Vikipediya Bilirsinizmi Dekabr 2016 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 49. Həftə
Mətbuat..
- Bakıda yaradılmış ilk qəzet rus dilində 1872-ci ildə Bakinski listok adı ilə çap olunmuşdur.
- Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin göstərişinə əsasən Bauer und Arbeiter adlı alman dillində qəzet çap olunub.
- Qafqaz almanları üçün nəzərdə tutulmuş Kaukasische Post qəzeti ilk dəfə 1906-cı ildə çap olunmuşdur. Qəzet bu gün də fəaliyyətini Tbilisi şəhərində davam etdirməkdədir.
- XX əsrin əvvəllərində Bakıda gizli şəkildə fəaliyyət göstərən Nina mətbəəsi 1905-ci ildə ümumi tiraj sayını 1.5 milyon nüsxəyə qədər qaldırmışdır.
- Bakı fəhlələri üçün nəzərdə tutulmuş və əsasən bolşeviklərin ideyalarını yayan, xalqı burjuaziyaya qarşı mübarizəyə səsləyən "Bakinski raboçi" (rusca «Бакинский рабочий) qəzeti 1906-cı ildən bu günə qədər çap olunmaqla ən uzun ömürlü Azərbaycan qəzeti sayılır.
- Cənubi Qafqazda ilk qəzet Çar Rusiyası tərəfindən Tbilisi şəhərində 1828-ci ildə çap olunmuş Tiflisskiye vedomosti qəzetidir. Qəzetdə azərbaycanlıların şifahi və yazılı ədəbiyyatları haqqında məqalələr də dərc olunurdu.
bax – müzakirə et – redaktə et – tarixçə
- 50. Həftə
- Səfəvilər dövlətinin IX hökmdarı Sultan Hüseynin hakimiyyəti dönəmində Fransaya səfir kimi göndərilən Məhəmməd Rza Bəy Qərbi Avropada, Şərqlə bağlı ədəbi fikirlərin formalaşmasına önəmli təsir etmişdir.
- Azərbaycan polyaklarından olan məşhur mesenat Vitold Zqlenitski xeyriyyəçilik fəaliyyətləri səbəbindən xalq arasında Polşalı Nobel təxəllüsünü almışdır.
- Bakıda anadan olmuş yəhudi əsilli qadın pianoçu Bella Davidoviç SSRİ-ni tərk etdikdən sonra belə imperiya ərazisinə qayıdıb, burada konsert verməsinə icazə verilən yeganə qadın sənətçi olmuşdur.
- Hollandiyanın şimalında yerləşən Teksel adasında Gürcü legionunun əsgərləri Vermaxta qarşı üsyana qalxaraq 45 gün döyüşmüşdür. Hadisə müharibə ədəbiyyatlarında Avropa cəbhəsində son döyüş olaraq xatırlanır.
- Azərbaycanda yaşayan alman icmasına məxsus Lüteran kilsəsini müəllifi kimi tanınan, alman memar Adolf Eyxler 1911-ci ildə Bakı şəhərində naməlum səbəbdən intihar etmişdir.
- Estonların Cənubi Qafqazda kompakt yaşadığı yeganə kənd Gürcüstanın Abxaziya bölgəsində yerləşən Psou kəndidir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 51. Həftə
- Azərbaycanın ilk qadın snayperi olan Ziba Qəniyeva İkinci dünya müharibəsi illərində 21 alman əsgər və zabitini öldürüb.
- Sıxılmış havanın tərkibindəki azot dalğıca narkotik təsir göstərdiyindən akvalanq ilə 40 m-dən çox dərinə üzmək məsləhət görülmür.
- Ürgənc şəhərinin ilk Fəxri vətəndaşı adına 1988-ci ildə Ziya Bünyadov layiq görülmüşdür.
- Hindistanda kannibalizm adətlərini özlərində saxlayan, adının tərcüməsi hind dilindən tərcümədə qorxmazlar mənasını verən Aqxorilərin sayı bu gün cəmi 70 nəfərdir.
- İçərişəhərdə yerləşən Multanı karvansarayı orta əsrlərdə Hindistandan olan tacirlərin əsas dayancaq nöqtələrindən biri idi.
- Nestorian kilsəsinin VI əsrdə Beyləqan və ətrafı bölgələri əhatə edən Beyləqan yepiskopluğu fəaliyyət göstərmişdir.
- Nikolay Andrusov İvanoviç 1895-ci ildə Azərbaycanda Neogen və Paleogen sistemlərinin çöküntülərini tədqiq etmişdir.
- Neft Daşları Ginnesin Rekordlar Kitabına adı ən birinci dəniz neft platforması kimi düşmüşdür.
bax – müzakirə et – redaktə et – tarixçə
- 52. Həftə
- Ruanda Beynəlxalq Cinayət Tribunalı 1994-cü ildə Ruanda soyqırımı zamanı baş vermiş insanlıq cinayətlərinin araşdırılması üçün yaradılmışdır.
- Azadlıq heykəli (şəkildə) ABŞ-ın müstəqilliyinin 110 illiyi münasibətilə 1886-cı ildə Fransa xalqı adından hədiyyə edilib.
- Kindertransport xilasetmə əməliyyatı nəticəsində Avropada yaşayan 10.000 yəhudi mənşəli uşaq xilas edilmişdir.
- Yarpaqların bir-birindən forma, ölçü və quruluşca fərqlənməsi anizofilliya adlanır.
- Qədim Misirdə milçək və digər həşəratların diqqətini firondan yayındırmaq üçün qulluqçuların bədənlərinə bal çəkilirdi.
- Azərbaycan Respublikasında təsis olunmuş ilk özəl universitet 1991-ci ildə yaradılan Azərbaycan Universitetidir.
- XX əsrin əvvəllərində Bakının Mərdəkan kəndində yaşamış Molla Sadıq Badkubeyi bəhailiyi təbliğ etdiyi üçün 1901-ci ildə yaşadığı bağ evinin həyətində öldürülmüşdür.
bax – müzakirə et – redaktə et – tarixçə