Vikipediya Bilirsinizmi Dekabr 2019 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 49. Həftə
Vikipediya məqalələrindən
- Əslən Krım tatarı olan Əhməd Xan Sultan (şəkildə) İkinci dünya müharibəsi zamanı 150-dən çox hava hücumunda iştirak edərək fərdi şəkildə 30, qrup uçuşlarında isə 19 düşmən təyyarəsini məhv etmişdir. Əhməd Xan eyni zamanda İkiqat Sovet İttifaqı Qəhrəmanı adını almış yeganə Krım tatarıdır.
- Dövlət bayrağı düzbucaqlı şəklində olmayan yeganə ölkə Nepaldır.
- Riyaziyyatda minilliyin məsələləri siyahısına salınan hər bir problemin həllinə Kley Riyaziyyat İnstitutu tərəfindən bir milyon ABŞ dolları həcmində mükafat vəd edilir.
- Azərbaycan Respublikasında etnik pont yunanların kompakt yaşadığı yeganə kənd Kəlbəcər rayonunun inzibati ərazisində yerləşən Mehmana kəndi olmuşdur.
- Gürcü şərabı ən qədim şərab olaraq Ginnesin Rekordlar Kitabına salınıb. Şərab Erkən neolit (e.ə 6000-5800) dövrünə aid edilir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 50. Həftə
Vikipediya məqalələrindən
- Avstriyanın Vyana şəhərində yerləşən Café Centralın (şəkildə) tanınmış müştərilərinin siyahısına Teodor Hertsl, Alfred Adler, Stefan Sveyq, İosip Broz Tito, Ziqmund Freyd, Adolf Hitler və Lev Trotski daxil idi.
- Avstriya-Macarıstan İmperiyasını Habsburqlar sülaləsi idarə edirdi.
- Eksperimental psixologiya XIX əsrdə akademik Vilhelm Vundtun psixologiya sahəsinə riyazi və eksperimental yanaşmanı tətbiq edərkən ortaya çıxdı.
- "Şollerin arxivi" filmindəki hadisələr XX əsrin 1940-cı illərindən Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub.
- Desert Eagle tapançası 1983-ci ildə ABŞ-da Magnum Research şirkəti və İsrail şirkəti Israel Military Industries tərəfindən yaradılıb.
bax – müzakirə et – redaktə et – tarixçə
- 51. Həftə
Vikipediya məqalələrindən
- Mühacirlərə dəstək planının genişlənməsi üçün 1926-cı ildə keçmiş Çar Rusiyası xalqlarının liderləri beynəlxalq təşkilat kimi fəaliyyət göstərən "Prometey" klubunu yaratdılar.
- Şamaxı çariçası (şəkildə) rus yazıçısı Aleksandr Puşkinin "Qızıl xoruz nağılı"nın əsas personajlarından biridir.
- 1998-ci ildə Bundestaq hərbi obyektlərə Kondor Legionunun tərkibində döyüşmüş pilotların adının verilməsini qadağan etdi.
- Bəzz qalası — Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınır.
- Qədim yunanlar kəklikotunu gözəllik ilahəsi Afroditanın şərəfinə yandırıb qurban verirdilər.
bax – müzakirə et – redaktə et – tarixçə
- 52. Həftə
Vikipediya məqalələrindən
- 1915-ci ildə Ervin Rommel döyüşlərdə fərqləndiyinə görə 1-ci dərəcəli dəmir xaç ordeni ilə mükafatlandırılmışdır.
- İtaliyanın Sloveniya sərhədi yaxınlığında yerləşən Triest şəhəri Adriatik dənizindəki Triest körfəzinin yaxınlığında yerləşir.
- Şumer mənşəli qədim əfsanəyə görə, Nuh peyğəmbərin gəmisi yolda Gəmiqayadan başqa İlandağın zirvəsinə də toxunmuş və onu yarıb keçərkən bərk yırğalanmışdır.
- Kuinsi Cons (şəkildə) tarixdə ən çox satılan musiqi albomunun prodüseridir.
- Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fətəli xan Xoyskinin 1918-ci il dekabrın 26-da təşkil etdiyi III hökumət kabinetində Mirzə Əsədullayev Ticarət və Sənaye naziri vəzifəsini icra etmişdir.
bax – müzakirə et – redaktə et – tarixçə