmuşdur.
- 1954-cü ildə Vyetnamın bölünməsi nəticəsində ölkə SSRİ təsiri altındakı Şimali Vyetnam və ABŞ təsiri altındakı Cənubi Vyetnam olmaqla iki hissəyə ayrılmışdır.
- Vyetnamın mərkəzində, Hanoy şəhərindən 500 km cənubda, yerləşən Şondonq mağarası 38,5 mln. m³ sahəsi ilə dünyanın ən böyük mağarası hesab olunur.
- Ümumi uzunluğu təxminən 150 km çatan Kuti tunelləri müharibənin gedişatında əhəmiyyətli rol oynayıb. Yeraltı tunellər şəbəkəsi Vyetnam müharibəsi zamanı Vyetkonq tərəfindən bir neçə hərbi kampaniyada istifadə edilmiş, xüsusən də 1968-ci il Tet hücumunda Vyetkonqun əməliyyat bazası kimi faəliyyət göstərmişdir.
- Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2005-ci il hesabatına görə, Vyetnam dünyada əsas meşələrin meşəsizləşdirməsinə görə Nigeriyadan sonra ikinci yerdədir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 35. Həftə
Vikipediya məqalələrindən Kamboca haqqında məlumatlar...
- Kambocada partizan müharibəsi ilə hakimiyyətə gələrək 1975–1979-cu illərdə ölkəni idarə edən radikal Qırmızı khmerlərin və onun rəhbəri Pol Potun hakimiyyəti zamanı 2 milyondan çox insan həlak olmuşdur.
- Kambocanın Vyetnam ilə həmsərhəd olan cənub-şərq hissələrində, ya da Tonlesap gölündə və Mekonq çayındakı qayıqxanalarda sayları yarım milyona yaxın olan Kamboca vyetnamlıları yaşamaqdadır.
- Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmiş, Siemreap şəhərindən 5 km məsafədə yerləşən Anqkor Vat məbədi tanrı Vişnaya həsr edilmiş nəhəng hinduizm kompleksidir. Məbəd hər il 3 milyona yaxın turist tərəfindən ziyarət edilir.
- Kamboca bayrağı üzərində bina təsviri olan yeganə ölkə bayrağıdır. 1948-ci ildən etibarən istifadə olunan bayrağın üzərində Anqkor Vat hinduizm kompleksi əks olunmuşdur.
- Dünyada ən çox partlamamış minaların Kambocada olduğu təxmin edilir. XX əsr boyunca ölkədə baş vermiş müxtəlif müharibələr, daxili toqquşmalar nəticəsində ən azı 8-10 milyon civarında mina basdırılıb və bunların bir çoxu aktiv vəziyyətdə qalmaqdadır. Kambocada minalanmış ərazilərə görə 40 mindən çox ölkə sakini həyatını itirib və ya ağır xəsarətlər alıblar.
bax – müzakirə et – redaktə et – tarixçə