Vikipediya Bilirsinizmi Avqust 2024 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 32. Həftə
- "Palicourea elata" (şəkildə) bitkisi özünün aydın formalı, dodağa bənzər qırmızı diş telləri ilə diqqəti cəlb etdiyi üçün əsasən "isti dodaqlar" və "sevgili öpüşü" adları ilə tanınır.
- Yaponiyanın İvate prefekturasında hazırlanan furinlərin çıxardığı səsin tezliyi 3000 Hz təşkil etdiyi üçün müalicəvi təsirə malik olduğuna inanılır.
- Dünyanın ən böyük təyyarəsi olmuş Antonov An-225-in kod adı "Mriya" ukrain dilindən tərcümədə "arzu" deməkdir.
- ABŞ Strateji Komandanlığı tərəfindən hazırlanmış CONOP 8888 planı mülki şəxsləri və hakimiyyət orqanlarını zombilərdən qorumaq üçün nəzərdə tutulub.
- Atlantik okeanında yerləşən Sarqas dənizi dünyada sahili olmayan yeganə dənizdir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 33. Həftə
- Osmanlı sədrəzəmi Parqalı İbrahim Paşa Xürrəm Sultanın yerinə keçirtmək və Sultan Süleyman Qanuniyə hədiyyə etmək üçün İtaliya qrafinyası Culiya Qonzaqanın (şəkildə) ələ keçirilməsi əmrini vermişdir.
- İran məktəblərində təhsil almaq hüquqlarından məhrum edilmiş bəhai uşaqlara öz evində gizli şəkildə dərs verməkdə günahlandırılan Muna Mahmudnizad 1982-ci ildə digər 9 bəhai qadınla birlikdə edam edilmişdir.
- Azərbaycanlılar, ermənilər və udinlər birləşərək 1625-ci ildə Qarabağ və Gəncədə Səfəvi hakimiyyətinə qarşı Mıxlı baba hərəkatını başlatmışdırlar.
- 1951-ci ildə Misirdə "Coca-Cola" və "Pepsi"nin islam qanunlarına görə icazəli olması ilə əlaqədar fətva verilmişdir.
- Filippində karaokedə iştirak etmək bəzən həyat üçün təhlükə yarada bilir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 34. Həftə
- SSRİ istehsalı olan Tupolev Tu-144 (şəkildə) dünyanın ilk səsdən sürətli (supersonik) sərnişin təyyarəsi olmuşdur.
- Tokio tribunalı tərəfindən müharibə cinayətləri ilə ittiham olunmuş yeganə mülki şəxs olan Şumey Okava Müttəfiqlər tərəfindən "yapon Gebbels" adlandırılmışdır.
- Rus sovet mahnısı "Alyoşa"nın musiqisi bolqar partizan mahnısından ilhamlanmışdır.
- Meksikanın San-Pedro-Uamelula şəhərinin sakinləri şəhər merinin bir kayman ilə "nikah"ının uğur gətirəcəyinə inanırlar.
- İlk antisemitlərdən biri olan Mnasey yəhudilərin eşşəkləri ilahiləşdirdiyini və qızıl eşşək başına sitayiş etdiklərini iddia etmişdir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 35. Həftə
- AXC Parlamentinin üzvü Aslan bəy Qardaşov (şəkildə) təmsil etdiyi Zaqatala dairəsinin əvvəlcə Dağıstana, sonra Türkiyəyə, daha sonra Azərbaycana, işğaldan sonra isə Gürcüstana birləşdirilməsini dəstəkləmişdir.
- Kainatdakı yadplanetli sivilizasiyaların qorxduqları üçün özlərini gizli saxladıqlarını iddia edən Qaranlıq meşə fərziyyəsinin adı 2008-ci ildə nəşr olunmuş eyniadlı romandan götürülmüşdür.
- Almaniya yəhudiləri Holokostdan əvvəl Adolf Hitleri dəstəkləmək üçün Almaniya Milli Yəhudilər Assosiasiyasını yaratmışdılar.
- "Dinosaur Game" videooyununda oyun personajının dinozavr olmasının səbəbi müasir dövrdə internetin olmamasının tarixdən əvvəlki dövrlərdə yaşamağa bərabər olması fikri olub.
- Boliviya Deputatlar Palatasının keçmiş üzvü Edqar Fernandesin əsl peşəsi taksi sürücüsüdür.
bax – müzakirə et – redaktə et – tarixçə