Vikipediya Bilirsinizmi Dekabr 2015 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 49. Həftə
Vikipediya məqalələrindən
- Ağ ayılar adası kimi adlandırılan Vrangel adası rus dənizçisi və dövlət xadimi XIX əsrdə yaşamış Ferdinand Pyotr Vrangelin şərəfinə аdlandırılmışdır.
- Taxtadan hazırlanan Kokeşi gəlinciklərinin ilk dəfə Edo dövrünün ortasında Yaponiyanın şimal-şərqində yerləşən Tohokuda yaradıldığı hesab olunur.
- Çində yerləşən Üç paralel çay milli parkının ərazisinə əsasən Asiyanın ən böyük çayları olan Yanszı, Mekonq və Saluinin yuxarı axarları daxildir.
- Daşkənd şəhərində Fərrux Zakirov tərəfindən yaradılmış vokal–instrumental Yalla ansamblını "Asiyanın Bitlzı" adlandırırlar.
- Şərbət Gülanın Stiv Makkuri tərəfindən çəkilmiş fotosunu bir çox cəhətlərinə görə Leonardo da Vincinin "Mona Liza"sına bənzədirlər.
bax – müzakirə et – redaktə et – tarixçə
- 50. Həftə
Vikipediya məqalələrindən
- Azərbaycanlı rəssam Mirzə Qədim İrəvaninin akvarellə çəkdiyi Qacar şahzadəsi Məculla Mirzənin portreti (şəkildə) rəsm əsəri Bakıda Milli incəsənət muzeyində saxlanılır.
- Olimpiya oyunlarının açılış mərasimində təntənəli surətdə söylənilən Olimpiya andı ilk dəfə 1920-ci il Antverpen Yay Olimpiya Oyunlarında təqdim olunub.
- Osmanlı sultanlarının 624 illik hakimiyyətlərinin 400 ilində (1465-1856) iqamətgahları olmuş Topqapı sarayında Məhəmməd peyğəmbərin əbası və qılıncı kimi müsəlmanlar üçün çox dəyərli olan müqəddəs relikviyalar qorunur.
- Praqanın mərkəzində, Köhnə Şəhər meydanında yerləşən qotik üslublu şəhərin köhnə idarəetmə orqanı və hökümət binası olan Stare Mesto ratuşasının əsas binasında muzey yerləşir.
- Hindistanın Qərbi Benqal ştatının Əlipurduar rayonunda, Himalay dağlarının şərq yamaclarında yerləşən Caldapara Milli Parkı Toto və Meç tayfalarının bu ərazilərdə məskunlaşmasına görə Totapara adı ilə də tanınır.
- Niderlandlı keçmiş futbolçu olan Frank de Buru niderland futbolu tarixində yetişmiş ən güclü müdafiəçilərdən biri hesab edirlər.
bax – müzakirə et – redaktə et – tarixçə
- 51. Həftə
Vikipediya məqalələrindən
- 1999-cu ildə heykəltəraş Luiza Burjua tərəfindən hazırlanmış Maman heykəli (şəkildə) dünyada ən böyük hörümçək heykəlidir.
- Otuz altı stratagemin əsil yaranma tarixi e.ə. VI əsrdən başlayaraq, eramızın 500 -cü ilinə qədər davam etmişdir və ilk dəfə 1600-cü ildə naməlum müəllif tərəfindən külliyyat şəkilinə salınaraq "Müharibə sənəti: 36 stratagem" adı altında yazıya alınmışdır.
- Himalay dağları ilə Kunlun dağları arasında yerləşən Tibet yaylası dünyanın ən böyük və hündür yaylasıdır.
- İrvinq Stounun eyniadlı əsəri əsasında lentə alınmış "Yaşamaq yanğısı" filmi dünya şöhrətli rəssam Vinsent van Qoqun həyat və yaradıcılığından bəhs edir.
- Sabah ştatı ərazisində yerləşən Kinabalu dağı topoqrafik əhəmiyyətinə görə dünyada ən məşhur 20 dağ arasında yer alır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 52. Həftə
Vikipediya məqalələrindən
- 2007-ci ildən bəri 6 Azərbaycan filmi - Qafqaz, Qala, Sahə, Buta, Çölçü və Nabat ən yaxşı xarici film üzrə Oskar mükafatına təqdim edilmişdir və heç biri namizəd ola bilməmişdir.
- Narval Jül Vernin 1870-ci il romanı "20 000 lye su altında"dakı nəhəng dəniz məxluqunun iki mümkün izahından biridir.
- Molla Nəsrəddin jurnalında Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri və başqa şair, yazıçı və jurnalistlər, o cümlədən, Oskar Şmerlinq, İ.Rotter, Əzim Əzimzadə kimi rəssamlar fəaliyyət göstərmişlər.
- German-skandinav mifologiyasına görə tanrı Odin Run əlifbasını əldə etmək üçün doqquz gecə özünü 9 dünyanı bir yerdə tutan nəhəng mifoloji İqqdrasildən (şəkildə) başı aşağı asmışdır.
- Mars və Yupiter planetləri arasında yerləşən bölgə Günəş sistemində asteroidlərin ən çox rast gəlindiyi asteroid qurşağıdır.
- İnsan dərisindən hazırlanan kitab cildləmə üsulu - Antropodermik cildləmə XVII—XIX əsrlərdə bəzi kitabların tərtibatında geniş istifadə olunmuşdur.
- Alkiviad, Femistokl və Kimon ostrakizmə məruz qalan məşhur şəxslərdir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 53. Həftə
Vikipediya məqalələrindən
- Argentina vətəndaşı olan Emilio Markos Palma Antarktidada anadan olmuş ilk şəxsdir.
- Katana (刀) feodalizm dövründə Yaponiyada samuraylar tərəfindən istifadə olunan ənənəvi Yapon qılınclarından biridir.
- Ən kiçik McDonald's restoranı Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşir və sahəsi 46 m2-dir.
- Yeni Zelandiyanın ən böyük üçüncü adası olan Stüart adası burada müşahidə olunan qütb parıltılarına görə maorilər tərəfindən "Üzən səma" (mao. Rakiura) adlandırılır.
- 1860-1862-ci illərdə müstəqil olmuş Pataqoniya və Araukaniya krallığı Argentina və Çili hökumətlərinin həyata keçirdiyi istilaya qarşı yaradılmışdır.
- "Marvel Comics" nəşriyyatının ən absurd personajlarından biri olan Dedpul "DC Comics" tərəfindən yaradılmış Dezstrouk personajının parodiyası kimi yaradılmışdır.
- Saturnun 62 peykindən ancaq 53-ünün adı var və ancaq 13-ünün diametri 50 kilometrdən çoxdur.
bax – müzakirə et – redaktə et – tarixçə