Vikipediya Bilirsinizmi Dekabr 2022 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 49. Həftə
Vikipediya məqalələrindən
- Misir kralı I Ptolemey Evklidə (şəkildə) həndəsə öyrənməyin daha asan yolu olub olmadığını soruşduqda Evklid "Həndəsəyə gedən bir kral yolu yoxdur" cavabını vermişdir.
- Afrikada yerləşən Komor adalarının adı ərəb sözü olan "əl-qəmər"dən yaranıb və "ay" deməkdir.
- 22 fevral 2008-ci ildə keçmiş Barbados baş naziri Devid Tompson ölkədə 22 fevral tarixini Rihanna günü elan etmişdir.
- Həm Kipr Respublikasının, həm də Şimali Kipr Türk Respublikasının paytaxtı olan Nikosiya şəhəri dünyanın sonuncu bölünmüş paytaxt şəhəri hesab olunur.
- Şərqi Timor dövlətinin adındakı "timor" sözü malay dilində elə yenə "şərq" mənasına gəlir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 50. Həftə
Vikipediya məqalələrindən
- Aktyor Conni Depp "Karib dənizinin quldurları" seriyasında Cek Sərçə obrazını canlandırarkən 1740-cı illərə aid orijinal qılınclardan və 1760-cı illərə aid orijinal tapançalardan istifadə etmişdi.
- 1932-ci ildə qadınların 100 metrə qaçış yarışında Olimpiya çempionu olan Polşa atleti Stanislava Valaseviç 1980-ci ildə öləndə hermafrodit olduğu, kişi və qadın xromosomları daşıdığı məlum olmuşdur.
- Şahmat üzrə dünya çempionu Xose Raul Kapablanka 1922-ci ildə Klivlend şəhərində eyni anda 103 rəqibə qarşı oynamış, 102-nə qalib gəlmiş və 1-i ilə heç heçə oynamışdı.
- Kanadanın Manitoba əyalətinin Çörçill qəsəbəsində təhlükəli ağ ayıları saxlamaq üçün dustaqxana fəaliyyət göstərir.
- Bolqarıstanda yerləşən Proxodna mağarası "Tanrının gözləri" (şəkildə) adlı bərabərölçülü iki dəliyi ilə məşhurdur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 51. Həftə
Vikipediya məqalələrindən
- 2007-ci ildən bəri 6 Azərbaycan filmi - Qafqaz, Qala, Sahə, Buta, Çölçü və Nabat ən yaxşı xarici film üzrə Oskar mükafatına təqdim edilmişdir və heç biri namizəd ola bilməmişdir.
- Molla Nəsrəddin jurnalında Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri və başqa şair, yazıçı və jurnalistlər, o cümlədən, Oskar Şmerlinq, İ.Rotter, Əzim Əzimzadə kimi rəssamlar fəaliyyət göstərmişlər.
- German-skandinav mifologiyasına görə tanrı Odin Run əlifbasını əldə etmək üçün doqquz gecə özünü 9 dünyanı bir yerdə tutan nəhəng mifoloji İqqdrasildən (şəkildə) başı aşağı asmışdır.
- Mars və Yupiter planetləri arasında yerləşən bölgə Günəş sistemində asteroidlərin ən çox rast gəlindiyi asteroid qurşağıdır.
- İnsan dərisindən hazırlanan kitab cildləmə üsulu - Antropodermik cildləmə XVII—XIX əsrlərdə bəzi kitabların tərtibatında geniş istifadə olunmuşdur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 52. Həftə
Vikipediya məqalələrindən
- Bosniya və Herseqovinanın Mostar şəhərindən keçən Neretva çayı üzərində inşa edilmiş Mostar körpüsü Balkanlarda İslam memarlığının ən nümunəvi əsərlərindən sayılır.
- Monqolustanda təşkil edilən ənənəvi Naadam festivalı yerli səviyyədə "Kişilərin üç oyunu" adlanır.
- Şimal Torpağında Komsomolets adasında Asiya qitəsinin ən ucqar şimal nöqtəsi olan Arktiçeski burnu yerləşir.
- "Bruneyin yaşıl cavahiri" ləqəbi ilə tanınan Ulu Temburonq Milli Parkı bu ölkədə yaradılmış ilk milli parkdır.
- Rusiya Elmlər Akademiyasının antropologiya və etnoqrafiya muzeyi olan Kunstkamerada Şimali Amerika qitəsində yaşamış yerli xalqların — eskimoslar, aleutlar və hinduların ənənəvi mədəniyyətlərini əks etdirən zəngin kolleksiya saxlanılır.
- Faberje Evi tərəfindən 1885–1917-ci illər ərəfəsində Rusiya çarları üçün Faberje yumurtası (şəkildə) adlı silsilə zərgərlik məmulatları hazırlanıb.
bax – müzakirə et – redaktə et – tarixçə